Modern.az

Yerevan Moskvadan üz döndərir: “Onlar özlərini düşmən kimi aparır”

Yerevan Moskvadan üz döndərir: “Onlar özlərini düşmən kimi aparır”

29 İyun 2017, 12:22

Rusiyanın Azərbaycana əvvəllər imzalanmış müqaviləyə uyğun olaraq yeni müasir silah göndərməsi Yerevanda təşviş doğurub.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Rusiyanın Qafqazdakı siyasətindən narazı qalan ermənilərin sayı artır.


“Ermənistan regionda balansı qorumaq və milli təhlükəsizliyini təmin etmək üçün Rusiya ilə razılaşmalarına yenidən baxmalıdır. Moskva Bakıya təsir imkanlarını saxlamaq üçün ona silah satır. Lakin bu addımın nəticələri barədə ciddi şəkildə düşünmür” – deyə Ermənistan Milli və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Manvel Sarkisyan deyib.

 

“Rusiya ilə Ermənistan arasında müqavilə imzalanan zaman rusların Azərbaycanı silahlandıracaqları nəzərdə tutulmamışdı. Lakin əgər Moskva Ermənistanın milli maraqlarına ziyan vuracaq siyasət yürüdürsə, onda biz də bu ölkə ilə imzaladığımız müqavilələrə yenidən nəzər salmalıyıq”.

 

Manvel Sarkisyan Rusiyanın regionda hərbi balansı qorumaq barədə dediyi sözlərin həqiqəti əks etdirmədiyi fikrindədir.

 

Digər erməni eksperti - Erməni Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Ruben Meqrabyan isə Rusiyanın Azərbaycana silah satışını regional və beynəlxalq təhlükəsizliyə təhdid sayır. Onun fikrincə, yeni müharibə Rusiyaya sərf edir və o lazım bildiyi zaman hərbi əməliyyatları dayandıra bilər.

 

“Rusiyanın siyasəti Ermənistan və Qarabağ üçün təhlükədir. Onlar özlərini Ermənistana qarşı düşmən kimi aparır. Müharibə Rusiya və Qərb arasında savaşda yeni cəbhə açacaq”.

 

Onun fikrincə, dünya birliyi Rusiyaya qarşı silah satışı ilə bağlı qadağalar tətbiq etməlidir.

 

Vüqar İSMAYILOV  

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi