Modern.az

Bir qrup ziyalı Azərbaycanda Sevgililər gününün təsis olunması üçün Prezidentə müraciət edib

Bir qrup ziyalı Azərbaycanda Sevgililər gününün təsis olunması üçün Prezidentə müraciət edib

29 İyun 2017, 12:25

Bir qrup Azərbaycan ziyalısı ölkə başçısına müraciət edib ki, 30 iyun tarixi Azərbaycanda rəsmən Sevgililər günü  kimi təsis olunsun.

Modern.az-ın məlumatına görə, bunu tanınmış hərbi diktor Şəmistan Əlizamanlı Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Səbaildə keçirilən tədbirində deyib.

Qeyd edək ki, tədbir 20 Yanvar şəhidləri İlham və Fərizənin anım gününə həsr olunub. 

Ş.Əlizamanlı bildirib ki, məktub Mədəniyyət və Turizm Nazirliyinə göndərilib. Nazirlikdən isə cavab olaraq bildirilib ki, 30 iyunun Sevgililər günü kimi qeyd olunmasında heç bir problem yoxdur. 

“Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər ki, belə bir bayram dünyanın heç bir yerində qeyd olunmur. Amma ölkəmizdə bu bayramın qeyd olunması üçün heç bir problem yoxdur”.

 

Mirmahmud KAZIMOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı