Modern.az

Məktəbəqədər hazırlıq qruplarına cəlb olunacaq uşaqlar - AÇIQLAMA

Məktəbəqədər hazırlıq qruplarına cəlb olunacaq uşaqlar - AÇIQLAMA

29 İyun 2017, 12:30

"Ötən tədris ilindən fərqli olaraq, bu il məktəbəqədər hazırlıq qruplarına uşaqların 65%-i cəlb ediləcək".

 

Modern.az xəbər verir ki, bu sözləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.

 

İdarə müdiri bildirib ki, ötən tədris ilində bu rəqəm 55% olub. Onun sözlərinə görə, bu il ayrılan əlavə 10% yer əsasən Bakı ətrafı qəsəbələri əhatə edəcək.

 

"Təhsil idarəsi son 2 ildə I sinfə qəbulu elektron sistem vasitəsilə həyata keçirir. Bu il məktəbə hazırlıq qruplarına qəbul da həmin sistemə inteqrasiya edilir və bununla bağlı hazırda proqramda müvafiq işlər aparılır. Güman edirəm ki, sentyabrın əvvəllərində məktəbə hazırlıqla bağlı işləri yekunlaşdırıb valideynlərin istifadəsinə verəcəyik.

 

Məktəbə hazırlıqda ərazi prinsipini tam tətbiq etmək mümkün olmayacaq. Çünki söhbət 65% uşağın məktəbə hazırlığa cəlb edilməsindən gedir. 2 növbəli məktəblərdə nəinki bu gün, gələcəkdə də məktəbə hazırlıq təlimlərini təşkil etmək mümkün olmayacaq. Amma Bakının 12 rayonunun hər birində məktəblərdə məktəbə hazırlıq təşkil olunacaq. Biz məktəbə hazırlıq mərhələsində bütövlükdə ərazi prinsipini tam tətbiq etməyə hazır deyilik”.

 

Qafar Ağayev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir