Modern.az

Qalmaqallı qanun layihəsi payızda müzakirəyə çıxarılacaq

Qalmaqallı qanun layihəsi payızda müzakirəyə çıxarılacaq

Parlament

29 İyun 2017, 12:32

"Reproduktiv sağlamlıq haqqında" qanun layihəsi ikinci oxunuşda  Milli Məclisin payız sessiyasında müzakirə olunacaq.

Parlamentdən Modern.az-a verilən məlumata görə, qanun layihəsi artıq iş planına da daxil edilib.

Qanun layihəsi 27 maddədən ibarətdir.  Parlamentdə yaradılan işçi qrup artıq “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi üzərində işi yekunlaşdırıb. Sadəcə ardıcıllıq məsələsinə görə, müzakirəyə çıxarılmayıb. Qanun layihəsi  parlamentin payız sessiyasının ilk iclasının  gündəliyinə daxil ediləcək.

Qeyd edək ki, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi ictimai müzakirələrdə dəfələrlə qalmaqala səbəb olub. Xüsusilə sənəddə yer alan “surroqat ana” məsələsinə cəmiyyətdən sərt təpki gəlib. Və "surroqat ana" məsələsi xeyli müzakirələrə səbəb olduğundan, o bənd layihədən çıxarılıb. 

 

Mirmahmud KAZIMOĞLU

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi