Modern.az

ADU-da “Azərbaycan və Çinin qabaqcıl gəncləri”…

ADU-da “Azərbaycan və Çinin qabaqcıl gəncləri”…

Aktual

29 İyun 2017, 13:27

İyunun 29-da Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çin Kommunist Partiyasının yaranması gününə həsr olunmuş “Azərbaycan və Çinin qabaqcıl gəncləri” adlı tədbir keçirilib.

Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov Çin Kommunist Partiyasının rəhbərlik etdiyi, qabaqcıl gənclərin kütləvi təşkilatı olan Çin Gənclər İttifaqının fəaliyyəti haqqında danışıb. O,Çin gənclərinin Çin millətinin möhtəşəm dirçəlişi üçün “Çin arzuları”nınhəyata keçməsi, zəngin, qüdrətli, sivil və müasir dövlətin yaranmasına layiqli töhfələr verdiklərini xüsusi vurğulayıb.

Konfutsi İnstitutunun Çin tərəfindən direktoru Li Jinhuacəmiyyətin ideologiyasınıngənclərin tərbiyə və təhsilinə təsirinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib, Çin dilinin öyrənilməsinin“Çin arzuları”nın başa düşülməsinə kömək etdiyinisöyləyib.

Tədbir çərçivəsində Xuçjou Universiteti tərəfindən Çində təşkil olunanMədəni-təhsil Yay düşərgəsində iştirak edəcək Konfutsi İnstitutunun Çin dili kurslarının dinləyicilərinə diplomlar təqdim olunub. Düşərgənin proqramına Çin dilinin intensiv tədrisi, Çinin mədəniyyəti və tarixiüzrə mühazirələr kursu, həmçinin geniş mədəni proqram da daxil edilib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı