Modern.az

Tramp Putinə güzəştə gedəcək

Tramp Putinə güzəştə gedəcək

29 İyun 2017, 13:59

Donald Tramp köməkçilərinə Rusiya ilə bağlı güzəştlər hazırlamağı tələb edib.

 

Modern.az xəbər verir ki, “Guardian” nəşrinin yazdığına görə, Trampın göstərişinin detalları ilə tanış olan diplomatlar prezidentin Putinlə görüş zamanı Moskvaya bir neçə məsələdə güzəşt etməyi düşündüyünü bildiriblər.

 

Milli Təhlükəsizlik Şurasının əməkdaşlarına 2016-cı ilin dekabrında Obamanın göstərişi ilə bağlı elan olunmuş 2 diplomatik kompleskin Rusiya tərəfinin istifadəsinə verilməsi və s. tədbirlər barədə hazırlıq göstərişi verilib.

 

Lakin ölkənin xüsusi xidmət orqanlarının Ağ Evin birtərəfli güzəştlərə getməsindən narazılıq etdikləri və Putindən də qarşı tərəf kimi bunun əvəzində müəyyən güzəştlər gözlədikləri bildirilir.

 

Bundan başqa, Tramp Putinlə qısa və qeyri-rəsmi deyil, rəsmi görüş keçirmək niyyətində olduğunu da deyib.

 

Görüşü iyulda Almaniyanın Hamburq şəhərindəki “G202 sammiti@ndə baş tutacağı gözlənilir.

 

Vüqar İSMAYILOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı