Modern.az

Xanım çempionun öldüyü qəzanın dəhşətli VİDEOSU  

Xanım çempionun öldüyü qəzanın dəhşətli VİDEOSU    

29 İyun 2017, 14:17

Azərbaycanlı idmançı, dağadırmanma, qayayadırmanma, buzadırmanma üzrə çempion Reyhan Məmmədovanın faciəvi şəkildə ölümünü əks etdirən video yayılıb.

 

Modern.az xəbər verir ki, missiya.az-ın yaydığı videoda R. Məmmədovanın iti ilə yolu keçərkən sürətlə gələn avtomobil tərəfindən vurulduğu əks olunub.

 

Sürücü bir neçə dəqiqə şok vəziyyətində avtomobildə oturub. Daha sonra avtomobildən düşərək qıza kömək etməyə gəlib. 

 

Qeyd edək ki, hadisə ilə bağlı xəbəri BakuPost.az saytı yayıb. Məlumatda bildirilir ki, qəza hadisəsi dünən axşam saatlarında Xətai rayonu Zığ şosesində - SOCAR yanacaqdoldurma məntəqəsinin qarşısında piyada keçidinin üzərində baş verib. Əlifağa Məmmədov idarə etdiyi "BMW" markalı, 90 XU 928 dövlət nömrə nişanlı maşınla yolu keçən 1995-ci il təvəllüdlü Reyhan Məmmədovanı vurub. O, aldığı xəsarətdən hadisə yerində ölüb.

 

Video ərazidə yerləşən obyektlərdən birinin təhlükəsizlik kamerası tərəfindən lentə alınıb. 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir