Modern.az

Gigiyena və Epidemiologiya Mərkəzi qarpızdan zəhərlənməni inkar edir

Gigiyena və Epidemiologiya Mərkəzi qarpızdan zəhərlənməni inkar edir

29 İyun 2017, 14:22

İyunun 27-də yerli KİV-lərdə Tovuz rayonunun Öysüzlü kənd sakini, 1953-cü il təvəllüdlü Alıyev Rəşad Mati oğlunun yediyi qarpızdan zəhərlənərək xəstəxanaya yerləşdirildiyi barədə xəbərlər yer alıb. Reanimasiya şöbəsində müalicə olunan xəstənin vəziyyətinin ağır olduğu bildirilir.

Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov isə Modern.az-a deyib ki, Azərbaycanda qarpız və yemişdən zəhərlənmə qeydə alınmayıb:

“Xəstəxanlardan da Mərkəzə bu barədə bildiriş daxil olmayıb”.

 

Gülşən RAUFQIZI

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?