Modern.az

Azərbaycanda "Petya" virusu təhlükəsi varmı? - RƏSMİ CAVAB

Azərbaycanda "Petya" virusu təhlükəsi varmı? - RƏSMİ CAVAB

29 İyun 2017, 14:31

Azərbaycan dövlət strukturlarından “Petya” virusu ilə bağlı şikayətlər daxil olmayıb.

Bu barədə Trend-ə Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi nəzdində Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən (CERT) məlumat verilib.

Məlumatda qeyd olunur ki, bu virus bir müddət əvvəl yayılmış “WannaCry” virusu kimi yayılır:

“Lakin bu virusun fərqi ondadır ki, o faylları yox, sərt diski şifrələyir. Bu virus, həmçinin elektron poçt yolu ilə yayılır. Hələlik Azərbaycan dövlət strukturları tərəfindən bununla bağlı şikayət daxil olmayıb”.

Qeyd edək ki, “Petya” virusu Rusiya və Ukraynanın iri neft, telekommunikasiya və maliyyə şirkətlərinə haker hücumuna səbəb olub. Bu virus kompüterləri bloka salır və təkrar açılması üçün 300 dollar məbləğinə bərabər bitkoinlər tələb edir.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?