Modern.az

Aydın Mirzəzadə: "Parlamant seçkilərinin ləğvi təklifi Milli Məclisdə səsləndirilməməlidir"

Aydın Mirzəzadə: "Parlamant seçkilərinin ləğvi təklifi Milli Məclisdə səsləndirilməməlidir"

13 Noyabr 2009, 14:08

Milli Məclisin noyabrın 13-də keçirilən iclasında deputat Aydın Həsənovun 2010-cu ildə keçiriləcək parlament seçkilərinin təxirə salınmasını təklif etməsi digər millət vəkilləri tərəfindən birmənalı qarşılanmayıb.
Modern.az xəbər verir ki, millət vəkili Aydın Mirzəzadə bildirib ki, belə təkliflər Milli Məclisdə səsləndirilməməlidir: "Bu təklifin ciddi və ya qeyri-ciddi olduğunu deyə bilmərəm, amma hesab edirəm ki, Milli Məclisdə belə fikirlər səsləndirilməməlidir. Hətta bu təklif bir nəfər adamın dilindən səslənsə belə, doğru deyil. Sabah bu təkliflər beynəlxalq təşkilatların hesabatlarına düşür və Azərbaycan hakimiyyətinin, o cümlədən Milli Məclisin mənfi imicinin formalaşmasına səbəb olur". A.Mirzəzadə deyib ki, bü cür təkliflər Azərbaycana ölkəmizdə baş verən prosesləri izləyən beynəlxalq təşkilatlar qarşısında başucalığı gətirməz. "Ona görə də gələn il Azərbaycanda parlament seçkiləri keçiriləcək və demokratik şəkildə baş tutacaq. Kim seçicilərin səsini toplayacaqsa, deputat olacaq"-deyə YAP-çı deputat bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir