26 may 2018, Şənbə
Ana Səhifə - ÖLKƏ - Cinayət qanunvericiliyi humanistləşdirilir - Prezident Milli Məclisə qanun layihəsi təqdim etdi
Cinayət qanunvericiliyi humanistləşdirilir - Prezident Milli Məclisə qanun layihəsi təqdim etdi
29.06.2017, 15:41

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2017-ci il fevralın 10-da “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncam imzalanıb.

Modern.az-ın məlumatına görə, həmin sərəncam cinayət-hüquq siyasətinin liberallaşdırılması istiqamətində həyata keçiriləcək hüquqi islahatların yeni mərhələsinin başlanğıcını qoyub.

Proqram xarakteri daşıyan sərəncamda verilmiş tapşırıq və tövsiyələrin yerinə yetirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsi, Baş Prokurorluğu, Ədliyyə və Daxili İşlər nazirlikləri nümayəndələrinin iştirakı ilə işçi qrupu yaradılıb. İşçi qrupu cəza siyasətinin humanistləşdirilməsi məqsədilə sərəncamda qeyd olunan konkret istiqamətlər üzrə təkliflər təqdim edib.


Təkliflər hərtərəfli təhlil edilib, qabaqcıl beynəlxalq praktika və qanunvericiliyin təcrübədə tətbiqi nəzərə alınmaqla Cinayət Məcəlləsinə kompleks dəyişiklikləri əhatə edən qanun layihəsi hazırlanıb. Həmin qanun layihəsi ötən həftə Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə göndərilib.

Əhatəliliyinə, konseptuallığına və tənzimləmə sahəsinə görə son dövrlərdə hazırlanan ən geniş təkliflər paketi aşağıdakı istiqamətlərdə yeniliklərdən ibarətdir:

Cinayət Məcəlləsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən, ehtiyatsızlıqdan törədilən və bir sıra digər cinayətlər, ümumilikdə 10-dan artıq cinayət tərkibi dekriminallaşdırılıb. Bununla yanaşı, ölkədə gedən iqtisadi-sosial proseslər nəzərə alınaraq mülkiyyət əleyhinə olan cinayətlərin törədilməsi zamanı cinayət məsuliyyəti yaradan məbləğin beş dəfə, yəni, 100 manatdan 500 manatadək artırılması nəzərdə tutulub. Nəticədə bir çox əməllər cinayət kateqoriyasından inzibati xəta kateqoriyasına keçmiş olacaq.

Azadlıqdan məhrumetmə cəzasının tətbiqi hallarının azaldılması və sanksiyalara alternativ cəzaların daxil edilməsi məqsədilə Cinayət Məcəlləsinə yeni növ cəza daxil edilib. Bu, məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarət olan azadlığın məhdudlaşdırılması cəzasıdır.

Aparılmış təhlillər göstərib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində mövcud olan cinayət tərkiblərinin 60 faizinin sanksiyasında azadlıqdan məhrumetmə alternativsiz olaraq yeganə cəza növü kimi nəzərdə tutulur. Bu tərkiblərin təqribən 40 faizini böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər təşkil edir. Sanksiyalarda alternativ cəzaların olmaması son nəticədə azadlıqdan məhrum edilmiş şəxslərin sayının artmasına səbəb olurdu.

Yeni müəyyən edilmiş azadlığın məhdudlaşdırılması cəzası məhz bu problemin aradan qaldırılmasında mühüm vasitə olacaq. Cinayət Məcəlləsinin ümumilikdə 140-dan artıq maddəsində azadlığın məhdudlaşdırılması alternativ cəza növü kimi sanksiyalara daxil edilib. Bundan əlavə, daha 80 cinayətin sanksiyasına azadlıqdan məhrumetməyə alternativ olan cərimə və digər cəzalar daxil edilib.

Bu cəzanın mühüm xüsusiyyəti böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxsin ailənin və cəmiyyətin islahedici təsirindən istifadə edərək islah olunmasına şərait yaradılmasından ibarətdir. Belə şəxslərin cəzanın çəkilməsi şərtlərinə riayət etməsinə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə nail olunacaq. Belə ki, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin üzərinə elektron nəzarət vasitələri yerləşdiriləcək və onların yerdəyişmələri daim monitorinq olunacaq.

Elektron nəzarət vasitələrinin tətbiqi sahəsində Avropa ölkələrində aparılmış tədqiqatlar göstərir ki, belə vasitələrin tətbiq edildiyi məhkumların 91 faizi cəzanın çəkilməsi şərtlərini pozmur, 94 faizi isə yenidən cinayət törədilməsindən çəkinir. Elektron nəzarət vasitələrindən, həmçinin şərti məhkumetmə və ya cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə institutlarının tətbiqi zamanı istifadə ediləcək.

Bundan əlavə, qanun layihəsinə əsasən Cinayət Məcəlləsində nəzərdə tutulmuş sanksiyalar təftiş edilərək 80-dən artıq cinayətə görə müəyyən edilmiş azadlıqdan məhrumetmə cəzasının hədləri azaldılıb. Nəticədə 35 cinayət əməli az ağır cinayət kateqoriyasından böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına, 6 cinayət əməli isə ağır cinayətdən az ağır cinayətlər kateqoriyasına keçirilib.

Qanun layihəsində mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində törədilən bir sıra cinayətlərə münasibətdə qanunvericilik liberallaşdırılıb. Bu sahədə törədilən əməllərin ictimai təhlükəliliyi əksər hallarda maddi ziyanın vurulması ilə əlaqədar olur. Yeni normalara əsasən bu kateqoriyadan olan bir sıra cinayətləri törətmiş şəxslər vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilirlər. Daha böyük məbləğdə (xeyli və külli miqdarda) ziyan vurmuş və ya qeyri-qanuni gəlir əldə etmiş şəxslər isə dəymiş ziyanı tamamilə ödədikdə və bundan əlavə, cinayət nəticəsində vurulmuş ziyanın bir misli (bəzi cinayətlərə görə iki misli) miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilirlər.

Eyni zamanda, Cinayət Məcəlləsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışma institutu daha da təkmilləşdirilib, 20-dən artıq cinayət üçün zərərçəkmiş şəxslə barışmaqla və ziyanın ödənilməsi şərti ilə cinayət məsuliyyətindən azadetmə imkanı müəyyən olunub.

Qanun layihəsində nəzərdə tutulmuş konseptual məsələlərdən biri də cinayət qanunvericiliyində narkotik vasitələrin əldə edilməsi və saxlanılması cinayəti törətmiş şəxslərə qarşı münasibətin dəyişdirilməsidir. Bu şəxslər ilk növbədə narkomanlıq xəstəliyinə düçar olmuş insanlar kimi qəbul edilirlər. Satış məqsədi olmadan narkotik vasitə əldəetmə cinayəti törətmiş, əməlində başqa cinayət tərkibi olmayan narkomanlıq xəstəliyinə düçar olmuş şəxsə stasionar qaydada tibbi xarakterli məcburi müalicə tədbirləri tətbiq edilir. Şəxs sağaldıqda isə cinayət məsuliyyətindən azad edilir. Bu qaydada məsuliyyətdən azad edilmək imkanı şəxsə yalnız bir dəfə verilir. Müalicədən yayınan şəxslər cinayət məsuliyyətinə cəlb edilir.

Qeyd edilən qanun layihəsi sərəncamla verilmiş tapşırıqların icrası çərçivəsində hazırlanmış ilk aktdır. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə də dəyişikliklərin edilməsi nəzərdə tutulur.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
“Dostlarımdan biri vardı, biri yox...” – Xankəndi məzunlarının görüşü
26.05.2018, 15:52

“Dostlarımdan biri vardı, biri yox...” – Xankəndi məzunlarının görüşü

Şimali və Cənubi Koreya liderləri yenidən GÖRÜŞDÜ
26.05.2018, 15:41

Şimali və Cənubi Koreya liderləri yenidən GÖRÜŞDÜ

Kral ailəsi 70 ildən sonra ilk dəfə...
26.05.2018, 15:20

Kral ailəsi 70 ildən sonra ilk dəfə...

Cənubi Koreya azərbaycanlıları “AXC 100”lə bağlı geyim şousu keçirdi
26.05.2018, 15:12

Cənubi Koreya azərbaycanlıları “AXC 100”lə bağlı geyim şousu keçirdi

Gürcüstanda meyiti tapılan tələbə  intihar edibmiş - TƏFƏRRÜAT
26.05.2018, 14:51

Gürcüstanda meyiti tapılan tələbə  intihar edibmiş - TƏFƏRRÜAT

Sabah Bakıya yağış yağacaq
26.05.2018, 14:40

Sabah Bakıya yağış yağacaq

Bu ölkədə ordu çevrilişə cəhd etdi: 28 ölü
26.05.2018, 14:34

Bu ölkədə ordu çevrilişə cəhd etdi: 28 ölü

Rəsulzadə və Şəfi bəy Rüstəmbəylinin düşmənçiliyi  - TARİX
26.05.2018, 14:22

Rəsulzadə və Şəfi bəy Rüstəmbəylinin düşmənçiliyi  - TARİX

Çempionlar Liqasının qalibi bu gün müəyyən olunacaq
26.05.2018, 13:54

Çempionlar Liqasının qalibi bu gün müəyyən olunacaq

Ötən gün ölkədə 107 cinayət törədilib
26.05.2018, 13:38

Ötən gün ölkədə 107 cinayət törədilib

Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşları artırılacaq
26.05.2018, 13:31

Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşları artırılacaq

Sosial şəbəkələrdə qadınları şantaj edən şəxs saxlanıldı
26.05.2018, 13:21

Sosial şəbəkələrdə qadınları şantaj edən şəxs saxlanıldı

Marseldə atışma: 2 ölü
26.05.2018, 13:14

Marseldə atışma: 2 ölü

Ərdoğan seçki mitinqlərinə strart verdi
26.05.2018, 13:03

Ərdoğan seçki mitinqlərinə strart verdi

“Qaçqınkom”da YENİLİK: Bu şəxslər cinayət məsuliyyətinə cəlb olunacaq...
26.05.2018, 12:49

“Qaçqınkom”da YENİLİK: Bu şəxslər cinayət məsuliyyətinə cəlb olunacaq...

Qərbi Kaspi Universitetində robotlar yarışıb
26.05.2018, 12:37

Qərbi Kaspi Universitetində robotlar yarışıb

Müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilir
26.05.2018, 12:32

Müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilir

Bakıda gecə klubunun qarşısında kütləvi dava olub
26.05.2018, 12:16

Bakıda gecə klubunun qarşısında kütləvi dava olub

Türkiyə-Rusiya yaxınlaşması güclənəcək - SƏBƏB
26.05.2018, 12:08

Türkiyə-Rusiya yaxınlaşması güclənəcək - SƏBƏB

Astarada polisi silahla hədələyən şəxs tutuldu
26.05.2018, 11:59

Astarada polisi silahla hədələyən şəxs tutuldu

Amerikalılardan etiraf: Yaxın Şərqdə Rusiya, İran  və Çinə təslim olduq
26.05.2018, 11:49

Amerikalılardan etiraf: Yaxın Şərqdə Rusiya, İran  və Çinə təslim olduq

İlan sancmalarının STATİSTİKASI: 138 min ölü, 400 min əlil
26.05.2018, 11:40

İlan sancmalarının STATİSTİKASI: 138 min ölü, 400 min əlil

Neft ucuzlaşıb
26.05.2018, 11:28

Neft ucuzlaşıb

Dondurma alarkən bunlara mütləq DİQQƏT EDİN   
26.05.2018, 11:11

Dondurma alarkən bunlara mütləq DİQQƏT EDİN  

Aya insan göndərilir – 46 il sonra
26.05.2018, 11:04

Aya insan göndərilir – 46 il sonra

Bakıda 2 küçədə hərəkət məhdudlaşdırılır
26.05.2018, 11:00

Bakıda 2 küçədə hərəkət məhdudlaşdırılır

Şopinq Festivalı – ailəvi alış-verişin və əyləncənin ünvanı
26.05.2018, 10:47

Şopinq Festivalı – ailəvi alış-verişin və əyləncənin ünvanı

Gəncədə Xalq Cümhuriyyətinin 100 illiyi geniş qeyd olunur
26.05.2018, 10:41

Gəncədə Xalq Cümhuriyyətinin 100 illiyi geniş qeyd olunur

Gənclik calağı   
26.05.2018, 10:37

Gənclik calağı   

Bu şəhərdə 2 gündə 62 nəfər öldürülüb
26.05.2018, 10:29

Bu şəhərdə 2 gündə 62 nəfər öldürülüb

Baş Prokurorluq işə qəbulla bağlı müsabiqənin vaxtını açıqladı
26.05.2018, 10:23

Baş Prokurorluq işə qəbulla bağlı müsabiqənin vaxtını açıqladı

Azərbaycanın “İnterpol”a verdiyi Burak Bilgili İstanbulda şirkət açıb
26.05.2018, 10:09

Azərbaycanın “İnterpol”a verdiyi Burak Bilgili İstanbulda şirkət açıb

Putin söz verdi
26.05.2018, 09:53

Putin söz verdi

Cəbhədə atışma – Pulemyotlar işə düşdü
26.05.2018, 09:43

Cəbhədə atışma – Pulemyotlar işə düşdü

Qusarda kanalda batan şəxsin axtarışına başlanılıdı
26.05.2018, 09:25

Qusarda kanalda batan şəxsin axtarışına başlanılıdı

ARXİV
SORĞU
Türkiyədə səsvermə hüqüqunuz olsaydı, hansı namizədə səs verərdiniz?
Muharrem İnce (21.7%)
Meral Akşener (12.8%)
Rəcəb Tayyip Ərdoğan (58.1%)
Selahattin Demirtaş (1.67%)
Temel Karamollaoğlu (0.55%)
Doğu Perinçek (5.02%)