Modern.az

Qızıl və gümüş medala namizəd olan məzunların adı Təhsil Nazirliyinə verildi

Qızıl və gümüş medala namizəd olan məzunların adı Təhsil Nazirliyinə verildi

Təhsil

29 İyun 2017, 16:39

Azərbaycanda şagirdlərin qızıl və gümüş medala layiq görülməsi qaydalarına əsasən  orta təhsilin ən ali mükafatlarını almaq üçün şagird respublika fənn olimpiadalarının yekun mərhələsində, ölkə və beynəlxalq səviyyəli bilik yarışlarında, müsabiqə və layihələrdə mükafata layiq görülməli, eyni zamanda ümumi orta təhsil səviyyəsini 75% əla qiymətlərlə bitirməlidir.Həmçinin, tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı 75%-i  “əla” olmalı, fənlərdən illik qiymətləri “əla” almalıdır.


Təhsil Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu il də  məzunlara qızıl və gümüş medallar təqdim olunacaq.

“Bu dərs ilinin yekunlarına əsasən, ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlar medalla təltif olunacaq. Hazırda medalla təltifə namizəd şagirdlər barədə yerli təhsil idarəetmə orqanlarından alınmış məlumatlar təhlil olunur”.

 

Namidə BİNGÖL

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər