Modern.az

Ukrayna İctimai Televiziyası cərimələnib

Ukrayna İctimai Televiziyası cərimələnib

29 İyun 2017, 20:28

Ukrayna İctimai Televiziyası Avropa Yayım Birliyi tərəfindən cərimələnib. Modern.az  “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, buna səbəb Ukrayna İctimai Televiziyasının Rusiyanı təmsil edən Yuliya Samoylovanın yarışmada iştirakını təmin etməməsidir.

Cərimənin məbləği haqqında məlumat verilmir.

Qeyd edək ki, bir müddət əvvəl Avropa Yayım Birliyi Rusiya təmsilçisi ətrafında yaranmış vəziyyətin yarışmanın nüfuzuna xələl gətirdiyini bəyan edib.

Ukrayna İctimai Televiziyasının rəhbəri Zurab Alasaniya “Eurovision” Təşkilat Komitəsinin tövsiyəsini Ukrayna İctimai Televiziyasını “boğmaq cəhdi” adlandırıb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi