Modern.az

Azərbaycanlı jurnalistlər Türkiyə və Qazaxıstana niyə getdilər...

Azərbaycanlı jurnalistlər Türkiyə və Qazaxıstana niyə getdilər...

Media

30 İyun 2017, 09:21

Ötən həftə bir neçə azərbaycanlı  jurnalist Türkiyədə və Qazaxıstanda səfərdə olub.

 

Maraqlıdır, keçirilən tədbirlərin məqsədi nə idi? Jurnalistlər hansı təəssüratlarla qayıdıb?

 

Türkiyə səfərində heyətdə təmsil olunan “Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy Modern.az-a səfərin məqsədindən və təəssüratlarından bəhs edib:

 

“Türkiyə hökumətinin təşkilatçılığı ilə dünyanın 32 ölkəsini təmsil edən 60-dan çox media nümayəndəsi Türkiyədəki qaçqın düşərgələrini ziyarət etdi, ordakı vəziyyətlə tanış oldu.  Türkiyənin qaçqın problemi ilə bağlı hansı işlər gördüyünə şahidlik etdi. Gəzməli, görməli yerləri ilə də  tanış olduq. Səfər haqqında təəssüratlarım çox yaxşıdır. Uzun yolçuluq, zəngin və maraqlı proqram oldu”.

 

APA informasiya agentliyinin əməkdaşı Cavid İsmayılov isə Astana səfərindən və onun əhəmiyyətindən söz açıb:

 

“Qazaxıın paytaxtı Astanada XIV Avrasiya Media Forumu (AAMF) keçirildi.  Bu media forumu adətən hər il aprel ayında olsa da, “EXPO-2017” beynəlxalq sərgisi ilə əlaqədar tədbir  iyun ayına salındı. Forumun sponsorlarından biri də Japan Tobacco International (JTİ) şirkəti idi və səfərimiz də  bu şirkətin Azərbaycan nümayəndəliyinin dəstəyi ilə baş tutdu.

 

Forum Avrasiya regionun ən nüfuzlu tədbirlərdən biri sayılır.

 

Bu tədbirdə dünyanın bir çox ölkələrindən ictimai-siyasi xadimlər, iqtisadçılar, ekspertlər, tanınmış jurnalistlər, beynəlxalq təşkilatların nümayəndələri iştirak etdilər. Məsələn, tədbirin qonaqlaırndan biri Türkiyənin keçmiş prezidenti Abdulla Gül idi. Eyni zamanda Rusiya, İsrail, Çin və Qazaxıstanın da hazırkı hökumətinin nümayəndələri iştirak  edirdi.

 

İstənilən beynəlxalq tədbir həmin ölkəni tanımaq və Azərbaycanla müqayisə etmək baxımından jurnalistlər üçün ələ düşən fürsət kimi dəyərləndirilməlidir.

Qazaxıstan Azərbaycanın strateji müttəfiqlərindən biri olduğuna görə tədbir xüsusi əhəmiyyət kəsb edirdi.

 

Biz həmçinin “EXPO-2017” beynəlxalq sərgisində Azərbaycan stendini də ziyarət etdik. Nəticə etibarilə gözəl təəssüratlarla ayrıldıq”.

 

Qeyd edək ki, forumda ölkəmizi Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov, AZƏRTAC-ın, APA-nın, AzTV-nin, İTV-nin əməkdaşları təmsil ediblər.

 

Günay RƏSULQIZI

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir