Modern.az

Kissincer: “ABŞ Rusiyanın MDB-də hegemonluğuna mane olur”

Kissincer: “ABŞ Rusiyanın MDB-də hegemonluğuna mane olur”

30 İyun 2017, 13:40

ABŞ-ın keçmiş Dövlət katibi Henri  Kissincer Rusiyaya səfəri çərçivəsində tələbələt qarşısında çıxış edib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, amerikalı diplomat xarici işlər naziri Sergey Lavrovla birlikdə qatıldığı müzakirələr zamanı ABŞ-ın dünya hegemonluğunun qarşısımı Rusiyanın aldığını deyib.

 

“Ruisya MDB məkanında öz mövqelərini qorumaq istəyir, ABŞ isə dünyada hegemonluğa meyllidir. Tərəflər bir-birinıə mane olur – Rusiya ABŞ-ın dünya hegemonluğunu, ABŞ isə Rusiyanın MDB-dəki təsirini önləməyə çalışır”.

 

Lavrov və Kissincer iki ölkə prezidentlərinin görüşünü də müzakirə ediblər.

“Putinlə Trampın telefon danışıqlarlı onların ikitərəfli münasibətlərdəki qeyri-normallığa son qoymaq niyyətində olduqlarını göstərir”.

 

Bundan öncə, Vladimir Putin də Henri Kissinceri qəbul etmişdi. Rusiya prezidenti Kissinceri dövrünün ən müdrik siyasətçilərindən biri adlandırmışdı.

 

Vüqar İSMAYILOV 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir