20 sentyabr 2017, Çərşənbə axşamı
Ana Səhifə - MÜSAHİBƏ - Qızları Türkiyə universitetində birinci olan partiya sədri: "Nəsib bəy Yusifbəylinin nəvəsi "qürurumuzu göylərə qaldırdınız"  dedi" - MÜSAHİBƏ
Qızları Türkiyə universitetində birinci olan partiya sədri: "Nəsib bəy Yusifbəylinin nəvəsi "qürurumuzu göylərə qaldırdınız"  dedi" - MÜSAHİBƏ
30.06.2017, 15:07

Elşad Musayev: "Nəsib bəy Yusifbəylinin nəvəsi göz yaşları içində "ailənizə təşəkkür edirəm dedi" 

 

Azərbaycanlı Günel və Xeyransa Musayeva bacıları bu il Türkiyənin Bahçeşehir Universitetindən məzun olublar. Bahçeşehir Universitetinin Beynəlxalq maliyyə və iqtisad fakültəsinin azərbaycanlı məzunu Günel Musayeva universitet birincisi olub və “Altun beyin” ödülü qazanıb. Günel Musayeva 106 ölkə təmsilçisi içərisində universitet birincisi olub.

 

Digər bacı, Bahçeşehir Universitetinin Beynəlxalq maliyyə və menecment fakültəsinin azərbaycanlı məzunu Xeyransa Musayeva isə yüksək nəticə göstərərək, universitet üçüncüsü olub.

 

Modern.az saytı Musayeva bacılarının atası, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayevdən müsahibə alıb.

 

- Elşad bəy, bu il Türkiyənin Bahçeşehir universitetindən məzun olan qızlarınız Günel və Xeyransa Musayeva bacıları haqqında silsilə yazılar təqdim etdik. Bir ata olaraq qızlarınızın uğur qazanmasını hansı meyarlarla dəyərləndirirsiz? Bu cür uğur əldə etməyin yolları nədir?

 

- Övladlarımın bu cür uğur əldə etməsi ailə ilə bağlıdır. Hesab edirəm ki, hər bir valideyn övladının təhsili ilə ibtidai sinfidən başlayaraq maraqlanmalıdır. Qızlarım məktəbə getməmişdən belə yazıb-oxuya bilirdi. Orta məktəb vaxtı hansı dərsdən çətinlikləri yaranırdısa, yay tətilində müəllim yanına aparmaqla yaranan çətinlik aradan qalxırdı. Bu formada dərslərini uğurla davam etdirdilər və Türkiyənin Bahçeşehir universitetini yüksək nəticə ilə başa vurdular. Valideyn olaraq hər zaman nəzarətimiz üzərlərində oldu. Uşaqları yalnız qoymamağa çalışdıq. Qürurverici hal odur ki, fəxri kürsüdə duran 3 nəfərdən 2-si azərbaycanlı idi. Hesab edirəm ki, təhsilə diqqət yetirməliyik və ən böyük kapital da təhsilə qoyulan kapitaldır.

 

- Siz müxalifət cəbhəsində təmsil olunursuz. Sizin müxalif olmağınız bu məsələdə necə rol oynadı?

 

- Hazırda da müxalifət cəbhəsində təmsil olunuram. Böyük Azərbaycan Partiyasının sədriyəm. Özümü ölkənin milli demokratik qüvvələrindən hesab edirəm. Övladlarımın harda oxumalarından asılı olmayaraq onlar öz milliliklərini qoruyub saxlamalıdırlar. Bizim ailə dəyərlərimizdən biri də budur. Ölkəni təmsil edənlər həm də dünyəvi olmalı, dünyanı təmsil etməyi bacarmalıdırlar. Dünyanın ən güclü tələbəsi hansı dildə və hansı səviyyədə təhsil alırsa, Azərbaycan övladı da eyni yolu getməlidir. Burada iqtidar-müxalifət məsələsi fərqlidir. Hakimiyyətə müxalif olmaq tamam başqa məsələdir. Bizim üçün Azərbaycan bayrağının dünya tribunasında dalğalanması önəmli olmalıdır.

 

- Bir məqamı da vurğulamaq istərdik. Müxalifət dairələri israrla bildirirlər ki, onların içindən kiminsə önə çıxması hər zaman əngəllənir. Amma  müxalifət üzvü olaraq sizdə tam əksinə şahidlik etdik.

 

- Düzünü deyim ki, hər zaman millətimlə fəxr etmişəm. Azərbaycan xalqı bir daha göstərdi ki, onun öndə olan övladlarına hər zaman dəstək var. Amma bir məsələni qeyd etməliyəm. Qızlarımın uğurlarına dövlət media orqanları çox qısqanclıqla yanaşdı. Nə AzTv, nə də digərləri bu uğuru işıqlandırdı. Sosial mediada Musayeva bacılarının uğurları çox yaxşı işıqlandırıldı. Bəzi KİV-lər sanki yuxarıdan göstəriş gözləyirlər. Amma göstərişə ehtiyac yoxdur. Bu uşaqlar Azərbaycanı təmsil  edib, müxalifəti təmsil etməyib ki! Ona görə də Azərbaycan KİV-dən narazıyam.

 

- O zaman demək olarmı ki, müxalifət düşərgəsində təmsil olunmağınız, övladlarınızın uğurunu işıqlandırmaq məsələsində maneə rolunu oynadı?

 

- Əlbəttə. Məhz mənim övladlarım olduğu üçün onların uğurlarını işıqlandırmaqdan çəkindilər. Halbuki biz uğurlarımızı paylaşmağı bacarmalıyıq. Nə qədər ki, yeni nəsil gəlir, onlar öz həmvətənlərinin bacarığını görməlidir. Tanınmış azərbaycanlı ailələr var ki, övladlarının bizim qızlarla görüşməsini istəyir. Biz buna şərait yaratmalıyıq. Uşaqlarımız ölkəmizi elm sahəsində təmsil etməyi bacarmalıdır. Yoxsa gedib şou göstərməklə biədəb formada təmsil etməklə kifayətlənmək olmaz.

 

- Amma Günel və Xeyransa Musayeva bacılarının uğurlarını ilk olaraq Modern.az saytı işıqlandırdı. Özü də bir dəfə yox, dəfələrlə. Ardınca “Yeni Müsavat” qəzeti də bu uğurun üzərindən sakitcə keçmədi.

 

- Əlbəttə. Modern.az ilk gündən bizim qızların uğurlarını cəmiyyətə təqdim etdi. Həm Modern.az-a, həm də “Yeni Müsavat”a təşəkkür edirəm. Hətta, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov qızlarla görüşdü. Bu, sevindirici haldır. Fuad Muradova da təşəkkürümü bildirirəm. Amma böyük televiziya kanalları və Təhsil Nazirliyi bu uğuru işıqlandırmaqdan çəkindi. Buna bir vətəndaş olaraq təəssüf edirəm. Maraqlıdır, Təhsil Nazirliyi niyə səsini çıxartmadı?!

 

Mən Azərbaycan təhsil sistemini altını üstünə çevirən adamam. Sadəcə, mənim övladlarım olduğu üçün bu məsələdə qərəzli mövqe sərgilədilər. Halbuki 106 ölkə təmsilçisi içindən ilk üçlüyə düşmək asan məsələ deyil. Günel fürsətdən istifadə edərək çıxışı zamanı Xocalı soyqırımı ifadəsini işlətdi.

106 ölkənin konsulu orada iştirak edirdi. Təəssüf ki, bizim konsulumuz orada yox idi. Ümumiyyətlə, ölkəmizlə bağlı bütün tədbirlərdə qızlarımız aktiv iştirak ediblər. Cümhuriyyətimizin ilk baş nazirlərindən olmuş Nəsib bəy Yusifbəylinin nəvəsi məni arayıb axtardı və göz yaşları içində bunları dedi. “Bizim qırılmış qürurumuzu göylərə qaldırdınız. Ailənizə təşəkkür edirəm”. Açığı, başqa azərbaycanlının övladı da bu cür uğur əldə etsəydi, mən də sevinərdim.

 

Namidə BİNGÖL

 

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Salyanda qəzada ölənlərin hamısı eyni şirkətin işçiləridir  - Yenilənib, VİDEO
20.09.2017, 00:48

Salyanda qəzada ölənlərin hamısı eyni şirkətin işçiləridir  - Yenilənib, VİDEO

Meksikada zəlzələ nəticəsində 5 nəfər öldü - Yenilənib
20.09.2017, 00:36

Meksikada zəlzələ nəticəsində 5 nəfər öldü - Yenilənib

Paytaxta köçən 4 uşaq təhsil ala bilmir - VİDEO
20.09.2017, 00:23

Paytaxta köçən 4 uşaq təhsil ala bilmir - VİDEO

Bu gün Azərbaycanda Neftçilər günü qeyd olunur
20.09.2017, 00:11

Bu gün Azərbaycanda Neftçilər günü qeyd olunur

Yevlaxda təmizlik işçilərini daşıyan avtobus aşdı
19.09.2017, 23:27

Yevlaxda təmizlik işçilərini daşıyan avtobus aşdı

Naxçıvan əhalisinin sayı 451 min 132 nəfərə çatıb
19.09.2017, 23:14

Naxçıvan əhalisinin sayı 451 min 132 nəfərə çatıb

Bakıda daşınmaz əmlak bahalaşacaq...
19.09.2017, 22:44

Bakıda daşınmaz əmlak bahalaşacaq...

Qarabağı ermənilərə verməyən Xruşovun Almaniya kansleri haqqında “ŞALVARALTI” MÜLAHİZƏSİ
19.09.2017, 22:12

Qarabağı ermənilərə verməyən Xruşovun Almaniya kansleri haqqında “ŞALVARALTI” MÜLAHİZƏSİ

Azərbaycan İsrail-Fələstin münaqişəsinin siyasi həllini dəstəkləyir   
19.09.2017, 21:37

Azərbaycan İsrail-Fələstin münaqişəsinin siyasi həllini dəstəkləyir  

Azərbaycan prezidenti BMT-də ümumi müzakirələrin açılışında iştirak edib - FOTOLAR
19.09.2017, 21:19

Azərbaycan prezidenti BMT-də ümumi müzakirələrin açılışında iştirak edib - FOTOLAR

19.09.2017, 21:06

"Rusiyanın bu siyasəti təəccüb, ciddi sual və dərin təəssüf doğurur" - Hikmət Hacıyev

"Şimali Koreyanı tamamilə məhv etməkdən başqa seçimimiz olmayacaq" - Tramp
19.09.2017, 20:48

"Şimali Koreyanı tamamilə məhv etməkdən başqa seçimimiz olmayacaq" - Tramp

"Gazelli"dəki yanğında xəsarət alan olmayıb
19.09.2017, 20:33

"Gazelli"dəki yanğında xəsarət alan olmayıb

Çin Azərbaycanın iki nazirliyinə 21 min ədəd noutbuk verib
19.09.2017, 20:17

Çin Azərbaycanın iki nazirliyinə 21 min ədəd noutbuk verib

Pambıqçıları daşıyan mikroavtobus aşdı
19.09.2017, 20:05

Pambıqçıları daşıyan mikroavtobus aşdı

Bakı-Supsa neft kəmərindən oğurluğa cəhd olub
19.09.2017, 19:51

Bakı-Supsa neft kəmərindən oğurluğa cəhd olub

Tramp BMT tribunasından İranı sərt tənqid etdi
19.09.2017, 19:00

Tramp BMT tribunasından İranı sərt tənqid etdi

Bakının bu ərazilərində qaz məhdudiyyətlərlə veriləcək
19.09.2017, 18:44

Bakının bu ərazilərində qaz məhdudiyyətlərlə veriləcək

Aleksandr Plemakova Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib
19.09.2017, 18:31

Aleksandr Plemakova Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib

Prezident neftçiləri orden və medallarla təltif etdi - SİYAHI
19.09.2017, 18:20

Prezident neftçiləri orden və medallarla təltif etdi - SİYAHI

Paytaxtda mənzildə meyit tapılıb
19.09.2017, 18:07

Paytaxtda mənzildə meyit tapılıb

Şura Katibliyinin məsləhətçisi: QHT sektorunun inkişafı üçün dəstək davam etdirilir
19.09.2017, 17:47

Şura Katibliyinin məsləhətçisi: QHT sektorunun inkişafı üçün dəstək davam etdirilir

Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşə bilər
19.09.2017, 17:40

Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşə bilər

Cahangir Əsgərovun ailə şirkətində güclü yanğın oldu
19.09.2017, 17:38

Cahangir Əsgərovun ailə şirkətində güclü yanğın oldu

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
19.09.2017, 17:24

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

Abşeron Gənclər Şəhərciyində “JEK”in özbaşınılığı – icra hakimiyyəti “bizlik deyil” deyir
19.09.2017, 17:23

Abşeron Gənclər Şəhərciyində “JEK”in özbaşınılığı – icra hakimiyyəti “bizlik deyil” deyir

Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava sammitində KÖMƏK İSTƏDİ   
19.09.2017, 17:14

Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava sammitində KÖMƏK İSTƏDİ  

Nazim İbrahimov UAK-la bağlı son qərarı pislədi
19.09.2017, 17:10

Nazim İbrahimov UAK-la bağlı son qərarı pislədi

Cəbhə bölgəsində hərbi hissə açıldı - FOTOLAR
19.09.2017, 17:07

Cəbhə bölgəsində hərbi hissə açıldı - FOTOLAR

19.09.2017, 17:05

"Qarabağ atı“ abidəsi önündə Azərbaycanın təbliğatı - FOTOLAR

“Rafiq müəllim ölümü adladı”- Diktorun həyat yoldaşı
19.09.2017, 16:43

“Rafiq müəllim ölümü adladı”- Diktorun həyat yoldaşı

Biz indi niyə paxılıq? - Cəmiyyəti içdən çürüdən “korroziya” - PROBLEM
19.09.2017, 16:38

Biz indi niyə paxılıq? - Cəmiyyəti içdən çürüdən “korroziya” - PROBLEM

Şəmsəddin Hacıyevin deputat toxunulmazlığına xitam verilə bilər
19.09.2017, 16:12

Şəmsəddin Hacıyevin deputat toxunulmazlığına xitam verilə bilər

Deputat məsələ qaldırdı: “Stüardessalar pensiyaya tez çıxmalıdır”   
19.09.2017, 16:01

Deputat məsələ qaldırdı: “Stüardessalar pensiyaya tez çıxmalıdır”  

Bakıda bit problemi var – Araz Əlizadə
19.09.2017, 15:53

Bakıda bit problemi var – Araz Əlizadə

ARXİV
SORĞU
Məhərrəmliyin əsas şərtlərini qəbul edirsiniz?
- Bəli qəbul edirəm və Kərbəla şəhidlərinə mütləq yas saxlayacam (45.8%)
- Məhərrəmliyin şərtləri yalnız şiələr üçündür(9.55%)
- Bu şərtlərin heç birini qəbul etmirəm(14.0%)
- Məhərrəmlık əsl İslama ziddir(30.5%)