Modern.az

Ərdoğan Rusiya və ABŞ prezidentləri ilə müzakirələr aparıb

Ərdoğan Rusiya və ABŞ prezidentləri ilə müzakirələr aparıb

30 İyun 2017, 21:09

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiya və ABŞ prezidentləri ilə müzakirələr aparıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Rəcəb Tayyip Ərdoğan arasında  telefon danışığı olub. Prezidentlər telefon danışığı zamanı Suriyadakı vəziyyəti müzakirə ediblər. Söhbət zamanı tərəflər Astanada Suriya üzrə planlaşdırılan danışıqlar çərçivəsində bu ölkədə nizamlanma prosesinin əsas aspektlərini müzakirə ediblər.

Dövlət başçıları yaxın gələcəkdəki təmasları barədə razılığa gəliblər.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub. Amma liderlərin danışığının detalları açıqlanmayıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır