Modern.az

Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı

İqtisadiyyat

30 İyun 2017, 23:36

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 29-da 48,49 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,52 dollar/barel çoxdur. Modern.az xəbər verir ki, bu barədə "Trend"ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 29-da 47,99 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,54 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 29-da 45,74 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,48 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyunun 29-da 47,08 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,61 dollar/barel çoxdur.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir