Modern.az

Bu il ABŞ polisi 492 nəfəri güllələyib

Bu il ABŞ polisi 492 nəfəri güllələyib

Dünya

1 İyul 2017, 23:31

ABŞ polisi bu ilin ilk 6 ayı ərzində 492 nəfəri qətlə yetirib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti məlumat yayıb.

Göstərici ötən iki ilin rəqəmləri ilə müqayisədə eynilik təşkil edir.

Qeyd edək ki, 2014-cü ildə afroamerikalı gənc Maykl Braunun polis tərəfindən öldürülməsi ölkədə qaradərililərin geniş etirazlarına səbəb olmuşdu.

Baş verən iğtişaşlardan sonra ABŞ cəmiyyətində polis şiddəti ilə bağlı geniş müzakirələr və diskussiyalar açılmışdı.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!