Modern.az

İndoneziyada güclü vulkan: 10 yaralı

İndoneziyada güclü vulkan: 10 yaralı

Dünya

2 İyul 2017, 20:46

İndoneziyada yenidən güclü vulkan püskürüb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, vulkan ölkənin Mərkəzi Cava əyalətində Candiroto kəndi yaxınlığında yerləşən Sileri yanardağında püskürüb. Hadisə nəticəsində 10 nəfər xəsarət alıb.

İndoneziyanın Fövqəladə Hallar Agentliyinin məlumatına görə, anidən baş verən partlayış zamanı soyuq lava, kül və palçıq püskürüb: "Vulkanın külləri 50 metrə qədər yüksəkliyə qalxıb. Nəticədə 10 nəfər yaralandı. Ərazidə geniş təhlükəsizlik tədbirləri görülür. Turistlərin girişi qadağan edilib. Ətrafda yaşayanlar təxliyə olunur".

Qeyd edək ki, Sileri yanardağında sonuncu dəfə 2009-cü ildə vulkan püskürmüşdü.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!