Modern.az

Yol qəzalarının ölkələr üzrə dəhşətli STATİSTİKASI 

Yol qəzalarının ölkələr üzrə dəhşətli STATİSTİKASI 

3 İyul 2017, 13:10

Ümumdünya Səhiyyə Təşkilatı dünya ölkələrində yol qəzalarında ölən insanların sayının 2016-cı ildə 1,25 milyon nəfərə çatdığını və bu göstəricinin 2030-cu ildə 3,6 milyon nəfərədək yüksələcəyini proqnozlaşdırıb.

 

Statistikaya əsasən, hər gün yollarda 3 mindən çox insan həlak olur, 100 mindən çox insan isə yaralanır.

 

15-29 yaş arasında gənclərin əsas ölüm səbəbi də məhz yol qəzalarıdır. Yol qəzaları Afrika və bir çox Asiya ölkələrində tez-tez rast gəlinir. Amma Avropa və inkişaf etmiş digər ölkələrdə yol qəzalarında ölmə ehtimalı çox aşağıdır.

Modern.az Ümumdünya Səhiyyə Təşkilatının 2015-ci ildə ayrı-ayrı ölkələr ürzə yol qəzalarında həlak olan şəxslərin sayı ilə bağlı statistikasını təqdim edir.

 

Çin – 264 min 788 nəfər                 

Hindistan  - 208 min 463 nəfər

ABŞ – 35 948 nəfər

İsveç – 519 nəfər

Rusiya – 23 114 nəfər

Türkiyə - 8 514 nəfər

İran – 11 314 nəfər

Gürcüstan –  621 nəfər

Ermənistan  - 544 nəfər

AZƏRBAYCAN – 759 nəfər

 

Vüqar İSMAYILOV

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi