26 iyul 2017, Çərşənbə axşamı
Ana Səhifə - PARLAMENT - 80 cinayət növü üzrə həbs cəzası ləğv edilir
80 cinayət növü üzrə həbs cəzası ləğv edilir
03.07.2017, 16:08

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2017-ci il fevralın 10-da “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncam imzalanıb.

Həmin sərəncam cinayət-hüquq siyasətinin liberallaşdırılması istiqamətində həyata keçiriləcək hüquqi islahatların yeni mərhələsinin başlanğıcını qoyub.

Proqram xarakteri daşıyan sərəncamda verilmiş tapşırıq və tövsiyələrin yerinə yetirilməsini təmin etmək məqsədilə Ali Məhkəmə, Baş Prokurorluq, Ədliyyə və Daxili İşlər nazirlikləri nümayəndələrinin iştirakı ilə işçi qrupu yaradılıb. İşçi qrupu cəza siyasətinin humanistləşdirilməsi məqsədilə sərəncamda qeyd olunan konkret istiqamətlər üzrə təkliflər təqdim edib.

 

Təkliflər hərtərəfli təhlil edilib, qabaqcıl beynəlxalq praktika və qanunvericiliyin təcrübədə tətbiqi nəzərə alınmaqla Cinayət Məcəlləsinə kompleks dəyişiklikləri əhatə edən qanun layihəsi hazırlanıb. Həmin qanun layihəsi Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə göndərilib.

 

Yeni qanun layihəsində söhbət hansı cəzaların ləğv olunmasından və ya sanksiyaların tətbiqindən gedir?

 

Məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli Modern.az-a açıqlama verib.

 

Deputat bildirib ki, Cinayət Məcəlləsində ediləcək  dəyişikliklər əsasən  iqtisadi cinayətlərlə bağlıdır.

 

“Ediləcək dəyişikliyə əsasən iqtisadi cinayət törətmiş şəxslərə cərimə cəzaları tətbiq olunacaq.  Bu beynəlxalq təcrübədə də var. İnsanlara həbs və digər cəzalar tətbiq etməkdənsə, iqtisadi sanksiyalar tətbiq etmək daha faydalı olur. Cinayət Məcəlləsində nəzərdə tutulmuş sanksiyalar təftiş edilərək 80-dən artıq cinayətə görə müəyyən edilmiş azadlıqdan məhrumetmə cəzasının hədləri azaldılıb. Nəticədə 35 cinayət əməli az ağır cinayət kateqoriyasından böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına, 6 cinayət əməli isə ağır cinayətdən az ağır cinayətlər kateqoriyasına keçirilib”.

 

T.Kərimli deyib ki, bəzi cinayətləri törədilməsinə görə həbs cəzası ləğv olunacaq.

 

“Bu, nəzərdə tutulub. Həmçinin, cərimə sanksiyaları tətbiq edilirsə, həbsin və ya digər cəzaların aradan qaldırılması məsələsinə baxılmalıdır.  Cinayət Məcəlləsində mövcud olan cinayət tərkiblərinin 60 faizinin sanksiyasında azadlıqdan məhrumetmə alternativsiz olaraq yeganə cəza növü kimi nəzərdə tutulur. Bu tərkiblərin təqribən 40 faizini böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər təşkil edir. Sanksiyalarda alternativ cəzaların olmaması son nəticədə azadlıqdan məhrum edilmiş şəxslərin sayının artmasına səbəb olurdu.Yeni müəyyən edilmiş azadlığın məhdudlaşdırılması cəzası məhz bu problemin aradan qaldırılmasında mühüm vasitə olacaq. Cinayət Məcəlləsinə 80 cinayətin sanksiyasına azadlıqdan məhrumetməyə alternativ olan cərimə və digər cəzalar daxil edilib. Bu cinayətlərin siyahısı hazırlanmaqdadır”.

Deputat bildirib ki, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” qanun layihəsi Milli Məclisin payız sessiyasında gündəliyə daxil ediləcək.

 

 

Mirmahmud KAZIMOĞLU


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Təhlükəli virus 300 insanın həyatına son qoydu
26.07.2017, 00:58

Təhlükəli virus 300 insanın həyatına son qoydu

Mingəçevir sakinini döyüb tanınmaz hala saldılar
26.07.2017, 00:45

Mingəçevir sakinini döyüb tanınmaz hala saldılar

İstifadəsi qadağan olunan çimərlikdə iaşə obyektləri - VİDEO
26.07.2017, 00:28

İstifadəsi qadağan olunan çimərlikdə iaşə obyektləri - VİDEO

26.07.2017, 00:10

"Bu gün narahat olmalı bir şey yoxdur" - Qurban Qurbanov

Azərbaycan nefti cüzi bahalaşdı
25.07.2017, 23:59

Azərbaycan nefti cüzi bahalaşdı

Müəllim gəzinti zamanı öldü
25.07.2017, 23:50

Müəllim gəzinti zamanı öldü

"Öz qapımızı daha çox qorumalı olduq" - "Şerif"in baş məşqçisi
25.07.2017, 23:43

"Öz qapımızı daha çox qorumalı olduq" - "Şerif"in baş məşqçisi

Fransada 150 mühacir saxlanıldı
25.07.2017, 23:31

Fransada 150 mühacir saxlanıldı

25.07.2017, 23:16

"Türk Hava Yolları"na məxsus təyyarədə bomba həyəcanı

Türkiyədən Yunanıstana keçən miqrantların sayı 99 faiz azalıb
25.07.2017, 22:59

Türkiyədən Yunanıstana keçən miqrantların sayı 99 faiz azalıb

“Qarabağ” meydanı qolsuz bərabərliklə tərk etdi
25.07.2017, 22:46

“Qarabağ” meydanı qolsuz bərabərliklə tərk etdi

Tovuzda qatar ana və iki övladını vurdu: 3 ölü, FOTO +18
25.07.2017, 22:28

Tovuzda qatar ana və iki övladını vurdu: 3 ölü, FOTO +18

Oğru binanın şaxtasında qaldı - VİDEO
25.07.2017, 22:13

Oğru binanın şaxtasında qaldı - VİDEO

Münaqişə bəçaqlanma ilə sonuclanıb
25.07.2017, 21:57

Münaqişə bəçaqlanma ilə sonuclanıb

Qan dövranı xəstəliklərindən dünyasını dəyişənlərin sayı artıb
25.07.2017, 21:42

Qan dövranı xəstəliklərindən dünyasını dəyişənlərin sayı artıb

Ölümü ilə SSRİ rəhbərlərlərinə problem yaradan Vladimir Vısotski - MARAQLI
25.07.2017, 21:41

Ölümü ilə SSRİ rəhbərlərlərinə problem yaradan Vladimir Vısotski - MARAQLI

Moruq xərçəng şişləri hüceyrələrini məhv etməyə qadirdir - SİZİN SAĞLAMLIĞINIZ ÜÇÜN  
25.07.2017, 21:38

Moruq xərçəng şişləri hüceyrələrini məhv etməyə qadirdir - SİZİN SAĞLAMLIĞINIZ ÜÇÜN  

Dörd min nəfər müəllim işləmək üçün imtahan verdi
25.07.2017, 21:28

Dörd min nəfər müəllim işləmək üçün imtahan verdi

Qüdsdə məscidin önündəki təhlükəsizlik sistemləri ləğv edilib
25.07.2017, 21:13

Qüdsdə məscidin önündəki təhlükəsizlik sistemləri ləğv edilib

Moody’s Azərbaycan Beynəlxalq Bankının reytinqlərini yüksəldib
25.07.2017, 20:58

Moody’s Azərbaycan Beynəlxalq Bankının reytinqlərini yüksəldib

Nigar Həzi doğum gününü həbsxanada qeyd etdi
25.07.2017, 20:44

Nigar Həzi doğum gününü həbsxanada qeyd etdi

Həbsxanaya narkotik keçirilməsinin qarşısı alınıb
25.07.2017, 20:30

Həbsxanaya narkotik keçirilməsinin qarşısı alınıb

ABŞ İran gəmisinə atəş açdı
25.07.2017, 20:16

ABŞ İran gəmisinə atəş açdı

İmtahandan qayıdan abituriyent itkin düşdü
25.07.2017, 20:02

İmtahandan qayıdan abituriyent itkin düşdü

Avtomobil bazarında durğunluq
25.07.2017, 19:51

Avtomobil bazarında durğunluq

Ağstafada canavar qadına hücum edib
25.07.2017, 18:53

Ağstafada canavar qadına hücum edib

“Total” ın Azərbaycandakı icraçı direktoru: “Ən böyük rəqibimiz SOCAR-dır”
25.07.2017, 18:38

“Total” ın Azərbaycandakı icraçı direktoru: “Ən böyük rəqibimiz SOCAR-dır”

Hacıqabul Sənaye Məhəlləsi yaradılır
25.07.2017, 18:20

Hacıqabul Sənaye Məhəlləsi yaradılır

6 tələbənin ölümünə səbəb olan sürücünün məhkəməsində yol polisi ifadə verdi
25.07.2017, 18:15

6 tələbənin ölümünə səbəb olan sürücünün məhkəməsində yol polisi ifadə verdi

Nazirlik şikayəti yerində araşdırdı
25.07.2017, 18:05

Nazirlik şikayəti yerində araşdırdı

XİN Pakistandakı terror aktını pislədi 
25.07.2017, 17:59

XİN Pakistandakı terror aktını pislədi 

Azərbaycan və Rusiya prezidentlərinin görüşü tam vaxtında və aktual oldu
25.07.2017, 17:28

Azərbaycan və Rusiya prezidentlərinin görüşü tam vaxtında və aktual oldu

Dollar yenə UCUZLAŞDI 
25.07.2017, 17:16

Dollar yenə UCUZLAŞDI 

Azərbaycan Wikipedia-da 53-cü pilləyə yüksəlib    
25.07.2017, 17:14

Azərbaycan Wikipedia-da 53-cü pilləyə yüksəlib  

İcra başçılarının xanım müavinləri YOLA SALINIR   
25.07.2017, 17:06

İcra başçılarının xanım müavinləri YOLA SALINIR  

ARXİV
SORĞU
Builki qəbul imtahanları necə keçdi?
- İmtahanların iki dəfə keçirilməsi müsbət haldır(16.2%)
- İmtahanlar bir dəfə keçirilməliydi(2.70%)
- İmtahanların pullu keçirilməsi mənfi haldır(45.9%)
- İmtahan testləri çətinləşdirilmişdi(13.5%)
- İmtahanlar asan keçdi(2.70%)
- Təşkilatçılıq yüksək səviyyədəydi(5.40%)
- Təşkilatçılıq aşağı səviyyədəydi(13.5%)