Modern.az

ABŞ islamçı qruplaşmaya qarşı əməliyyat keçirdi  

ABŞ islamçı qruplaşmaya qarşı əməliyyat keçirdi   

3 İyul 2017, 21:42

ABŞ “Əş-Şəbab” islamçı qruplaşmasına qarşı Somalidə əməliyyat keçirib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hazırda əməliyyatın nəticələrinin qiymətləndirildiyi bildirilir.

Pentaqon əməliyyatla əlaqədar hələ ki, hər hansı rəsmi açıqlama verməyib.

Qeyd edək ki, “Əl Qaidə” qruplaşması ilə əlaqəli olan “Əş-Şəbab” Somalidə terrorçu fəaliyyətlə məşğuldur. Qruplaşma ölkənin hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir