Modern.az

Gürcüstana gedənlərə xəbərdarlıq: Cərimələr artırıldı

Gürcüstana gedənlərə xəbərdarlıq: Cərimələr artırıldı

3 İyul 2017, 22:09

Yay turizmi mövsümü ilə əlaqədar ölkəmizdən Gürcüstana səyahət edənlərin artdığı bir vaxtda, qonşu dövlətdə yol hərəkət qaydalarını pozanlara qarşı cərimələr sərtləşdirilib. Modern.az "Xəzər xəbərə"ə istinadən xəbər verir ki, artıq gizli polis fəaliyyətə başlayıb.

Yeni dəyişikliyə görə, artıq bu ölkədə qayda pozanlara qarşı pul cərimələri ilə yanaşı, cərimə balı da hesablanacaq. Xüsusi müşahidə kameraları ilə adi avtomobillərdə oturacaq yol patrul xidməti əməkdaşları, hərəkətin təhlükəsizliyinə nəzarət edəcəklər və qayda pozuntularını qeydə alacaqlar.

Əksər azərbaycanlılar da bu ölkəyə öz avtomobilləri ilə səyahət etdiklərindən mütəxəssislər, sürücüləri diqqətli olmağa çağırırlar. Əks halda, qayda pozanlar hətta sürücülük hüququndan da məhrum edilə bilərlər.

Bu ölkədə ən yüksək cərimə balı isə sərxoş halda avtomobili idarə etməyə görədir və cərimənin miqdarı 40 baldır.

Üstəlik, hər bir sürücü bilməlidir ki, xarici ölkədə törətdiyi qayda pozuntusunun cəriməsini ödəməmiş sərhəddən keçə bilməz.

Qeyd edək ki, Gürcüstanda qanunun qüvvəyə mindiyi gün 15 saat ərzində Tbilisidə yol hərəkəti qaydalarının pozulmasına görə, 1568 protokol yazılıb, bunlardan 996-sına cərimə balları hesablanıb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi