18 iyun 2018, Bazar ertəsi
Ana Səhifə - REPORTAJ - “Xruşovun alt paltarlarını yumağa məcbur idim...” - DTK zabitinin XATİRƏLƏRİ
“Xruşovun alt paltarlarını yumağa məcbur idim...” - DTK zabitinin XATİRƏLƏRİ
03.07.2017, 23:11

Aleksandr Salnikov 40 il SSRİ DTK-sının 9-cu idarəsində xidmət edib. Xidmət stajına görə o, bu idarədə rekord göstəriciyə nail olub. Salnikov 1956-1964-cü illərdə Nikita Xruşovun, 1964-1980-ci illərdə Kosıginin, daha sonra Brejnevin, Andropovun və Qorbaçovun ailəsinin mühafizəsinə cəlb olunub. O liderlərin məişət məsələlərinə cavabdehlik daşıyıb. Özü qeyd etdiyi kimi bura sovet rəhbərlərinin iş və istirahət şəraitinə nəzarət etmək, qidalanma və qida rasionuna daxil olan ərzaqlara xüsusi nəzarət, dərman pereparatlarının vaxtlı-vaxtında qəbulu, ayaq geyimlərindən tutmuş baş geyimlərinə qədər qarderoba nəzarət, xüsusilə xarici səfərlərdə rəhbərlərin görüş yerlərinə, yatacaqlarına, yemək masalarına, hətta masaların servirovkasına ciddi baxış keçirmək və bütövlükdə birinci şəxsin hər addımını ciddi nəzarətdə saxlamaq daxil olub.

DTK zabiti, podpolkovnik Aleksandr Salnikov ölümündən bir neçə ay əvvəl öz xatirələrini KİV nümayəndələri ilə bölüşüb.

Modern.az saytı həmin xatirələrin bəzi məqamlarını təqdim edir.

Salnikov 40 illik xidməti illərində daha çox Xruşovun ailəsinə yaxın olub. Xruşovlar ailəsi də onu ailənin bir üzvü kimi qəbul ediblər. DTK zabiti bu yaxınlığı özü də etiraf edib:

“Mən bu ailənin bütün sirrlərinə bələd idim. Əslində bu mənin marağımda deyildi. Sadəcə, iş prosesində hər şey mənə aydın olurdu. Mən bütövlükdə Xruşovun təhlükəsizliyinə cavabdehlik daşımırdım. Bu işlə başqa zabitlər məşğul olurdu. Mənim üzərimə isə daha çox iş düşürdü. Onları saymaqla qurtarmaq olmaz. Birbaşa məişət məsələlərinə məsul idim. Ona görə də həmişə ailənin içərisində olurdum. Onlar da məni çox yaxın qəbul edirdilər. Xarici səfərlərdə işim daha ağır olurdu. Elə il olub ki, ilin 365 gününün 280-ni səfərlərdə olmuşuq. Və təbii ki, səfərlərdə olarkən daha diqqətli olmaq lazım gəlirdi.

Nikita Sergeyeviç çox sadə və zəhmətkeş bir adam idi. Səhərlər tezdən durardı, qısamüddətli gəzintidə fikirlərini yerbəyer edərdi. O, vətəndaşlarla birbaşa ünsiyyətdə olmağa üstünlük verən rəhbərlərdən idi. Ölkədaxili səfərlərdə kimsə ona yaxınlaşanda, yaxud məktub ötürmək istəyəndə buna mane olan mühafizəçilərə irad tutardı.


Mən həm də Xruşovun alkoqollu içkilərdən istifadəsinə cavabdehlik daşıyırdım. O dövrlər heç bir məclis içkisiz ötüşməzdi. Elə adi günlərdə də Nikita Sergeyeviç günorta və axşam yeməklərində tez-tez məndən bir qədəh süzməyimi xahiş edərdi. Xruşov sağlam adam idi. İşki onu “yıxmırdı”. Yəni içki məclislərindən sonra onu Brejnev kimi qoluna girib aparmırdılar.

Xruşovun Almaniyada ona bağışlanmış “sehrli” qədəhi vardı. Bu qədəh iç tərəfdən və dibindən daha qalın şüşə ilə cilalanmışdı. Kənardan böyük qədəhə oxşayardı, ancaq tutumu isə maksimum 30 qrama qədər idi. Mən bu qədəhi həmişə özümlə gəzdirirdim. Elə vaxtlar olurdu ki, məclislər uzanırdı və belə məclislərdə mən öz səlahiyyətlərimdən istifadə etmək məcburiyyətində qalırdım. Yaxınlaşıb onun qulağına pıçıldayırdım ki, mən sizin qədəhinizə konyak əvəzinə çay süzəcəm. Xruşov bu içkini “çay-konyak” adlandırırdı...”.


DTK zabitinin Xruşovun qarderobu ilə xatirələri daha maraqlıdır. Salnikov Nikita Sergeyeviçin geyim məsləsinin əməlli-başlı problem yaratdığını söyləyib:

“Nikita Sergeyeviçin geyim məsələsi həmişə problem olurdu. Onun qeyri-standart bədən quruluşu dərziləri çətin vəziyyətə salırdı. Digər bir tərəfdən də Xruşov enli şalvar və pencək geyinməyi xoşlayırdı. Bu geyimlərdə isə paltarlar onun əynindən sallaq vəziyyətdə qalırdı. Kostyumların tikilməsinə mən müdaxilə etmirdim. Ancaq onların ütülü olmasına, kostyuma uyğun köynək və qalstukların seçilməsinə mən cavabdehlik daşıyırdım.

Rəhbərlər üçün geyimlər Kutuzov prospektindəki xüsusi atelyedə tikilirdi. Dərzilər Xruşovun kabinetinə iki dəfə gəlirdilər. Birinci dəfə ölçüləri götürmək və kostyumun hansı parçadan tikiləcəyini razılaşdırmaq, ikinci dəfə isə kostyumun ilkin variantını Xruşovun əynində yoxlamaq üçün. Sonra hazır kostyumları mən atelyedən evə aparırdım.

Adətən Nikita Segeyeviç tikilən kostyumlardan narazı qalmırdı. Ancaq xarici səfərlərin birində jurnalistlərin onun kostyumuna istehzalı təbəssümlə baxmaqları Xruşova heç də xoş təsir bağışlamamışdı. Və o, səfərdən qayıdan kimi öz düşündüyü kimi atelye rəhbərliyinə göstərişlər vermişdi. Bu hadisədən sonra Xruşovun kostyumlarında kifayət qədər yeniliklər oldu. Amma təkcə tünd rəngli kostyumlarda. Açıq rəngli parçalardan tikilmiş kostyumlar isə yenə əvvəlki kimi yenə də az qala onun əynindən düşəcəkdi.

Xruşovun alt paltarlarını isə sözün əsl mənasında faciə adlandırmaq olardı. O dövrdə büro üzvləri dövlət təminatında olduqlarından onlara alt paltarları da pulsuz  verilirdi. Nikita Sergeyeviç isə yalnız SSRİ-nin istehsalı olan həmin yöndəmsiz alt paltarlarından istifadə edirdi. Uzunmüddətli xarici səfərlərdə olarkən Xruşovun alt paltarlarını yumağa məcbur olurdum. Əgər həmin paltarları yumaq üçün biz harasa versəydik və bilsəydilər ki, bu paltarlar SSRİ-nin rəhbərinindir sözsüz ki, həmin ölkədə yaranacaq “yumor” heç də siyasi qalmaqallardan az səs-küy yaratmayacaqdı. Və etiraf edim ki, bu ipli-kəndirli alt paltarları Xruşovun əynində çox gülməli görünürdü...”.  
 


Xruşovun sakərlərindən söhbət açan Salnikov qeyd edib ki, Nikita Sergeyeviçin ən çox xoşladığı məşğuliyyət ov etmək olub:

“Xruşov dəhşətli dərəcədə ov həvəskarı idi. O, bunu bacarırdı. Sərrast, mükəmməl və peşəkar... Və bunu bütün məmurlar da etiraf edirdilər. Nikita Sergeyeviç bütün yorğunluğunu ovda çıxarırdı, bu məşğuliyyətdən zövq alırdı.

Mütaliəni çox sevirdi. Evdə, işdə, hətta gecələr, qatarda, təyyarədə qəzetlər, jurnallar, yeni çıxmış kitabları oxuyurdu. Həmişə radioya qulaq asırdı, bağda, istirahətdə olanda xəbərlərə ötürmürdü.

Xruşov Brejnevdən fərqli olaraq heç bir stolüstü oyunun həvəskarı deyildi. Yəni Brejnev kimi saatlarla domino oynamaq onun maraq dairəsindən uzaq idi. İdmana da elə bir həvəs göstərməzdi. Hansı turnirdə, yarışda iştirak edirdisə, bu onun azarkeşliyindən deyil, rəhbər kimi o tədbirdə iştirak etməyinin vacibliyindən irəli gəlirdi.

Xruşovun özü də heç bir idman növü ilə məşğul olmurdu. Yalnız üzməyi xoşlayırdı, amma onu da bacarmırdı. Hovuza girəndə, yaxud göldə üzmək istəyəndə hökmən kimsə onu müşayiət edirdi. Rezin dairəciyin qurşağına keçirilməsi isə mütləq şərt idi. Ən başlıcası isə Nikita Sergeyeviç istər hovuzda, istərsə də göldə, dənizdə olarkən heç vaxt çimərlik paltarı geyinmirdi. Həmişə həmin SSRİ istehsalı olan, dizə çatan ipli-kəndirli alt paltarında suya girirdi...”.

DTK zabiti Xruşovun Stalin və Beriyaya münasibəti haqqında da maraqlı açıqlamalar söyləyib:


“Xruşov öz kişik əhatəsində Stalin haqqında çox tez-tez danışırdı. Ancaq özünün qurultaydakı məruzəsindəki kimi yox. Stalinlə bağlı söhbətlərində Nikita Sergeyeviç onun haqqında alçaldıcı sözlər işlətmirdi. Qeyd edirdi ki, Stalin pis rəhbər olmayıb, amma çox sərt adam olub. Beriya haqqında isə Xruşov hətta xarici dövlətlərin nümayəndələri ilə söhbətləri zamanı söyləyirdi ki, o heç vaxt xalq düşməni, vətənini satan, xəyanət edən məmur olmayıb, Beriya sadəcə hakimiyyət uğrunda mübarizə aparıb və buna görə də onun qarşısını kəsə biləcək istənilən şəxsi aradan götürmək istəyib...”.

DTK zabiti Xruşovun və ailəsinin bütövlükdə sadə olduğunu, təmtəraqdan uzaq sadə həyat tərzi sürdüyünü də açıqlayıb. Salnikov qeyd edib ki, Nikita Sergeyeviç heç vaxt imkan verməzdi ki, ailə üzvlərindən kiminsə adı hər hansı bir qalmaqallı məsələdə hallansın...


İlham Cəmiloğlu

 

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Onlayn taksi sifarişi xidmətlərinin sayı artacaq
18.06.2018, 17:00

Onlayn taksi sifarişi xidmətlərinin sayı artacaq

Salyan sakini intihar edib
18.06.2018, 16:52

Salyan sakini intihar edib

“Mərkəzi Bankın açıqlaması dolayısıyla FED-dən asılılıq deməkdir”  
18.06.2018, 16:36

Mərkəzi Bankın açıqlaması dolayısıyla FED-dən asılılıq deməkdir  

Ermənistanda hakimiyyət qarşıdurması - Xüsusi xidmətin rəhbərini neytrallaşdırmaq istəyirlər
18.06.2018, 16:22

Ermənistanda hakimiyyət qarşıdurması - Xüsusi xidmətin rəhbərini neytrallaşdırmaq istəyirlər

Məşhur səyyahın 500 il əvvəl kraliçaya yazdığı məktub tapıldı
18.06.2018, 16:11

Məşhur səyyahın 500 il əvvəl kraliçaya yazdığı məktub tapıldı

18.06.2018, 15:48

"Lotu Quli"nin adamları saxlanıldı - ƏMƏLİYYAT

Avropa İttifaqı Krımla bağlı sanksiyaların müddətini uzadıb
18.06.2018, 15:36

Avropa İttifaqı Krımla bağlı sanksiyaların müddətini uzadıb

Dünya çempionatında  Messiyə göz açmağa imkan verməyən fabrik işçisi - FOTO
18.06.2018, 15:14

Dünya çempionatında  Messiyə göz açmağa imkan verməyən fabrik işçisi - FOTO

“Facebook” uşaqlar üçün bunu  qadağan etdi
18.06.2018, 15:00

“Facebook” uşaqlar üçün bunu  qadağan etdi

Dünya çempionu velosipeddən yıxılaraq dünyasını dəyişib
18.06.2018, 14:45

Dünya çempionu velosipeddən yıxılaraq dünyasını dəyişib

Ombudsmanların XV Bakı Beynəlxalq Konfransı keçiriləcək
18.06.2018, 14:29

Ombudsmanların XV Bakı Beynəlxalq Konfransı keçiriləcək

İŞİD Suriyada əsas istinadgahını itirib
18.06.2018, 14:18

İŞİD Suriyada əsas istinadgahını itirib

Güclü külək və leysan 500 ailəyə ziyan vurub
18.06.2018, 14:07

Güclü külək və leysan 500 ailəyə ziyan vurub

“Yüksək bal toplayan müəllimlərə hələ tam bilikli pedaqoq kimi baxmaq olmaz” - Ekspertdən İRAD  
18.06.2018, 13:47

“Yüksək bal toplayan müəllimlərə hələ tam bilikli pedaqoq kimi baxmaq olmaz” - Ekspertdən İRAD  

Rəsmi Bakıdan deputatın həbsinə REAKSİYA: “Qriqoryan Xocalı soyqırımında iştirak edib”  
18.06.2018, 13:32

Rəsmi Bakıdan deputatın həbsinə REAKSİYA: “Qriqoryan Xocalı soyqırımında iştirak edib”  

Ötən gün 76 cinayət faktı qeydə alınıb
18.06.2018, 13:14

Ötən gün 76 cinayət faktı qeydə alınıb

Bakıda intihara cəhd - özünü damdan atmaq istədi
18.06.2018, 13:03

Bakıda intihara cəhd - özünü damdan atmaq istədi

Azərbaycanda tanınmış QHT rəhbəri niyə həbs olundu? - SƏBƏB
18.06.2018, 12:58

Azərbaycanda tanınmış QHT rəhbəri niyə həbs olundu? - SƏBƏB

Bakıda 1500-dən çox pivə bakalı oğurlayan şəxs saxlanıldı
18.06.2018, 12:52

Bakıda 1500-dən çox pivə bakalı oğurlayan şəxs saxlanıldı

Sabahın hava PROQNOZU - Bakıda 31 dərəcə isti
18.06.2018, 12:48

Sabahın hava PROQNOZU - Bakıda 31 dərəcə isti

Şimali və Cənubi Koreya arasındakı müharibəyə bu tarixdə SON QOYULACAQ
18.06.2018, 12:29

Şimali və Cənubi Koreya arasındakı müharibəyə bu tarixdə SON QOYULACAQ

Yaponiyada zəlzələnin dəhşətli fəsadları - 230 nəfər.... - YENİLƏNİB
18.06.2018, 12:16

Yaponiyada zəlzələnin dəhşətli fəsadları - 230 nəfər.... - YENİLƏNİB

Türkiyə Antarktikada elmi baza yaradacaq
18.06.2018, 11:59

Türkiyə Antarktikada elmi baza yaradacaq

Alimlər döş xərçənginin qarşısını almağın asan yolunu aşkarladılar
18.06.2018, 11:42

Alimlər döş xərçənginin qarşısını almağın asan yolunu aşkarladılar

“Qara qızıl” ucuzlaşır
18.06.2018, 11:16

“Qara qızıl” ucuzlaşır

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2%-dən çox artıb
18.06.2018, 11:02

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2%-dən çox artıb

Neymar son 20 ilin antirekordunu təzələdi - DÇ tarixində...
18.06.2018, 10:49

Neymar son 20 ilin antirekordunu təzələdi - DÇ tarixində...

Azərbaycanlılara qəddarlıq etmiş erməni generalın oğlu da istefa verdi - ŞOK FAKTLAR - VİDEO
18.06.2018, 10:44

Azərbaycanlılara qəddarlıq etmiş erməni generalın oğlu da istefa verdi - ŞOK FAKTLAR - VİDEO

ABŞ koalisiyası Suriya ordusuna zərbə endirib
18.06.2018, 10:35

ABŞ koalisiyası Suriya ordusuna zərbə endirib

Ermənistan atəşkəsi 102 dəfə pozdu
18.06.2018, 10:32

Ermənistan atəşkəsi 102 dəfə pozdu

Azərbaycanda aqrar sektor 9% böyüyüb
18.06.2018, 10:30

Azərbaycanda aqrar sektor 9% böyüyüb

Yaponiyadakı zəlzələdə ölən və yaralananlar arasında soydaşlarımız yoxdur - RƏSMİ
18.06.2018, 10:24

Yaponiyadakı zəlzələdə ölən və yaralananlar arasında soydaşlarımız yoxdur - RƏSMİ

Sumqayıtda dənizdə boğulan 51 yaşlı kişinin meyiti tapılıb
18.06.2018, 10:05

Sumqayıtda dənizdə boğulan 51 yaşlı kişinin meyiti tapılıb

DÇ-2018: Bu gün daha 3 oyun keçiriləcək - TƏQVİM
18.06.2018, 09:25

DÇ-2018: Bu gün daha 3 oyun keçiriləcək - TƏQVİM

Əhalinin banklarda 7.8 milyard manat pulu var
18.06.2018, 09:16

Əhalinin banklarda 7.8 milyard manat pulu var

ARXİV
SORĞU
Hansı ölkə dünya çempionu olacaq?
Argentina(16.8%)
Braziliya(16.8%)
Almaniya(15.6%)
İngiltərə(6.02%)
Portuqaliya(13.2%)
İspaniya(4.81%)
Fransa(4.81%)
Belçika(1.20%)
Seneqal(2.40%)
Rusiya(18.0%)