Modern.az

Portuqaliyada meşə yanğınlarının qarşısını almaq olmur

Portuqaliyada meşə yanğınlarının qarşısını almaq olmur

4 İyul 2017, 00:57

Portuqaliyada meşə yanğınları davam edir. Modern.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin Abrantes şəhəri yaxınlığındakı meşə yanğınını söndürərkən 3 yanğınsöndürən və 5 meşə gözətçisi yaralanıb. Xəsarət alan iki meşə gözətçisinin vəziyyəti ağır olduğundan onlar paytaxt Lissabondakı xəstəxanaya aparılıb.

Milli Mülki Müdafiə qurumunun rəsmiləri yeli televiziya kanalına açıqlamalarında yanğının söndürülməsinə 11 təyyarənin də cəlb edildiyini bildiriblər.

Qeyd edək ki, təxminən iki həftə əvvəl ölkədən baş verən meşə yanğınında 62 nəfər həyatını itirib. Bu, ölkə tarixində ən böyük yanğın faciəsi hesab edilib və üç günlük matəm elan olunub.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi