Modern.az

Milli Məclisin Elm və Təhsil Komitəsi Təhsil Nazirliyi ilə necə əməkdaşlıq edir?

Milli Məclisin Elm və Təhsil Komitəsi Təhsil Nazirliyi ilə necə əməkdaşlıq edir?

4 İyul 2017, 11:04

Milli Məclisdə 15 komitə fəaliyyət göstərir. Əsasən qanun layihələrinin hazırlanması ilə məşğul olan komitələr müvafiq icraedici orqanlarla – nazirlik və komitələrlə əməkdaşlığı hansı müstəvidə qurub?
Modern.az saytı bu suala həm Milli Məclisin komitələrindən, həm də uyğun nazirliklərdən cavab almağa çalışıb.
Əvvəlcə parlamentin Elm və təhsil komitəsinin fəaliyyətindən başladıq. Eyni suala həm onlardan, həm də Təhsil Nazirliyindən cavab istədik.

 

Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib ki, rəhbərlik etdiyi komitə dövlətçiliyin möhkəmlənməsi, təhsilin inkişafı üçün qanunlar hazırlayır.

“Bu qanunların hazırlanmasında ayrı-ayrı universitetlərin, institutların, Təhsil Nazirliyinin, ictimai birliklər və digər qurumların nümayəndələrinin rəyi öyrənilir. Həmçinin, qanunların hazırlanmasında parlamentin müvafiq şöbəsinin və deputatların rolu da çoxdur. Parlamentdə zərurət yarandığı təqdirdə ölkəmizin reallıqlarını nəzərə alaraq qanunlar qəbul olunur və ya müəyyən dəyişikliklər edilir. Bu işdə bizə hər zaman Təhsil Nazirliyi öz dəstəyini göstərir. Hər hansı qanun hazırlanarkənı və ya ona dəyişikliklər edilən zaman Təhsil Nazirliyindən parlamentdə nümayəndələr dəvət olunur. Onların iştirakı ilə fikir mübadiləsi aparılır. “Məktəbəqədər təhsil haqqında”, “Təhsil haqqında” qanunların müzakirəsi zamanı nazirlikdən  müvafiq şöbənin işçilərini dəvət etmişdik. Hətta bununla bağlı bir neçə dəfə geniş iclaslar da təşkil etdik. Nazirlik rəsmiləri bu iclaslarda müəyyən təkliflər verdilər və deputatlarımız bu fikirlərə müsbət yanaşdılar”.

Deputat bildirib ki, zərurət yarandıqda Təhsil Nazirliyi hər hansı qanun layihəsi və qanuna dəyişiklik edilməsi üçün komitəyə müraciət edir.

“Müraciətə əsasında nazirlikdən nümayəndələr dəvət olunur. Onlarla müəyyən fikir mübadiləsi aparılır. Hətta elə qanun layihələri olub ki, təhsil naziri Mikayıl Cabbarov da iclaslara qatılıb. Biz “Təhsil haqqında” qanuna son dəyişikliyi etdikdən sonra həmin sənədi Təhsil Nazirliyinə göndərdik. Nazirlik isə həmin qanundan irəli gələn tələbləri yerinə yetirəcək. Düşünürəm ki, həmin qanunun icrası da layiqincə yerinə yetirilər. Ümumiyyətlə isə parlamentin Elm və təhsil komitəsi olaraq, Təhsil Nazirliyi ilə sıx əlaqələrimiz mövcuddur. Bu əlaqələr dəha da möhkəmlənəcək və dövlətimiz, millətimiz üçün önəmli qanunların hazırlanmasında birgə fəaliyyət göstərəcəyik”.

 

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, bu dövlət qurumu hər zaman parlamentin Elm və təhsil komitəsi ilə çoxformatlı işlər aparıb.

“Qanunun predimentinə uyğun olaraq nazirliyin müvafiq şöbəsinin rəhbər şəxsləri parlamentdə müzakirələrdə iştirak edirlər. Hətta bəzi qanunların müzakirəsində təhsil naziri Mikayıl Cabbarovun özü də iştirak edir. Parlamentarilərlə fikir mübadiləsi aparır. Qanunun peşəkar səviyyədə hazırlanmasına öz töhfəsini verir. Düşünürəm ki, bu işdə Təhsil Nazirliyi öz öhdəsinə düşən işi layiqincə yerinə yetirir”.

 

Mirmahmud KAZIMOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı