Modern.az

Cinayət Məcəlləsinə yeni növ cəza daxil edilib

Cinayət Məcəlləsinə yeni növ cəza daxil edilib

4 İyul 2017, 11:24

Azadlıqdan məhrumetmə cəzasının tətbiqi hallarının azaldılması və sanksiyalara alternativ cəzaların daxil edilməsi məqsədilə Cinayət Məcəlləsinə yeni növ cəza daxil edilib.

Parlamentdən Modern.az-a verilən məlumata görə, bu, məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarət olan azadlığın məhdudlaşdırılması cəzasıdır.

Şərti məhkumetmə və ya cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə institutlarının tətbiqi zamanı elektron nəzarət vasitələrindən  istifadə ediləcək. Bununla da məhkumun yerini dəyişməyi və harada olmağı barədə sistemə məlumat daxil olacaq.

Qeyd edək ki, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” qanun layihəsi Milli Məclisin payız sessiyasında gündəliyə daxil ediləcək

 

Mirmahmud KAZIMOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir