Modern.az

Almaniya, Rusiya və Gürcüstan alimləri BDU-ya gəliblər

Almaniya, Rusiya və Gürcüstan alimləri BDU-ya gəliblər

11 May 2011, 15:25

Bu gün Bakı Dövlət Universitetində Hüquq fakültəsinin Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş “Dövlət və hüquq quruculuğunun aktual problemləri” mövzusunda iki gün davam edəcək XI Respublika elmi-praktik konfransı öz işinə başlayıb. Konfransda respublikanın hüquq təhsil mərkəzlərinin hamısı – Bakı Dövlət Universiteti, AMEA-nın Fəlsəfə Sosiologiya və Hüquq İnstitutu, Konstitusiya Məhkəməsi, Polis Akademiyası, Ədliyyə Nazirliyi, Ədliyyə Akademiyası, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi, İdarəçilik Akademiyası və Milli Aviasiya Akademiyası təmsıl olunub. Tədbirdə Almaniya, Rusiya və Gürcüstan alimləri də məruzə ilə çıxış edəcəklər.

Rektor, akademik Abel Məhərrəmov H.Əliyevin 88-ci ildönümünə həsr olunmuş konfransın əhəmiyyətindən, elmə verəcəyi töhfələrdən bəhs edib. “Azərbaycan o xoşbəxt ölkələrdəndir ki, Heydər Əliyev kimi dahi öndəri var. Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə gələndə qarşıya məqsəd qoydu ki, hüquqi, dünyəvi, demokratik dövlət yaratmalıyıq. O, təşkilatçılığına, təcrübəsinə və vətəni sevməsinə görə bunu bacardı. Azərbaycanda hüquqi, dünyəvi dövlət yarandı”.

Daha sonra hüquq elmləri doktorları, professorlar Eliko Lamix (Almaniya), Vladimir Soyfer (Rusiya), Məsumə Məlikova, Firudin Səməndərov,  Alış Qasımov çıxış ediblər. 270-ə yaxın məqalə və məruzələrdən ibarət olan konfrans 7 bölmədən ibarətdir: “Dövlət və hüquq nəzəriyyəsi və tarixi, beynəlxalq hüquq”, “Konstitusiya hüququ, inzibati hüquq, insan hüquqları”, “Mülkü hüquq”, “Mülki proses, əmək və ekologiya hüququ”, “Cinayət hüququ və kriminologiya; cəza icra hüququ”, “Cinayət prosesi” və “Kriminalistika, məhkəmə ekspertizası və əməliyyat-axtarış fəaliyyəti”. Konfrans işini davam etdirir.



Mail Ağaxanov

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər