24 fevral 2018, Şənbə
Ana Səhifə - MEDİA - Mətbuatın ideologiyası olmalıdırmı...
Mətbuatın ideologiyası olmalıdırmı...
06.07.2017, 10:19

İdeologiya ictimai şüurun müxtəlif formalarında - fəlsəfədə, siyasətdə, hüquqda, əxlaqda, incəsənətdə, dində ifadə olunan ideyalar, təsəvvürlər, məfhumlar sistemidir. İdeologiya siyasi və ya kütləvi birlik əmələ gətirən, bir hökümətin, siyasi partiyanın, kütləvi cəmiyyət siniflərinin davranışlarına istiqamət verən vasitədir.
Maraqlıdır, Azərbaycan jurnalistikası hansı ideoloji xətti aparır? Ümumiyyətlə, jurnalistikamız  ideoloji xətt müəyyən edə bilibmi?


“Ədalət” qəzetinin  baş redaktoru Aqil Abbas Modern.az-a
açıqlamasında bildirib ki, hazırda Azərbaycan jurnalistikası ideoloji xəttini müəyyənləşdirə bilməyib:


“Bugünkü mətbuatımız Avropa mətbuatını izləyir. Onlarda isə ideoloji xətt yoxdur. Düzdür, başqa formada dövlətin öz siyasəti var. Yəni hazırda jurnalistikamız yalnız məlumatlandırmaq, oxucuları informasiya ilə təmin etmək funksiyasını daşıyır. Əksər KİV-lərin fəaliyyətində vətən, ordu ilə bağlı ideoloji xətt pis deyil. Mətbuatdan vətənpərvərlik, dövlətçilik hissini duymaq olur. Lakin bunu da hamısına aid etmək olmaz. 

Əslində Heydər Əliyev ideoloji xətti göstərib. Bu Azərbaycançılıqdır. Amma biz buna necə əməl edirik, bu, müəmmalıdır. Digər tərəfdən  “Azərbaycançılıq xətti” deyəndə bizim türkçülüyə qarşı çıxdığımız zənn edilməsin.

Azərbaycanda 20-yə qədər qəzet, təxminən 7-8 portal bu ideoloji xəttə əməl edir. Bunların çoxu da keçmiş jurnalistikanın üstündə bərqərar olanlardır. Məsələn, “Ədalət” qəzeti dövlətçilik, vətənpərvərlik, millətçilik  ideoloji xəttini  tuta bilir”.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı düşünür ki, mətbuatın hansısa ideologiyaya tabe elətdirilməsi sovet dönəmində mövcud idi:

“Bu cür mətbuat orqanları mətbuat tipologiyasına görə ideoloji mətbuat adlanır. Əsasən bolşeviklər hakimiyyətə gələndən sonra onlar öz işlərini bu mətbuat vasitəsilə təbliğ edirdi.

Əlbəttə, hakimiyyətə gəlmək istəyən hər bir siyasi partiya və ya idelogiyasını yaymaq istəyən qurumlar mətbuatdan istifadə edirlər. Amma Qərb təcrübəsinə əsasən, mətbuat ideologiyasız olmalıdır. Azad sözün daşıyıcısı  olan mətbuat qərbdə bu cür qəbul edilir. Jurnalistlərin beynəlxalq standartları var və orada ideoloji xətt deyilən bir şey mövcud deyil”.

Bununla yanaşı, A.Aşırlının fikrincə, müəyyən istiqamətlər üzrə mətbuatın ideoloji xətti olmalıdır:

“Yenicə müstəqilliyini əldə edən Azərbaycan torpağının 20 faizi işğal altındadır və bu gün ölkəmizə öz müstəmləkəsi kimi baxan qüvvələr var. Bunlar da Azərbaycanda istədiklərini həyata keçirmək üçün müəyyən mətbuat orqanları ilə əməkdaşlıq edirlər.  Bu səbəbdən müstəqilliyimiz naminə hazırkı mətbuatın üzərinə böyük yük düşür. Bu baxımdan mətbuatda ideoloji işi həyata keçirmək başlıca amildir. Müstəqilliyimizi qorumaq üçü bu siyasəti reallaşdırmalıyıq. Əlbəttə, dövlətin də bu istiqamətdə müəyyən işləri  və informasiya siyasəti var. Buna da jurnalistlər dəstək olmalıdır. İstərdik ki, zaman-zaman müxalifət-iqtidar mübarizəsindən asılı olmayaq, Azərbaycan mətbuatı milli maraqların müdafiəçisi kimi çıxış etsin.

Artıq hər gün yeni saytlar açılır, elmin-texnikanın inkişafı yeni meyllər, ideyalar  yaranmasına səbəb olur. Təbii ki, bu saytların içərisində peşəkarlar da var. Elə biri Modern.az saytıdır. Bu ideologiyanın priotetlərini yaxşı bilir, milli bayrağımızda olan ideoloji xəttlər üstündə fəaliyyətini qurur. Düşünürəm ki, bu baxımdan Azərbaycanda çoxlu işlər görülsə də, hələ də edilməli işlərimiz var”.

Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli jurnalistikanın ideologiyadan kənar olduğunu qeyd edib:

“Jurnalistika  mövcud olan faktları işıqlandırır və kommersiya qurumudur. Yəni hansı xəbər daha çox auditoriya qazanırsa, əsasən onun ardınca gedilir. Amma bununla yanaşı,  jurnalistikanın həm də ictimai missiyası var. İctimaiyyətin marağında olan informasiyaları tapıb cəmiyyətə ötürmək və mövcud olduğu ölkənin milli maraqlarının təəssübkeşliyini çəkmək məsələsidir. Bu baxımdan zaman-zaman Azərbaycan mətbuatının qəbul etdiyi ideoloji xətlər olub. Məsələn, uzun müddət Azərbaycan mediası ölkəmizin müstəqilliyinin formalaşması və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması xəttini əsas xətt kimi götürüb.  90-cı illərdə bu istiqamətlərdə ciddi irəliləyişlər olub.

2012-ci ildə Eurovision, 2015-ci ildə birinci Avropa oyunları, eyni zamanda İslam oyunları, 2016-cı aprel hadisələri zamanı Azərbaycan mediası göstərdi ki, dövlətçiliyimizi əsas prioritet xətti və müstəqilliyimizi başlıca prinsipi hesab edir. Yəni dövlətimiz, millətimiz üçün zəruri olan məqamlarda KİV əlbəttə ki, bu məsələlərə geniş yer verir və onları kifayət qədər peşəkarlıqla işıqlandırır. Amma KİV ideologiyadan kənardır və auditoriyanın maraqlarına xidmət edir”.


Günay RƏSULQIZI


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Bakuxeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Yəməndə terror aktı: 6 ölü
24.02.2018, 23:16

Yəməndə terror aktı: 6 ölü

Bölgələrdə diri heyvan ucuzlaşdı
24.02.2018, 22:58

Bölgələrdə diri heyvan ucuzlaşdı

45 yaşlı kişi özünü 14-cü mərtəbədən ataraq intihar etdi
24.02.2018, 22:44

45 yaşlı kişi özünü 14-cü mərtəbədən ataraq intihar etdi

Fərqli rəngli gözlərə sahib 6 yaşlı qız - Video
24.02.2018, 22:31

Fərqli rəngli gözlərə sahib 6 yaşlı qız - Video

Anasını bıçaqlayan oğul saxlanıldı - Yenilənib
24.02.2018, 22:24

Anasını bıçaqlayan oğul saxlanıldı - Yenilənib

“Milli dəyərlərimizə sel kimi basqı var” - Yaqub Mahmudov
24.02.2018, 22:09

“Milli dəyərlərimizə sel kimi basqı var” - Yaqub Mahmudov

Türkiyə öz sərhədlərinin təhlükəsizliyini təmin edəcək
24.02.2018, 21:39

Türkiyə öz sərhədlərinin təhlükəsizliyini təmin edəcək

Azərbaycan cüdoçusu “Böyük dəbilqə”dən gümüş medal aldı
24.02.2018, 21:27

Azərbaycan cüdoçusu “Böyük dəbilqə”dən gümüş medal aldı

Şirvanda silahlı insident
24.02.2018, 21:14

Şirvanda silahlı insident

“İndiki məqamda "Qarabağ” "Qəbələ”dən güclüdür” – Roman Qriqorçuk
24.02.2018, 20:59

“İndiki məqamda "Qarabağ” "Qəbələ”dən güclüdür” – Roman Qriqorçuk

Somalidə partlayış qurbanlarının sayı 38-ə çatdı
24.02.2018, 20:46

Somalidə partlayış qurbanlarının sayı 38-ə çatdı

Ermənilər Ukraynada Xocalı ilə bağlı tədbirə mane olmaq istədi - Video
24.02.2018, 20:33

Ermənilər Ukraynada Xocalı ilə bağlı tədbirə mane olmaq istədi - Video

Bərdədə qatar yük maşını ilə toqquşdu - Video
24.02.2018, 20:13

Bərdədə qatar yük maşını ilə toqquşdu - Video

Prezident doktorant və tələbələrin təqaüdünü artırdı
24.02.2018, 20:01

Prezident doktorant və tələbələrin təqaüdünü artırdı

Nazirlik hərbi hissələrdə tədbir keçirdi
24.02.2018, 19:43

Nazirlik hərbi hissələrdə tədbir keçirdi

Prezident təhsil infrastrukturunun inkişafı ilə əlaqədar sərəncam imzaladı
24.02.2018, 18:51

Prezident təhsil infrastrukturunun inkişafı ilə əlaqədar sərəncam imzaladı

Arıqlamaq istədi, həyatını itirdi
24.02.2018, 17:49

Arıqlamaq istədi, həyatını itirdi

Bakıda liftdə köməksiz qalmış 3 nəfər xilas edilib
24.02.2018, 17:39

Bakıda liftdə köməksiz qalmış 3 nəfər xilas edilib

Trampın məsləhətçisi ruslarla işbirliyini etiraf etdi
24.02.2018, 17:31

Trampın məsləhətçisi ruslarla işbirliyini etiraf etdi

Bakıda mənzildən kişi meyiti tapılıb
24.02.2018, 17:22

Bakıda mənzildən kişi meyiti tapılıb

24.02.2018, 17:16

"Qarabağın səsi" adlı rəsm əsərlərinin sərgisi keçirilib

Bakıda ABŞ Senatının modeli – “Nüvə təhdidi: Şimali Koreya” mövzusunda SİMULYASİYA
24.02.2018, 17:14

Bakıda ABŞ Senatının modeli – “Nüvə təhdidi: Şimali Koreya” mövzusunda SİMULYASİYA

Prezidentliyə namizədliyi irəli sürülən 15 nəfər - SİYAHI
24.02.2018, 17:10

Prezidentliyə namizədliyi irəli sürülən 15 nəfər - SİYAHI

Gəncədə top mərmisi tapıldı
24.02.2018, 17:03

Gəncədə top mərmisi tapıldı

Ağdamda dərisi soyulmuş at cəmdəyi aşkarlanıb - FOTO
24.02.2018, 16:57

Ağdamda dərisi soyulmuş at cəmdəyi aşkarlanıb - FOTO

MSK 51 müşahidəçini qeydiyyata alıb
24.02.2018, 16:45

MSK 51 müşahidəçini qeydiyyata alıb

Ukrayna Saakaşvilinin sığındığı ölkəyə müraciət etdi
24.02.2018, 16:41

Ukrayna Saakaşvilinin sığındığı ölkəyə müraciət etdi

Daha 2 nəfərin prezidentliyə namizədliyinin irəli sürüldüyü təsdiqləndi - ADLAR
24.02.2018, 16:23

Daha 2 nəfərin prezidentliyə namizədliyinin irəli sürüldüyü təsdiqləndi - ADLAR

“Erməni saxtakarlıqlarını dünya ictimaiyyətinə çatdırmağa çalışırıq”
24.02.2018, 16:05

“Erməni saxtakarlıqlarını dünya ictimaiyyətinə çatdırmağa çalışırıq”

Rusiyanın kredit reytinqi artdı
24.02.2018, 15:54

Rusiyanın kredit reytinqi artdı

Azərbaycana piyada gələn iranlıda tiryək aşkarlandı
24.02.2018, 15:43

Azərbaycana piyada gələn iranlıda tiryək aşkarlandı

Deputatlar süni bahalaşmadan DANIŞDILAR: “İcra strukturları monopolistlərə qarşı mübarizədə səfərbər olmalıdır”
24.02.2018, 15:32

Deputatlar süni bahalaşmadan DANIŞDILAR: “İcra strukturları monopolistlərə qarşı mübarizədə səfərbər olmalıdır”

XİN və Baş Prokurorluq Xocalı soyqırımı ilə bağlı birgə bəyanat yayıb
24.02.2018, 15:21

XİN və Baş Prokurorluq Xocalı soyqırımı ilə bağlı birgə bəyanat yayıb

Özbəkistanın sabiq baş prokuroru həbs olundu
24.02.2018, 15:05

Özbəkistanın sabiq baş prokuroru həbs olundu

Bakıda I sinfə gedəcək şagirdlərin çoxu sənədlərini təqdim edib
24.02.2018, 14:47

Bakıda I sinfə gedəcək şagirdlərin çoxu sənədlərini təqdim edib

ARXİV
SORĞU
Hansı supermarketdən alver edirsiniz?
“ARAZ” marketləri(16.2%)
“Bazarstore”(10.4%)
“Neptun” marketləri(2.32%)
“Favorit” marketi(5.81%)
“Makromarket”(2.32%)
“Bizim market”(2.32%)
“Rahat market”(2.32%)
“Bravo” marketləri(13.9%)
“Oba market”(10.4%)
Heç biri - digər mağazalar(33.7%)