Modern.az

ATƏT PA-da 330-dan çox əcnəbi deputat Alxanlı olayını erməni vəhşiliyi kimi qəbul etdi - ÖZƏL

ATƏT PA-da 330-dan çox əcnəbi deputat Alxanlı olayını erməni vəhşiliyi kimi qəbul etdi - ÖZƏL

Ölkə

6 İyul 2017, 11:16

Belarusun  paytaxtı Minskdə keçirilən ATƏT Parlament Assambleyasının 26-cı illik sessiyasında Azərbaycan nümayəndə heyəti düşmənin Füzulidə azyaşlı körpənin və nənəsinin qətli ilə nəticələnmiş təxribatı haqda qaldırdığı məsələ iclas iştirakçılarının diqqətinə çatdırılıb.

 

Bunu Modern.az-a  açıqlamasında ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin üzvü  Tahir Mirkişili deyib.

 

Deputat bildirib ki, ATƏT PA-nın 26-cı illik sessiyasında 54 ölkədən 330-dən çox parlamentari iştirak edir.

“Biz Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatını və erməni vəhşiliyini sübut edən şəkilləri onlara payladıq.  Parlamentarilər bunu ikrah hissi ilə qarşıladılar və insanlığa qarşı vəhşilik kimi qəbul etdilər. Parlamentarilər bunu bizim nümayəndə heyətinin üzvləri ilə söhbətdə də açıq bildirdilər”.

 

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alıxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

 



Mirmahmud KAZIMOĞLU

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar