Modern.az

Erməni politoloq: “Azərbaycanlılar müharibəyə başlayarlarsa, qabağı alınmayacaq...”

Erməni politoloq: “Azərbaycanlılar müharibəyə başlayarlarsa, qabağı alınmayacaq...”

6 İyul 2017, 11:34

“Sülh danışıqlarının aparılmadığı şəraitdə irimiqyaslı hərbi əməliyyatlar bərpa oluna bilər.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə “168 Jam” qəzetinə politoloq Areq Qalstyan deyib.

 

 Onun fikrincə, Azərbaycan torpaqlarını güc yolu ilə azad etməyə qərar versə, beynəlxalq birlik buna mane ola bilməyəcək.

“Düşünürəm ki, azərbaycanlılar müharibəyə başlayarsa, beynəlxalq aləmin çağırışlarını dinləməyəcəklər. Ona görə də hər şeyə hazır olmalıyıq. Əslində vəziyyət çox ciddidir və sabah hər şey ola bilər. Minsk qrupunu idealizə etmək də lazım deyil. Onun mexanizmləri yoxdur”.

 

Vüqar İSMAYILOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu