Modern.az

“Cahangir Məmmədli, Şirməmməd Hüseynov, Qulu Məhərrəmlinin dekanı olmaq ikiqat məsuliyyətdir”

“Cahangir Məmmədli, Şirməmməd Hüseynov, Qulu Məhərrəmlinin dekanı olmaq ikiqat məsuliyyətdir”

6 İyul 2017, 13:22

Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetində (BDU) Jurnalistika fakültəsinə yeni dekanı seçkisi keçirilib və Vüqar Zifəroğlu bu vəzifəyə təyinat alıb.


V.Zifəroğlu bununla bağlı təəssüratlarını Modern.az-la bölüşüb.

 

O, bu təyinatla üzərində böyük məsuliyyət hiss etdiyini vurğulayıb:

“Jurnalistika son dərəcə ciddi fakültə və ciddi ixtisasdır. Müasir dövrdə ictimaiyyətin elə bir sahəsi yoxdur ki, orada jurnalistikanın təsiri olmasın. Bu mənada dekanlıq bu məsuliyyəti artıran bir məsələdir. Çünki biz gələcəyin jurnalistlərini yetişdiririk. Həsən bəy Zərdabinin gözəl bir ifadəsi var: “Hər qəzet ol məmləkətin bir aynasıdır”. Media əslində ölkəni, cəmiyyəti əks etdirən bir güzgüdür. Bu fakültə həmin o güzgünü hazırlayan ustaları yetişdirir. Bu mənada təbii ki, üzərimdə böyük məsuliyyət hiss edirəm”.

Müsahibimiz bildirib ki, ustadlarının dəstəyilə vəzifəsinin öhdəsindən gəlməyə çalışacaq:

“Bu fakültədə professor Cahangir Məmmədli, ustadımız Şirməmməd Hüseynov, professor Qulu Məhərrəmli var. Onlar kimi ustadların dekanı olmaq ikiqat məsuliyyətdir. Allah utandırmasın. Allahın izni, müəllimlərimin dəstəyilə çalışacam ki, bu etimadı doğruldum”.

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir