Modern.az

Milli Məclis Alxanlı şəhidləri barədə Avropa Birliyinə, Avropa Şurasına məlumat verib  

Milli Məclis Alxanlı şəhidləri barədə Avropa Birliyinə, Avropa Şurasına məlumat verib   

Parlament

6 İyul 2017, 16:08

“Bu növbəti qanlı cinayət Ermənistandakı hərbi-siyasi rejimin terrorçu mahiyyətini, qeyri-insani və cinayətkar simasını bir daha açıq şəkildə bütün dünyaya nümayiş etdirib”.

Bunu Modern.az-a özəl açıqlamasında Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev iyulun 4-də Ermənistan ordusunun  Füzulidə azyaşlı körpənin və nənəsinin qətli ilə nəticələnmiş qanlı hadisəyə münasibət bildirərkən deyib.

Aparat rəhbəri bildirib ki, düşmənin Füzulidə azyaşlı körpənin və nənəsinin qətli ilə nəticələnmiş təxribatı haqda məsələ Azərbaycan Parlamentinin nümayəndə heyətinin iştirak etdiyi iclaslarda qaldırılır.

“Bununla bağlı Avropa Birliyinə, Avropa Şurasına məlumat verilib və  Azərbaycan Parlamentinin nümayəndə heyətinin iştirak etdiyi iclaslarda məsələ qaldırılıb”.

 

S.Mirzəyev həmçinin bildirib ki, Alxanlı hadisəsi ilə bağlı Milli Məclisin ayrı-ayrı işçi qrupları səviyyəsində bəzi ölkələrə bəyanatlar göndərilir.

 

Mirmahmud KAZIMOĞLU 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi