25 iyul 2017, Çərşənbə
Ana Səhifə - ÖLKƏ - Bakıda niyə Böyük Şəhər Bələdiyyəsi yarada bilmirlər...  
Bakıda niyə Böyük Şəhər Bələdiyyəsi yarada bilmirlər...  
07.07.2017, 09:27

Uzun illərdir ki, Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılacağı anonsları verilsə də, ortada nəticə yoxdur. Bu məsələ gündəmdən niyə çıxdı?..

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev Modern.az-a deyib ki, Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılması üçün vaxt lazımdır:

 

“Bələdiyyələr özlərini təmin edə bilmir”

 

“Bələdiyyənin yaradılması böyük vəsait tələb edir. Bunun üçün bələdiyyələrin maliyyə bazasının dayanıqlı olması vacibdir. Maliyyə resursları olmadan Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılması mümkün deyil.

Hazırda elə bələdiyyələr var ki, özlərinin təminatında çətinlik çəkir və adi tapşırıqları belə, icra edə bilmirlər. Çünki bələdiyyələr sistemləşməyib. Burada təşkilatçılıq qabiliyyəti, maddi-texniki baza səviyyəsi yüksəldilməlidir. Bütün bunlar çətin prosesdir. Bəziləri elə bilirlər ki, Bakı Böyük Şəhər Bələdiyyəsini yaradıb bir çox səlahiyyətləri əlində cəmləməklə işlərin hamısı icra olunacaq.

 

Hazırda bələdiyyələr kəndarası yollar, məktəbdənkənar müəssisələrin yaradılması, insanların məişətinin təmin olunması kimi kiçik məsələləri həll edə bilmirlər. Hansı ki, o qədər də köklü məsələlər deyil, bunu bələdiyyələr edə bilərlər. Amma çox təəssüflər olsun ki, təşkilatçılıq qabiliyyəti olmadığına görə, bələdiyyələr bunu bacarmırlar. Nədənsə bu məsələlərə girişmirlər. Məsələn, Bakının özündə hansısa uşaq bağçası açıb istifadəyə verə bilər. Bu, olduqca ehtiyac duyulan və vacib sahədir.

Təəssüflər olsun ki, illərdir bu barədə müzakirələr gedir, müəyyən tapşırıqlar da var. Hazırkı durumda kənd rayonlarının bələdiyyələri 30-40 nəfərlik uşaq bağçası tikib, istifadəyə verə bilərlər. Amma maraq göstərmirlər”.

 


“...Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılması effektli olmayacaq”

 

Deputatın fikrincə, öz işlərinin öhdəsindən gələ bilməyən bələdiyyələri birləşdirib Bakı Böyük Şəhər Bələdiyyəsini yaratmağın effekti olmayacaq:


“Əksinə, bu, bələdiyyələrin nüfuzuna xələl gətirəcək, insanlarda inamsızlıq yaradacaq. Onsuz da vətəndaş-bələdiyyə münasibətlərində ciddi nöqsanlar mövcudur.

Bu münasibət sağlam olarsa, hər bir vətəndaş bələdiyyənin fəaliyyətində yaxından iştirak edərsə, vergisini vaxtında ödəyərsə, bələdiyyələrin də büdcəsi olar. Amma ümumilikdə vətəndaş-bələdiyyə münasibətlərinin tənzimlənməsinə ciddi ehtiyac var. Bələdiyyələr bu problemlərin aradan qaldırılması üçün iş görmürlər. Ona görə də hesab edirəm ki, bu gün üçün Bakı Bələdiyyəsinin yaradılmasına ehtiyac yoxdur.

İş adamları, sahibkarlar bələdiyyələrə yardımçı ola bilərlər. Ancaq bu halda Bakı Böyük Bələdiyyəsinin yaradılması effektli olacaq. Bununla həm bələdiyyənin fəaliyyəti  sistemli hal alar, həm vahid mərkəzdən idarə edilər, həm də görülən işlərin məqsədi aydın və aşkar olar. Təəssüflər olsun ki, hələlik nə cəmiyyət, nə də bələdiyyələr Bakının bir bələdiyyə ilə idarə edilməsinə hazır deyil”.

 

Bələdiyyələrin mübahisəli sərhədləri

 

T.Rzayevin sözlərinə görə, bir çox kənd rayonları yaradılmış reyestr xidmətindən keçiblər:

 

“Qanunauyğun olaraq bütün bələdiyyələr Milli Məclisdə yaradılmış reyestrdən keçməli, bələdiyyələrin sərhədləri, bu sərhəd daxilində dövlət, xüsusi mülkiyyət və bələdiyyələrə aid olan əmlaklar əksini tapmalıdır. Kənd bələdiyyələrinin demək olar çoxu reyestrdən keçib və sənədləri də alıblar. Amma şəhərdə sənədləşmə işləri davam edir. Çünki sərhədlər dəqiq müəyyən olunmayıb. Bakı, Sumqayıt, ümumiyyətlə, Abşeron ərazisində mübahisəli ərazilər var. Buna səbəb isə bələdiyyələrin sərhədləri ilə bağlı məsələnin həll olunmamasıdır”.

 

“Hazırda bu, qeyri-realdır”

 

Parlament üzvü deyib ki, hazırkı proseslər əslində Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılması istiqamətindədir:

“Demokratiyanın təzahürü kimi 1999-cu ildə 2757 bələdiyyə yaradıldı. Daha sonra 1000-dən artıq bələdiyyə birləşdirildi və hazırda ölkədə 607 bələdiyyə fəaliyyət göstərir. Hesab edirəm ki, təkmilləşmə getdikcə, iri bələdiyyələrin yaranması prosesi gedəcək. Qonşu Gürcüstanda və Ermənistanda şəhər bələdiyyələri çoxdan təşkil edilib. Onlarda bizdəki kimi böyük assossiasiyalar, kəndlər, qəsəbələr yoxdur. Bunlar təkmilləşdikdən sonra şəhər bələdiyyəsi yaradılmalıdır. Bir çox rayon bələdiyyəsi birləşərək regional bələdiyyə yaradıla bilər. Gələcəkdə Bakı Böyük Şəhər Bələdiyyəsi yaradıla bilər. Amma hazırda bu, qeyri-realdır”.

 

Gülşən RAUFQIZI


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Antalyada partlayış: yaralılar var
25.07.2017, 00:56

Antalyada partlayış: yaralılar var

Ukraynada silahlı insident: 1 ölü, 5 yaralı
25.07.2017, 00:44

Ukraynada silahlı insident: 1 ölü, 5 yaralı

ABŞ Türkiyədən izahat gözləyir
25.07.2017, 00:29

ABŞ Türkiyədən izahat gözləyir

Makronla Merkel Ukraynanı dəstəklədi
25.07.2017, 00:12

Makronla Merkel Ukraynanı dəstəklədi

Oğuz sakini güllələndi
24.07.2017, 23:57

Oğuz sakini güllələndi

Axund işğaldakı məscidin açarlarını 24 ildir özündə saxlayır - VİDEO
24.07.2017, 23:37

Axund işğaldakı məscidin açarlarını 24 ildir özündə saxlayır - VİDEO

İsveçrədə insanlara avtomatik mişarla hücum çəkən şəxs axtarılır
24.07.2017, 23:18

İsveçrədə insanlara avtomatik mişarla hücum çəkən şəxs axtarılır

BMT Donbasa sülhməramlı göndərməyi planlaşdırmır
24.07.2017, 23:04

BMT Donbasa sülhməramlı göndərməyi planlaşdırmır

Mənzil alan jurnalistlərə TƏBRİKİM   
24.07.2017, 22:56

Mənzil alan jurnalistlərə TƏBRİKİM  

Azərbaycanda ən bahalı ixtisaslar  - Video
24.07.2017, 22:49

Azərbaycanda ən bahalı ixtisaslar  - Video

Azərbaycan nefti ucuzlaşdı
24.07.2017, 22:34

Azərbaycan nefti ucuzlaşdı

“Fatma, bizə qəhrəman adı verdilər” - SSRİ-nin qaz sənayesinə rəhbərlik etmiş azərbaycanlı nazir  
24.07.2017, 22:29

“Fatma, bizə qəhrəman adı verdilər” - SSRİ-nin qaz sənayesinə rəhbərlik etmiş azərbaycanlı nazir  

Xaçmazda azyaşlı piyadanı maşın vurdu
24.07.2017, 22:16

Xaçmazda azyaşlı piyadanı maşın vurdu

“Kişiliyinizi” jenşenə etibar edin - YALNIZ KİŞİLƏR ÜÇÜN
24.07.2017, 22:09

“Kişiliyinizi” jenşenə etibar edin - YALNIZ KİŞİLƏR ÜÇÜN

Rusiyada şaxtada partlayış: 2 nəfər itkin düşdü
24.07.2017, 21:51

Rusiyada şaxtada partlayış: 2 nəfər itkin düşdü

Reyd zamanı çətin anlar yaşandı - VİDEO
24.07.2017, 21:35

Reyd zamanı çətin anlar yaşandı - VİDEO

Yardımlıda yeni tarixi abidələr aşkarlanıb
24.07.2017, 21:21

Yardımlıda yeni tarixi abidələr aşkarlanıb

3 israillini qətlə yetirən fələstinlinin evi dağıdılacaq   
24.07.2017, 21:04

3 israillini qətlə yetirən fələstinlinin evi dağıdılacaq  

"Qarabağ torpaqlarının işğalı daim məsuliyyətimizi artırır" - Qurban Qurbanov
24.07.2017, 20:50

"Qarabağ torpaqlarının işğalı daim məsuliyyətimizi artırır" - Qurban Qurbanov

Pakistanda terror qurbanlarının sayı artıb - 25 ölü, Yenilənib
24.07.2017, 20:36

Pakistanda terror qurbanlarının sayı artıb - 25 ölü, Yenilənib

Çimərlikdə faciəvi şəkildə ölən gənc tələbə imiş - FOTO
24.07.2017, 20:20

Çimərlikdə faciəvi şəkildə ölən gənc tələbə imiş - FOTO

Şura daha 9 QHT-yə maliyyə ayırdı
24.07.2017, 20:11

Şura daha 9 QHT-yə maliyyə ayırdı

İlham Əliyevin Macarıstana səfəri gözlənilir   
24.07.2017, 19:10

İlham Əliyevin Macarıstana səfəri gözlənilir  

Regional İnkişaf İctimai Birliyi Tovuzda ödənişsiz tibbi müayinələr təşkil edib
24.07.2017, 19:04

Regional İnkişaf İctimai Birliyi Tovuzda ödənişsiz tibbi müayinələr təşkil edib

Azercell pulsuz “Coding Kids – Summer IT School” layihəsinə başlayıb
24.07.2017, 18:27

Azercell pulsuz “Coding Kids – Summer IT School” layihəsinə başlayıb

700 bal toplayan abituriyentlər təəssüratlarını Modern.az-la BÖLÜŞDÜLƏR - FOTOLAR   
24.07.2017, 18:23

700 bal toplayan abituriyentlər təəssüratlarını Modern.az-la BÖLÜŞDÜLƏR - FOTOLAR  

Zirə-Türkan yolunun tikintisinə 3 milyon manat ayrıldı
24.07.2017, 18:15

Zirə-Türkan yolunun tikintisinə 3 milyon manat ayrıldı

Umud Mirzəyev Qatarda beynəlxalq tədbirə qatılıb
24.07.2017, 18:08

Umud Mirzəyev Qatarda beynəlxalq tədbirə qatılıb

DİN axtarışa verilən borclu vətəndaşlarla bağlı məlumat yaydı - Adları burdan öyrənin   
24.07.2017, 17:57

DİN axtarışa verilən borclu vətəndaşlarla bağlı məlumat yaydı - Adları burdan öyrənin  

“Nalbandyanın Kəlbəcər səfəri dini saxtakarlığa siyasi don geyindirməkdir”
24.07.2017, 17:44

“Nalbandyanın Kəlbəcər səfəri dini saxtakarlığa siyasi don geyindirməkdir”

47 minə yaxın müəllimin ərizəsi təsdiq olunub
24.07.2017, 17:42

47 minə yaxın müəllimin ərizəsi təsdiq olunub

I və IV qrupların imtahan nəticələri açıqlandı - Üç abituriyent 700 bal toplayıb
24.07.2017, 17:36

I və IV qrupların imtahan nəticələri açıqlandı - Üç abituriyent 700 bal toplayıb

Müəllimlər üçün vakant yerlərin yekun SAYI
24.07.2017, 17:24

Müəllimlər üçün vakant yerlərin yekun SAYI

Özbəkistanın tanınmış şairə-tərcüməçisi Sumqayıtın qonağı oldu
24.07.2017, 17:20

Özbəkistanın tanınmış şairə-tərcüməçisi Sumqayıtın qonağı oldu

Dollar və manatın sabahkı MƏZƏNNƏSİ 
24.07.2017, 17:13

Dollar və manatın sabahkı MƏZƏNNƏSİ 

ARXİV
SORĞU
Builki qəbul imtahanları necə keçdi?
- İmtahanların iki dəfə keçirilməsi müsbət haldır(17.3%)
- İmtahanlar bir dəfə keçirilməliydi(4.34%)
- İmtahanların pullu keçirilməsi mənfi haldır(52.1%)
- İmtahan testləri çətinləşdirilmişdi(13.0%)
- İmtahanlar asan keçdi(4.34%)
- Təşkilatçılıq yüksək səviyyədəydi(4.34%)
- Təşkilatçılıq aşağı səviyyədəydi(4.34%)