Modern.az

Mədəniyyət komitəsi bəzi qanun layihələrini Milli Məclisə tövsiyyə edib

Mədəniyyət komitəsi bəzi qanun layihələrini Milli Məclisə tövsiyyə edib

Mədəni̇yyət

13 Noyabr 2009, 17:35

Noyabrın 13-də Milli Məclisin mədəniyyət komitəsinin iclası keçirilib.
Modern.az xəbər verir ki, əvvəlcə “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi”ndə, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” və “Məlumat toplularının hüquqi qorunması haqqında” qanunlarda dəyişiklilərin edilməsi barədə layihələr müzakirə edilib.
Komitənin sədri Nizami Cəfərov deyib ki, qanun layihələrində yazılı ədəbiyyatda, misiqidə müəllif hüquqlarının daha ciddi qorunmasını tələb edən müddəalar yer alıb.
”Mədəni üzünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” Konvensiyanın təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsində qeyd edilib ki, bu sənəd 2005-ci ildə Fransada qəbul edilib və YUNESKO səviyyəsində həyata keçirilir.
Sonra “Avropanın memarlıq irsinin qorunmasına dair” Konvensiyanın təsdiq edilməsi haqqında qanun layihəsinə baxılıb. Bildirilib ki, bu konvensiyanın tələblərinə görə Dağlıq Qarabağın işğalından sonra orada olan tarixi-memarlıq abidələrinin qorunmasına Ermənistan tərəfi məsuliyyət daşıyır.
Qanun layihələri komitə tərəfindən təsdiqlənib və parlamentin plenar iclasında müzakirəyə çıxarılması tövsiyyə olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!