24 iyul 2017, Bazar ertəsi
Ana Səhifə - DÜNYA - “Siz ya pul qazanmalısınız, ya da insan kimi yaşamalısınız” - 318 milyarda sahib Rokfellerin arzusu...
“Siz ya pul qazanmalısınız, ya da insan kimi yaşamalısınız” - 318 milyarda sahib Rokfellerin arzusu...
08.07.2017, 22:38

8 iyul 1839-cu ildə ABŞ-ın Nyu-York ştatının Riçford şəhərində anadan olan Con Rokfeller dünyanın ilk rəsmi dollar milyarderi sayılır.

Rokfellerin həyatda iki böyük arzusu olub, 100 min dollara sahib olmaq və 100 yaşına qədər yaşamaq. O, birinci arzusuna qədərindən də çox çatıb, ikinci arzusu isə həyata keçməyib. 318 milyard dollara sahib olan Pokfeller 98 il yaşayıb.

Modern.az saytı məşhur milyarderin həyatından bəhs edən yazını təqdim edir.

Con Rokfeller qazanc baxımından dünyanın bəlkə də ən şanslı insanı olub. O, yeddi yaşından pul qazanmağa başlayıb. Hinduşka saxlamaqla, qonşularının əkim-biçininə kömək etməklə uşaqlıqdan əli pulla oynayıb. Rokfeller uşaq yaşlarından fermada işlədiyindən orta təhsil də almayıb.

Alış-verişdən az-çox başı çıxan Con orda-burda pul qazanmaqla yanaşı, üç aylıq mühasibatlıq kurslarına gedib. 16 yaşına çatanda özünə qarşı böyük inamı olan Rokfeller daha çox pul qazanmaq üçün əyalət mühitindən çıxmaq qərarına gəlib. Bir neçə həftə iş axtardıqdan sonra nəhayət onu “Xyuitt and Tatti” şirkətində mühasib köməkçisi vəzifəsinə götürüblər. Gənc Rokfeller şirkətdə qısa müddət ərzində öz iş bacarığını nümayiş etdirməyi bacarıb. Qaraqabaq, az danışan, ciddi görkəmli gələcək milyarderin iş rejimi də digərlərindən fərqli olub. Onun iş günü 6.30-da başlayıb, 22.30-da isə sona çatıb. Bütövlükdə özünü işə həsr edən Rokfeller nə içki içib, nə siqaret çəkib, nə də ki, vaxtını əyləncələrə sərf edib. Olduqca qənaətcil olan Rokfeller pul xərcləməmək üçün xoşuna gəldiyi qızlarla yalnız kilsədə görüşüb.

Şirkətdə çalışarkən adi iş günlərinin birində Rokfeller iş stolunun arxasından qəfil qalxaraq qışqırmağa başlayıb: “Mən dünyanın ən zəngin insanı olacağam”. 


Ətrafdakı şirkət əməkdaşları bu qaradinməz oğlanın psixoloji problemi olduğunu düşünüblər.

Üç ildən sonra “Xyuitt and Tatti” şirkətinin icraçı direktoru vəzifəsindən azad ediləndə 19 yaşlı Con Rokfelleri bacarığına görə bu vəzifəyə təyin ediblər. Təyinat zamanı ona 600 dollar maaş veriləcəyini deyəndə Rokfeller bu vəzifədən imtina edib və öz keçmiş işindən də azad olumnası üçün ərizə yazıb. Əvvəlki icraçı direktorun 2000 dollar maaş aldığı halda ona təklif olunan daha az məbləğin, 600 dolların verilməsini o özünə qarşı haqsızlıq kimi qəbul edib. 

Sonralar Con Rokfeller "Standart Oil Co" şirkətini yaradıb. 1878-ci ildə bu şirkət ABŞ neft sənayesini öz inhisarına alıb və enerji ticarətinin 95 faizinə nəzarət edib. 1882-ci ildə Con Rokfellerin başçılıq etdiyi bu şirkət daha bir layihəyə imza atıb və Amerika tarixində ilk dəfə olaraq trest yaranıb ki, bu trestə 37 şirkət daxil olub, ümumi kapitalı isə 70 milyon dollara çatıb. Trestin idarə heyətinə Con Rokfeller başçılıq edib.

O təkcə neft sənayesindən böyük gəlir əldə etməklə kifayətlənməyib. Rokfeller həmçinin olduqca böyük narıngi və tütün plantasiyalarına sahib olub. O cümlədən ən iri yükdaşıma şirkətləri də onun büdcəsini ağılasığmaz məbləğlərlə zənginləşdirib.

Con Rokfeller pul qazanmağa başladığı gündən ömrünün sonuna qədər öz gəlirinin 10 faizini kilsələrə verib. Onun xeyriyyəçiliyi bununla bitməyib. O insanlara təmənnasız olaraq 500 milyon dollardan artıq pul paylayıb. Bu gün də Con Rokfellerin adını daşıyan xeyriyyə fondu milyarderin ənənələrini davam etdirir. Ümumilikdə Rokfellerin qazandığı 318 milyardın 100 milyardı xüyriyyə məqsədilə sərf olunub.

Şəxsi həyatında Rokfeller hədsiz qənaətcil olub. Zəngin həyat tərzini sevməyən milyarderin ən çox sevdiyi qidalar süd və şirin çörək olub.

Rokfellerin həyat yoldaşı da qənaətcillikdə ərindən geri qalmayıb. Ailədə uşaqlar böyüyəndə onlara velosiped almaq üçün valideynlər bir neçə saat qərara gələ bilməyiblər. Nəhayət, uzun-uzadı müzakirələrdən sonra valideynlər qərara gəliblər ki, iki uşağa bir velosiped alınsın və onlar velosipeddən növbə ilə istifadə etsinlər.

Con Rokfeller pul qazandığı bütün illər ərzində bir dəfə bədxərclik etdiyini ömrünün sonuna qədər söyləyib. O nişanlı olarkən gələcək həyat yoldaşına 118 dollara nişan üzüyü almasını ən böyük maliyyə səhvi sayıb.

Con Rokfellerin gərgin işgüzarlığı onun sağlamlığında böyük problemlər yaradıb. Uzun illər pul qazanmaq ona sağlamlığı ilə məşqul olmağı unutdurub. Bir dəfə güzgünün qarşısında dayanıb özünə baxanda narahatlıq keçirməyə başlayıb. Saçlarının tökülməsi, hətta qaşlarının seyrəlməsi, üzündə iz salmış qırışlar və bütövlükdə xəstə insan görkəmi onu məcbur edib ki, həkimə müraciət etsin. Müayinəsindən sonra həkimin narahat simasını hiss edən Rokfeller soruşub:

- Hiss edirəm ki, sağlamlığımla bağlı ciddi problemlərim var. Bu belədirmi?

Həkim onun dediklərini təsdiqləyib?

- Cənab Rokfeller, siz düzgün fikirləşirsiniz. Sağlamlıq durumunuz bir o qədər də ürəkaçan deyil.

- Mən indi nə etməliyəm?

- Sizin iki yolunuz var. Siz ya pul qazanmalısınız, ya da insan kimi yaşamalısınız.

Bu dialoqdan sonra Rokfellerin həyatında ciddi dəyişikliklər hiss olunub. O öz sağlamlığına diqqət etməyə başlayıb və ən başlıcası isə ən iri xeyriyyə aksiyalarını da bu dövrdən sonra başlayıb.

Con Rokfeller 98 yaşında ürək tutmasından vəfat edib.


İlham Cəmiloğlu

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Xalq şairi Fikrət Qoca ABŞ-da - VİDEO
24.07.2017, 08:39

Xalq şairi Fikrət Qoca ABŞ-da - VİDEO

Builki qəbul imtahanları necə keçdi? - SORĞU   
24.07.2017, 08:36

Builki qəbul imtahanları necə keçdi? - SORĞU  

Dünyanın ən isti bölgəsi
24.07.2017, 08:29

Dünyanın ən isti bölgəsi

Şabranda müəllim qəza törətdi - 5 nəfər yaralandı
24.07.2017, 08:23

Şabranda müəllim qəza törətdi - 5 nəfər yaralandı

Manatın bugünkü MƏZƏNNƏSİ
24.07.2017, 08:21

Manatın bugünkü MƏZƏNNƏSİ

Yaponiyada 5,7 bal gücündə zəlzələ olub
24.07.2017, 01:01

Yaponiyada 5,7 bal gücündə zəlzələ olub

Suriyada partlayış: 12 ölü, 20 yaralı
24.07.2017, 00:45

Suriyada partlayış: 12 ölü, 20 yaralı

Ərdoğan  vəliəhdlə bağlı qapı arxasında görüşdü
24.07.2017, 00:26

Ərdoğan  vəliəhdlə bağlı qapı arxasında görüşdü

İordaniyada İsrail səfirliyinə hücum edən öldürüldü - Yenilənib
24.07.2017, 00:09

İordaniyada İsrail səfirliyinə hücum edən öldürüldü - Yenilənib

İran 5,4 ballıq zəlzələdən silkələndi
23.07.2017, 23:40

İran 5,4 ballıq zəlzələdən silkələndi

İŞİD-ə məxsus zavod məhv edildi
23.07.2017, 23:22

İŞİD-ə məxsus zavod məhv edildi

Şıxov çimərliyində əcnəbi turistin paltarını oğurladılar
23.07.2017, 23:01

Şıxov çimərliyində əcnəbi turistin paltarını oğurladılar

Erməni əsgər meyiti asılmış vəziyyətdə tapılıb
23.07.2017, 22:29

Erməni əsgər meyiti asılmış vəziyyətdə tapılıb

Şəmkirdə kütləvi zəhərlənmə
23.07.2017, 22:14

Şəmkirdə kütləvi zəhərlənmə

Ərəb Dövlətləri Liqası Qüdsə görə toplanır
23.07.2017, 21:58

Ərəb Dövlətləri Liqası Qüdsə görə toplanır

Bakıda naməlum avtomobil italiyalı qadını vurub qaçdı
23.07.2017, 21:39

Bakıda naməlum avtomobil italiyalı qadını vurub qaçdı

24 yaşlı gənc istirahət mərkəzində öldü
23.07.2017, 21:22

24 yaşlı gənc istirahət mərkəzində öldü

"Ermənilər hər gün Ağdamın işğal altında olan ərazilərinə od vurur" - İcra başçısı
23.07.2017, 21:08

"Ermənilər hər gün Ağdamın işğal altında olan ərazilərinə od vurur" - İcra başçısı

İran İraqla hərbi sahədə razılığa gəldi
23.07.2017, 20:53

İran İraqla hərbi sahədə razılığa gəldi

Tramp administrasiyası Rusiyaya qarşı sanksiyaları dəstəkləyir
23.07.2017, 20:42

Tramp administrasiyası Rusiyaya qarşı sanksiyaları dəstəkləyir

Rusiya hərbi gəmiləri Bakıda - VİDEO
23.07.2017, 20:24

Rusiya hərbi gəmiləri Bakıda - VİDEO

İranda qatar relsdən çıxdı
23.07.2017, 20:11

İranda qatar relsdən çıxdı

Bərdə sakini Kürdə batdı
23.07.2017, 19:41

Bərdə sakini Kürdə batdı

Ərdoğanın rektor təyin etdiyi professor öldü
23.07.2017, 17:55

Ərdoğanın rektor təyin etdiyi professor öldü

Batmış gəmidən 4 ton qızıl tapıldı 
23.07.2017, 17:32

Batmış gəmidən 4 ton qızıl tapıldı 

Texasda yük maşınında 8 miqrantın cəsədi aşkarlandı
23.07.2017, 17:04

Texasda yük maşınında 8 miqrantın cəsədi aşkarlandı

Türkiyə bəzi İŞİD-çilərin siyahısını Azərbaycanla birgə HAZIRLAYIB
23.07.2017, 17:00

Türkiyə bəzi İŞİD-çilərin siyahısını Azərbaycanla birgə HAZIRLAYIB

Deputat İlham Əliyevlə Putinin görüşünü şərh etdi 
23.07.2017, 16:44

Deputat İlham Əliyevlə Putinin görüşünü şərh etdi 

İnsanın iradəsi azaddırmı?
23.07.2017, 16:25

İnsanın iradəsi azaddırmı?

Dənizdə batan 2 nəfər xilas edilib
23.07.2017, 16:02

Dənizdə batan 2 nəfər xilas edilib

23.07.2017, 15:52

"Bir neçə hərbi əməliyyat barədə yaza bilmədim" - kitabı çıxan Rey Kərimoğlu 

Rusiya ABŞ-ı qorxuya salıb
23.07.2017, 15:32

Rusiya ABŞ-ı qorxuya salıb

Yetim Eyvaz vəfat etdi
23.07.2017, 15:27

Yetim Eyvaz vəfat etdi

SPİD xəstəsi olduğunu ərindən gizlətdi - Məsələ məhkəməyə qədər uzandı   
23.07.2017, 14:54

SPİD xəstəsi olduğunu ərindən gizlətdi - Məsələ məhkəməyə qədər uzandı  

Dövlət büdcəsindən oğurlanan pullar xarici bazarlara yatırılıb - Tağı Əhmədova daha bir İTTİHAM 
23.07.2017, 14:42

Dövlət büdcəsindən oğurlanan pullar xarici bazarlara yatırılıb - Tağı Əhmədova daha bir İTTİHAM 

ARXİV
SORĞU
Builki qəbul imtahanları necə keçdi?
- İmtahanların iki dəfə keçirilməsi müsbət haldır(0%)
- İmtahanlar bir dəfə keçirilməliydi(0%)
- İmtahanların pullu keçirilməsi mənfi haldır(0%)
- İmtahan testləri çətinləşdirilmişdi(0%)
- İmtahanlar asan keçdi(0%)
- Təşkilatçılıq yüksək səviyyədəydi(0%)
- Təşkilatçılıq aşağı səviyyədəydi(0%)