Modern.az

Şvarsnegger boşanmağa peşman olub: “Mariya, əzizim, qayıt...”

Şvarsnegger boşanmağa peşman olub: “Mariya, əzizim, qayıt...”

12 May 2011, 12:48

Dünya şöhrətli kino ulduzu Arnold Şvarsnegger həayt yoldaşından ayrılmağına peşman olub. SBC telekanlı bildirir ki, “Terminator” özünün bütün səhvlərini etiraf edib və həyat yoldaşı Mariya Şrayver ilə münasibətlərin düzəlməsinə çalışır.

Dünən qatıldığı toplantıda jurnalistlərə açıqlama verən keçmiş qubernator bəyan edib ki, həyat yoldaşını çox sevir. “Mariya, əzizim, qayıt” deyə  çağırış edən Şvarsnegger  “mən onunla indicə danışdım. Biz bir-birimizi çox sevirik” sözlərini işlədib.
“Bizə 4 övlad böyütmək nəsib olub. Ümid edirəm ki, biz bir yerdə olacağıq”-deyə kino ulduzu sonda vurğulayıb.

Qeyd edək ki 2 gün əvvəl Arnold Şvarsnegger və Mariya Şrayver boşanmaları ilə bağlı birgə bəyanat yayıblar. Bu xəbər böyük rezonans doğurub və bütün Amerikanı şoka salıb. Kennedilər ailəsinin nümayəndəsi olan Mariya ilə 25 ildən artıqdır evli olan Şvarsneggerin bu nikahdan 4 uşağı var. Onların ailəsi Hollivudda ən nümünəvi ailələrdən hesab edilir.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?