Modern.az

Neft bir qədər də ucuzlaşdı

Neft bir qədər də ucuzlaşdı

8 İyul 2017, 22:47

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 7-də 47,25 dollar/barel təşkil edib ki, bu da cümə axşamına olan göstəricidən 2,16 dollar/barel azdır. Modern.az xəbər verir ki, bu barədə "Trend"ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 7-də 46,72 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,18 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 7-də 44,87 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,1 dollar/barel azdır. Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyulun 7-də 46,53 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,07 dollar/barel azdır.    

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər