Modern.az

ATƏT PA-dakı nümayəndə heyəti Azərbaycanla bağlı qətnaməni qeyri-obyektiv və qeyri-peşəkar adlandırdı - ÖZƏL 

ATƏT PA-dakı nümayəndə heyəti Azərbaycanla bağlı qətnaməni qeyri-obyektiv və qeyri-peşəkar adlandırdı - ÖZƏL 

Parlament

9 İyul 2017, 01:36

ATƏT Parlament Assambleyası demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə ümumi komitəsi isveçli deputatın Azərbaycanda, Rusiyada və Belarusda insan hüquqları ilə bağlı vəziyyəti tənqid edən qətnamə layihəsini dəstəkləyib. Modern.az-ın məlumatına görə, Anti-Azərbaycan qətnaməsinin lehinə 31, əleyhinə isə 17 əleyhinə səs verib. 17 nəfər bitərəf qalıb.

Şərqi Avropada vəziyyət haqqında qətnamə layihəsində “Rusiyada, Belarusda və Azərbaycanda demokratik inkişafın pisləşməsindən, insan hüquqlarının davam edən və çoxalan pozuntularından, həmçinin siyasi müxalifətin, vətəndaş cəmiyyətinin, jurnalistlərin və digər azadlıq müdafiəçilərinin ağır vəziyyətindən qayğı” yer alıb.

Məsələ ilə bağlı ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin üzvü Tahir Mirkişili Modern.az-a açıqlama verib.

T. Mirkişili bildirib ki, isveçli deputatın hazırladığı bu qətnamə layihəsi tamamilə qeyri-obyektiv və qeyri peşəkar bir sənəddir: "Əslində sənəd Şərqi Avropda situasiya ilə bağlı olsa da, Şərqi Avropaya heç bir aidiyyatı olmayan Azərbaycanın adının bu sənəddə çəkilməsi qərəzli  addımdır”.

Deputat bununla bağlı  çıxışında səsləndirdiyi arqumentlərə sənədin müəllifinin  cavab belə verə bilmədiyini qeyd edib.

“Əslində kiçik bir səs çoxluğu ilə qəbul edilən bu qərəzli layihənin müddəaları özü-özünü təkzib edir. İclasda çıxış edən həm Azərbaycan nümayəndə heyətinin üzvləri, həm də əcnəbi deputatlar Azərbaycanla bağlı bu sənədin qərəzli olduğunu bəyan etdilər. Həmçinin, nümayəndə heyətimizin üzvləri, əcnəbi deputatlar bildirdilər ki, bu qətnamədə yer alan müddəaların heç biri Azərbaycan reallıqlarını əks etdirmir. Onlar  bunu anti-Azərbaycan kampaniyası adlandırdılar”.

 

 

Mirmahmud KAZIMOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir