Modern.az

Elmar Məmmədyarovun ailəsinə itki üz verdi  

Elmar Məmmədyarovun ailəsinə itki üz verdi   

10 İyul 2017, 17:17

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ailəsinə ağır itki üz verib. Modern.az saytının məlumatına görə, nazirin qayınatası Bünyad Sərdarov bu gün vəfat edib. Mərhumun elə bu gün də dəfn olunduğu bildirilir. B.Sərdarov uzun müddət elm sahəsinə çalışıb. 1944-cü il təvəllüdlü B.Sərdarov uzun müddət Azərbaycan Memarlıq və İnşaat Universitetində müxtəlif vəzifələrdə çalışıb. 

Bünyad Sərdarov məşhur inqilabçı Bünyad Sərdarovun nəvəsidir.

E.Məmmədyarov hazırda Türkiyədə rəsmi səfərdə olduğundan dəfn mərasimində iştirak edə bilməyib.

Allah rəhmət eləsin. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?