Modern.az

Hacı Fuad Nurullah İmam Həsəndən kitab yazdı  

Hacı Fuad Nurullah İmam Həsəndən kitab yazdı  

Ədəbi̇yyat

11 İyul 2017, 15:54

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, Bakı İslam Universitetinin dekanı, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvü, fəlsəfə üzrə fəlsəfə doktoru Hacı Fuad Nurullahın növbəti kitabı işıq üzü görüb.

Modern.az-ın məlumatına görə, tanınmış alimin budəfəki əsəri “İmam Həsən (ə). Sülh və həmrəylik simvolu” adlanır. Kitabın elmi redaktoru BDU-nun İlahiyyat fakültəsinin müəllimi, QMİ-nin şöbə müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov “Ön söz”də qeyd edir ki, Əhli-beyt (ə) bir islami termin olaraq həzrət Peyğəmbərin (s) ən yaxın ailə üzvlərinə deyilir ki, bunların da başında həzrət Muhəmməd (s), həzrət Əli (ə), həzrət Fatimə (ə), həzrət Həsən (ə) və həzrət Hüseyn (ə) dayanır:

“Qurani-Kərimə də diqqət yetirdiyimiz zaman bu şəxslərin təkcə Peyğəmbər (s) üçün deyil, eyni zamanda bütün İslam ümməti üçün önəm daşıdığının şahidi oluruq. Əbəs deyildir ki, Qurani-Kərim onların haqqında “Əhzab” surəsinin 33-cü ayəsində “Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı), yox etmək və sizi tərtəmiz (pak) etmək istər!”-deyə buyurub. 

İmam Həsən (ə)  də yuxarıda qeyd etdiyimiz kimi, həmin o pak ailənin bir nümayəndəsi olmaqla yanaşı, Peyğəmbərin (s) özünün ətrini qoxuladığı o iki reyhanın birincisidir. Bundan əlavə, o, “Səqəleyn” hədisində qeyd edildiyi kimi, həzrət Peyğəmbərin (s) öz ümməti üçün əmanət qoyduğu şəxslərdəndir”.

Hacı Fuad Nurullah erkən İslam dövründə yazılmış qaynaqlarla yanaşı, müasir mənbələrdən də istifadə edərək dəyərli və elmi əhəmiyyətə malik kitab ortaya qoymağa çalışıb.

Bu il ölkəmizdə elan olunan “İslam həmrəyliyi ili”nə dəyərli töhfələrdən biri olan “İmam Həsən (ə). Sülh və həmrəylik” simvolu kitabının yaxın günlərdə geniş təqdimatı nəzərdə tutulub.

Kitabın rəyçiləri Bakı İslam Universitetinin baş müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru İbrahim Quliyev və Bakı İslam Universitetinin müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru Şahlar Şərifov, elmi məsləhətçisi isə Bakı İslam Universitetinin  müəllimi, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimlidir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin razılığı ilə nəşr olunan kitab “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzində çap edilib.         



Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi