Modern.az

Təhsil Nazirliyindən yeni dərs ilinin müddəti ilə bağlı AÇIQLAMA  

Təhsil Nazirliyindən yeni dərs ilinin müddəti ilə bağlı AÇIQLAMA  

12 İyul 2017, 11:20

Son vaxtlar sosial şəbəkələrdə dərs ilinin başlanma və bitmə tarixlərinin dəyişdirilməsi ilə bağlı valideynlər tərəfindən geniş müzakirələr aparılır. Müzakirələrə müəllimlərdən də qoşulanlar var.

Belə xəbərlər yayılıb ki, dərslərin sentyabrın 1-də başlayıb mayın 25-də yekunlaşacağı barədə qərar veriləcək.

Təhsil Nazirliyi orta məktəblərdə dərslərin sentyabrın 1-də başlayıb mayın 25-də yekunlaşacağı barədə yayılan məlumatlara aydınlıq gətirib.

 

Nazirlikdən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ümumtəhsil məktəblərində dərslərin sentyabrın 1-də başlayıb mayın 25-də yekunlaşacağı barədə yayılan məlumatlar əsassızdır.

 

Bildirilib ki, Prezidentin “Azərbaycan Respublikasında "Bilik günü"nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında” 21 avqust 2004-cü il tarixli 114 nömrəli Fərmanı ilə 15 sentyabr “Bilik günü” elan edilib və respublikanın bütün təhsil müəssisələrində dərslərin sentyabrın 15-dən başlanması müəyyən edilib.

Nazirlikdən həmçinin bildirilib ki, 1-14 iyun tarixləri yaz fəslinə təsadüf etdiyindən iyun ayında dərslərin keçilməsi hava şəraiti baxımından çətinlik törətmir.

Yəni dərslər sentyabrın 15-i başlayıb, iyunun 14-də bitəcək.

 

Mirmahmud KAZIMOĞLU

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir