Modern.az

Bakıda evlənmək istəyən iki I qrup əlil ağır vəziyyətdən xilas üçün KÖMƏK İSTƏYİR - FOTOLAR

Bakıda evlənmək istəyən iki I qrup əlil ağır vəziyyətdən xilas üçün KÖMƏK İSTƏYİR - FOTOLAR

12 İyul 2017, 12:25

Bakıda yaşayan iki əlil idmançı düşdükləri çıxılmaz vəziyyətlə bağlı Modern.az saytı vasitəsilə aidiyyatı qurumlardan, imkanlı şəxslərdən kömək istəyiblər. Onların hər ikisi I qrup əlildir, evlənmək istəyirlər, nişanlanandan sonra rəsmi nikaha girib, kəbin də kəsdiriblər, lakin daimi yaşamaq üçün yerləri olmadığından toy edə bilmirlər. Bu səbəbdən də hələ ki birgə yaşayışları gerçəkləşməyib.

Bununla bağlı saytımıza müraciət edən I qrup əlil Elçin Məmmədismayıl oğlu Lazımov düşdükləri ağır vəziyyət barədə bunları bildirib:


“2016-cı ilin dekabrın 14-də Boccia idman növü üzrə III “SENİ CUP” turnirində BC1/BC2 kateqoriyalarının komanda yarışlarında II yeri tutdum.
Həmin yarışda BC 5 kateqoriyasında II yeri tutan, mənim kimi I qrup əlil olan Lətafət adlı qızla tanışlıq heçə saydığım həyatımı kökündən dəyişdi və biz nişanlandıq.

Evin tək övladı, atasız olan Lətafət hicablı və namaz əhli olduğu üçün 20 iyun 2017-ci il tarixdə Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsində nikahımız da kəsildi. Hər ikimiz çox imkansız, maddi durumu ağır olan ailələrdənik. Elə bu səbəbdən nikah kəsilməsinə baxmayaraq, hələ də toy edib evlənməmişik. Odur ki, evliliyimiz hələ ki, yalnız kağız üzərində olaraq qalır.

Mənim doğulub, böyüdüyüm kənddə mənzil-məişət şəraitimiz o qədər acınacaqlı vəziyyətdədir ki, daimi müalicə almalı olan I qrup əlil kimi indi orada yaşamaq əlavə problemlər yaradır.

Qeyd edim ki, hər ikimiz I qrup əlilik, nişanlım 3dəfə əməliyyat keçirib, mənim və onun müalicəmiz hələ də davam edir. Gənc ailə kimi öz ayaqlarımız üzərində durmamız üçün Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin əlillərə ayırdığı kvota yerlərində işlə təmin olunmağımıza, bir sığınacağa - yuvaya ehtiyacımız var.

Hal-hazırda Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, dalan 4, mənzil 2-də kirayədə yaşayıram. Aldığım təqaüd və nişanlımın anasının aldığı gündəlik cüzi gəlirlə çox zor bir həyat sürürəm. Çox şükür ki, bir qrup dindar insanlar bizə vaxtasırı pul və ərzaq yardımı edirlər. Həmin dindar insanlar toyumuz olduğu təqdirdə bizə gənc ailə üçün lazım olan cehizlik əşyalarını hədiyyə etməyi söz veriblər.
Kirayəsinə sığındığımız darıqsaql “mənzildə”, əgər buna mənzil demək mümkündürsə həm də siçovulllar var-gəl edir, bizə əziyyət verir.


Çox xahiş edirəm, vəziyyətimizin ağırlığını nəzərə alıb, bizə dəstək duracaq insanlara çıxmağa, nişanlıma, mənə və bizim qayğımıza qalan, bizə qulluq edən qaynanamla birgə üçümüzün yaşaya biləcəyi bir sığınacaqla təmin olunmağımıza köməklik göstərəsiniz. 


Hörmətlə, Lazımov Elçin Məmmədismayıl oğlu
Əlaqə telefonu: 050 683-09-16”.

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi