22 noyabr 2017, Çərşənbə axşamı
Ana Səhifə - REPORTAJ - “Heç vaxt Raqufun sağ qayıtmayacağına inanmazdıq!” - Şəhid polkovnikin xanımı  
“Heç vaxt Raqufun sağ qayıtmayacağına inanmazdıq!” - Şəhid polkovnikin xanımı  
12.07.2017, 12:27

2016-cı ilin “Aprel döyüşləri”ndə böyük hünər, rəşadət göstərərək, şəhidlik zirvəsinə yüksələn Vətən oğullarının hamısı ölməz qəhrəmanlardır. Onlar şəhid olsalar da, öz adlarını Azərbaycan xalqının qəhrəman oğulları kimi tarixə yazdılar.

Hamı onlardan danışır, döyüş yollarından, şərəflə yaşadıqları həyatlarından filmlər çəkilir, oçerklər yazılır, barələrində mahnılar qoşulur. “Aprel şəhidləri” arasında bir kəşfiyyatçı polkovnik də var ki, onun haqqında daha çox danışılır: polkovnik-leytenant Raquf Orucov. O, Azərbaycan Ordusunun polkovnik rütbəsində şəhid olan ilk zabitidir. Raquf Orucov şəhid olduğu günədək bir çox təltiflərə, o cümləndən Ali Baş Komandanın müvafiq fərmanları ilə "Hərbi xidmətlərə görə” və "İgidliyə görə" medallarına layiq görülüb.

Bu gün haqqında əfsanələr danışılan qəhrəmanın doğum günüdür. Modern.az şəhidin həyat yoldaşı Sevinc Alızadə ilə həmsöhbət olub.

“Pərvanə kimi çox fırlanırsan bu torpağın başına, bir gün özünü  yandıracaqsan”

Düzü, şəhidin həyat yoldaşına yenidən eyni acını xatırlatmaqdan çəkinirdim. Amma Sevinc xanım söhbət zamanı bildirdi ki, “xatırlamaq” sözünü  heç sevmir. Çünki Raquf Orucovu unutmaq mümkün deyil:

“Biz onu heç unutmadıq. Evimiz də Raqufun məzarına yaxındır, daim ordayıq. Mən onun məzarının üstünüə indiyə kimi süni gül qoymamışam. Nə qədər ki, sağam, fiziki gücüm var, çalışacam ki, onun məzarını tər güllərlə saxlayım. O insan süniliyi xoşlamazdı.

Yadınızdadırsa, “Bizim Cəbiş müəllim” filmində evlərə qara xəbər gəlir, həyat yoldaşının ölümünü eşidən qadın fəryad edirdi. Mən də Raqufun ölüm xəbərini ona bənzətdim. Yəni gözlənilməz bir şey idi. Çünki Raquf artıq çətin dövrləri geridə qoymuşdu, o mərhələləri keçmişdi. Bilirdim ki, mənə heç nə demirdi, eşitdirmirdi. Anasının qəbrini ziyarət etmək həvəsində idi. Sən demə Ağdamın işğal altındakı ərazilərinə gedib-gəlirmiş. Bunu daha sonra dost-tanışlarından öyrəndim.  Onun ölüm xəbəri alacağıma heç vaxt inanmazdım. Çünki hara gedirdisə, salamat qayıdırdı. Bizim ailə dövrümüzdən qabaq da o, tanınmış hərbçi idi. Hərbçi kimi fəaliyyətinin dörd ilində Heydər Əliyevdən medal almışdı. Hər zaman çətin sınaqlardan sağ qayıtdığı üçün bizdə ona əminlik yaranmışdı. Raquf həmişə səngərdə olub, heç vaxt ayağından  əsgər çəkməsi çıxmamışdı. Elə olub onu beş gün gözləmişəm, gəlməyib, uşaqlarla yalnız Toğana kəndində qalmışıq. Amma beşinci gün harda olsa, gəlirdi.

Onu  bir pərvanəyə bənzədirdim. Həmişə deyirdim ki, sən çox fırlanırsan bu torpağın başına, bir gün özünü yandıracaqsan. Raquf vətəninə aşiq idi və buna görə də özünü fəda etdi”.


“Evə girəndə ailə başçısı, qapıdan çıxanda hərbçi idi”

Adətən əksəriyyət hərbçi ilə ailə həyatı qurmaqdan çəkinir. Amma Sevinc xanım çətinlikləri gözə almışdı:

“Ətrafımızda hərbçi ailələri çox idi. Bəziləri dözə bilmirdi, ayrılırdı. Amma bizim aramızda ayrı bir bağlılıq var idi. Biz ər-arvaddan çox dost, sirdaş idik. Çətin günlərdə bir-birimizin əsas dayağı olmuşuq. İnanın, Raqufun sağlığında, istər xidmətinin ilk illərində olsun, istər sonrakı vaxtlarda yaşadıqlarım çətinlik deyildi. Raquf sağ olanda elə bil o mərhələlərdən keçməmişik, Toğanada o şəraitdə uşaq böyütməmişik. İndi maddi cəhətdən hər şeyimiz var, amma onun yoxluğunda adi bir problem çox çətin gəlir. İnsan sanki öz tayını itirir. Ayaqqabının bir tayı ilə gəzə bilərsiniz?. Təbii ki, yox. Yar da belədir.  Elə bilirəm, hər şey üstümə gəlir, problem yaradır və qorxuram. Çünki sirrimi paylaşdığım, dərdimi dediyim insan yoxdur. Onun  öldüyü vaxt şəhid yoldaşı kimi yox, vətən övladı, sirdaşı, dostu kimi ağladım.

Raquf heç vaxt mənimlə hərbi fəaliyyəti ilə bağlı danışmazdı. Deyərdi “sən öz işinlə məşğul ol, belə şeylər sənlik deyil”.
Amma ordan-burdan xəbərlər  eşidirdim, hansısa problemlər olduğunu biləndə narahat olurdum. Raquf bircə kəlmə “fikir vermə” deyərdi. Yəni işi heç vaxt evə gətirməzdi. Evə girəndə ailə başçısı, qapıdan çıxanda hərbçi idi.  Həm də onun vətən sevgisinə, xasiyyətinə bələd idim.

Heç nə yox, bizi tək istirahətə göndərdiyi vaxtlar mənə daha çox təsir edir. Tanış ailələr bizi qonaq çağırardı, amma Raquf bizimlə getməzdi.  Vaxtının olmadığını deyib, qardaşına tapşırardı bizi. Birlikdə keçirmədiyimiz vaxtların itkisi məni yandırır”.

“Sən bəlkə də Azərbaycanın ən kasıb hərbi hissə komandirisən”

Deyirlər, hərbçilər zəhmli və sərt olur. Raquf Orucov isə elə görünsə də, kövrək biri imiş. Şəhidin həyat yoldaşı onun hər zaman ana həsrəti ilə yaşadığını bildirir:

“Raquf ana itirmişdi, ailəsində şəhidlər var idi. Ona görə kövrək insan idi. Onun ürəyində o qədər ana həsrəti vardı ki...Türklərin anadan bəhs edən “Çinar ağacı” filmi var.  Raquf şəhid olandan sonra o filmə nə qədər baxmışam.

Yay vaxtı idi, bu filmi televiziyada verirdilər. Raquf da işığı söndürüb ona baxırdı. Filmdə anaya laqeyd münasibətdən bəhs edilirdi, sonda ana ölmüşdü.  Bəlkə də mənim anam olduğu üçün ona ötəri fikir verdim. Amma Raqufa tərəf baxanda hiss etdim ki, o ağlayır. Qıraqdan baxan onun zəhmli, sərt komandir olduğunu düşünür. O zaman bildim ki, Raqufun içində bir həsrət var. Amma kövrək  olduğunu qəbul etmirdi.

Bir gün Raquf mənə zəng edəndə oğlum Nihad telefona cavab verdi.  O, Nihaddan halını soruşanda “heç ata, ürəyim sıxılır” demişdi. İnanırsız, o söz Raqufa dərd olmuşdu. Sabahısı gün məktəbin qabağına gəlib “Nihadı özüm götürəcəm, hara istəyir aparım, təki ürəyi sıxılmasın uşağın” dedi. Yəni Raquf belə insan olub. O, uşağı heç vaxt acılamazdı, baxışı ilə tərbiyə edərdi.

Raquf özündən sonra da çox yaxşı dostlar qoyub gedib. Onlar bizə mənəvi dəstək olur, müdafiə edirlər. Eyni zamanda, onun ölümündən hardasa iki ay sonra “Raqufsevərlər” kimi klub formalaşdı. Raquf adına nələrsə etmək istəyənlər, onu yaşadanlar çoxdur. Həmin insanlarla daim əlaqədəyik, gəlib-gedirlər.  Mən Raqufa “sən bəlkə də Azərbaycanın ən kasıb hərbi hissə komandirisən” deyəndə  “kasıb olsam da, mənim əqidəm var və insanlar qədrimi bilir”  deyərdi”.


“Raquf hər kəsin gözündə Milli Qəhrəmandır”

“Raqufun itkisini heç vaxt qəbul etməmişəm. Mənə elə gəlir ki, onu əməllərimizlə yaşadırıq. Dövlətdən və ya başqa birindən hər hansı gözləntim yoxdu. Sadəcə  öz cızdığım bir xətt var və o yolla Raqufu yaşatmaq istəyirəm. Kimsə gəlib bizə kömək etmək istəyəndə, onları daha imkansız şəhid ailələrinə yönəltmişəm. Kiməsə nə minnət qoyuram, nə də bir şey umuram. Belə daha yaxşıdır.

Raqufa “Milli Qəhrəman” adı da verilmədi. O adı kağız üzərində ala bilmədim, amma hər yerdə Raqufa olan sevgini gördüm. Həm rəsmi, həm də qeyri-rəsmi hər kəs  Raqufun onların gözündə Milli Qəhrəman olduğunu deyir. Ağdamda olan zaman tribunaya çıxanda insanlar imkan vermədi danışam. Onlar mənə Raqufu anlatdılar. Məni qonaq kimi qəbul edib, özləri danışdılar. Yəni bu insan o adı artıq qazanıb.  Raqufun kağız üzərində ada ehtiyacı yoxdur.  Əsas xalqın sevgisidir və onu qazanmaq çətindir”.

“Millət apreldə özünü sübut etdi”

“Bilirsiniz, mən dəfələrlə deyirəm, bu milləti belə kişilər qurtaracaq.  Qoy camaat da görsün ki, belə insanlar var. Bu, real tarixdir,  gözümüzün qabağında baş verən hadisələrdir. Müharibəyə, döyüşə gedənlər bilir ki, geri dönməmə ehtimalı var. Onlar uşaq deyil, zaman aşırmış kişilərdir. Raquf da onlardan biridir. Vətən uğrunda bilə-bilə canını fəda edənlərdən danışmaq lazımdır ki, millət bəlkə təsirlənə. Millət gözəl millətdir. Millət apreldə özünü sübut etdi. Belə ənənələri yaşatmaq önəmlidir. Bu qədər parçalanmaq olmaz. Bunun bir sonu olmalıdır. İnanın ki, Raquf Orucovu ziyarət edənlər əskilmir. Demək ki, bu insanlarda sevgi var. Raquf kimi insanlar xalqımıza nümunə olmalıdır”.


Günay RƏSULQIZI


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Sürücülərə şad xəbər: Hərəkət bərpa olunur
22.11.2017, 20:26

Sürücülərə şad xəbər: Hərəkət bərpa olunur

Bu rayonlara qar yağdı
22.11.2017, 20:16

Bu rayonlara qar yağdı

"Qarabağ"la "Çelsi"nin start heyəti açıqlandı
22.11.2017, 20:02

"Qarabağ"la "Çelsi"nin start heyəti açıqlandı

Tbilisidə antiterror əməliyyatı
22.11.2017, 19:51

Tbilisidə antiterror əməliyyatı

Qızılgül və qərənfilin kiloqramı üçün 1 dollar idxal rüsumu alınacaq
22.11.2017, 18:59

Qızılgül və qərənfilin kiloqramı üçün 1 dollar idxal rüsumu alınacaq

Nazir: Bakı-Astara dəmir yolu köçürüləcək
22.11.2017, 18:43

Nazir: Bakı-Astara dəmir yolu köçürüləcək

Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin görüşü başlayıb
22.11.2017, 18:37

Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin görüşü başlayıb

Ramiz Mehdiyev MDB təhlükəsizlik şuraları katiblərinin görüşündə çıxış edib
22.11.2017, 18:31

Ramiz Mehdiyev MDB təhlükəsizlik şuraları katiblərinin görüşündə çıxış edib

Baş bankir: “Manatın məzənnəsi və onun taleyi ...”
22.11.2017, 18:21

Baş bankir: “Manatın məzənnəsi və onun taleyi ...”

Nazir ev təminatı HAQDA: “5 il ərzində problem həllini tapacaq”
22.11.2017, 18:17

Nazir ev təminatı HAQDA: “5 il ərzində problem həllini tapacaq”

Rusiya Azərbaycana qaz nəql edəcək
22.11.2017, 18:04

Rusiya Azərbaycana qaz nəql edəcək

Daha iki rayonda icbari tibbi sığorta tətbiq ediləcək
22.11.2017, 17:50

Daha iki rayonda icbari tibbi sığorta tətbiq ediləcək

Şenol Günəş “Qarabağ”ın oyununa baxmağa gəldi
22.11.2017, 17:45

Şenol Günəş “Qarabağ”ın oyununa baxmağa gəldi

Samir Şərifov deputatların iradlarına CAVAB VERDİ
22.11.2017, 17:40

Samir Şərifov deputatların iradlarına CAVAB VERDİ

Vasim Məmmədəliyevin 75 illiyi qeyd olundu
22.11.2017, 17:33

Vasim Məmmədəliyevin 75 illiyi qeyd olundu

Manat və dolların sabahkı MƏZƏNNƏSİ   
22.11.2017, 17:30

Manat və dolların sabahkı MƏZƏNNƏSİ  

Yol polisi kəmər bağlamayan 1885 sərnişinə cərimə kəsib
22.11.2017, 17:29

Yol polisi kəmər bağlamayan 1885 sərnişinə cərimə kəsib

Nömrələrdə defisləri silən 133 sürücü cərimələndi
22.11.2017, 17:25

Nömrələrdə defisləri silən 133 sürücü cərimələndi

Valeh Ələsgərov: “Hökumət büdcəyə görə məsuliyyət daşıyır”    
22.11.2017, 17:16

Valeh Ələsgərov: “Hökumət büdcəyə görə məsuliyyət daşıyır”  

Azərbaycanda oftolmologiya sahəsində unikal əməliyyatlara başlanıldı
22.11.2017, 17:12

Azərbaycanda oftolmologiya sahəsində unikal əməliyyatlara başlanıldı

“Banklara zəng edib seçicilərimizin kreditlərinə  görə yalvarırıq”
22.11.2017, 17:08

“Banklara zəng edib seçicilərimizin kreditlərinə  görə yalvarırıq”

Rəsulzadənin məzarı tapılan xanımı zirzəmidə dünyasını dəyişib... - TARİX
22.11.2017, 17:06

Rəsulzadənin məzarı tapılan xanımı zirzəmidə dünyasını dəyişib... - TARİX

Afinada XIII Ali səviyyəli toplantı öz işinə başlayıb
22.11.2017, 16:59

Afinada XIII Ali səviyyəli toplantı öz işinə başlayıb

Ziyafət Əsgərov Bakı-Astara dəmir yolunun köçürülməsini istədi
22.11.2017, 16:54

Ziyafət Əsgərov Bakı-Astara dəmir yolunun köçürülməsini istədi

Milli Məclisdə maliyyə amnistiyası təklif edildi   
22.11.2017, 16:50

Milli Məclisdə maliyyə amnistiyası təklif edildi  

Əflatun Amaşov “onlayn” mətbuata 1 milyon manat ayırmağı TƏKLİF ETDİ
22.11.2017, 16:34

Əflatun Amaşov “onlayn” mətbuata 1 milyon manat ayırmağı TƏKLİF ETDİ

8 min müsəlmanın qatilinə ağır cəza verdi
22.11.2017, 16:31

8 min müsəlmanın qatilinə ağır cəza verdi

“Polis müstəntiqlərinin sayı artırılmalıdır”
22.11.2017, 16:29

“Polis müstəntiqlərinin sayı artırılmalıdır”

Ermənistan “dəvəquşu siyasəti”nə son qoymalıdır    
22.11.2017, 16:26

Ermənistan “dəvəquşu siyasəti”nə son qoymalıdır  

Azərbaycan özünü kartofla təmin edə bilirmi...   
22.11.2017, 16:03

Azərbaycan özünü kartofla təmin edə bilirmi...  

Xamenei İŞİD-i “xərçəng yığını” adlandırdı
22.11.2017, 16:02

Xamenei İŞİD-i “xərçəng yığını” adlandırdı

Jalə Əliyeva büdcə layihəsinə təkliflər verdi   
22.11.2017, 15:50

Jalə Əliyeva büdcə layihəsinə təkliflər verdi  

Telman İsmayılov Fransadan siyasi sığınacaq istədi
22.11.2017, 15:48

Telman İsmayılov Fransadan siyasi sığınacaq istədi

Əbülfəs Qarayev İSESKO-nun konfransında iştirak etdi
22.11.2017, 15:40

Əbülfəs Qarayev İSESKO-nun konfransında iştirak etdi

Qubada ayı ovlayan dəstə saxlanıldı
22.11.2017, 15:36

Qubada ayı ovlayan dəstə saxlanıldı

ARXİV