19 noyabr 2017, Bazar
Ana Səhifə - ÖLKƏ - Övladlarına görə vəzifədən qovulan eks-məmurlar  
Övladlarına görə vəzifədən qovulan eks-məmurlar  
12.07.2017, 14:02

Azərbaycanda yüksək  vəzifə tutan bəzi məmur, general və oliqarxların övladlarının özbaşınalığı bir sıra hallarda o həddə çatır ki, ölkə başçısı bununla bağlı tədbir görmək məcburiyyətində qalır.  Əksər hallarda həmin məmurlara əvvələr edilən xəbərdarlıqlar harınlığı əngəlləyə bilmədiyindən sonda onlar övladlarının güdazına gedərək, vəzifədən qovulurlar.

Prezident İlham Əliyev bir neçə çıxışında bəzi məmurlara məhz övladlarının xoşagəlməz hərəkətlərinə diqqət etməyə çağırıb. Ölkə başçısı vəzifəli şəxslərdən cəmiyyətdə özlərini apara bilməyən övladları barədə ölçü götürməyi tələb edib.

İlham Əliyev çıxışlarının birində  deyib ki, “kim onlara bu statusu verib cəmiyyətdə? Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə. Mən də çıxardacağam, lazım bildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq”.


Dünən məhz belə oldu,  Prezident İlham Əliyevin sərəncamı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general Novruzəli Orucov vəzifəsindən azad edildi və  onun  avtoxuliqanlıq edən oğlu  Rüstəm Orucov həbs edilib.

 

Modern.az saytı rəsmi məlumatlar əsasında “qəhrəmanlıq” edən bəzi məmur övladlarını sizə təqdim edir.


Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi olmuş Fəxrəddin Əliyevin oğlu Məhərrəm Əliyev atasına əngəl yaradan övladlardan biridir.
2015-ci il dekabrın 21-də saat 23.00 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbə sakinləri Ədalət Həsənov, oğlu Orxan, Mehrab Əliyev, Cəmil Həmidov, Nazim Kərimov və Rafiq Kərimovla mübahisə etdikdən sonra M.Əliyev “Vinçestr” markalı tüfəngdən atəş açaraq onlara müxtəlif dərəcəli bədən xəsarəti yetirib, hadisə yerini tərk edib. Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 221.1 (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb. Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən Məhərrəm Əliyev və vSamir adlı yoldaşı tutulub. Bundan sonra atası F.Əliyev məlum hadisə ilə bağlı tutduğu vəzifədən azad edilib.

 

Digər “qəhrəman” isə Gəncədə 2 saylı dövlət notariat kontorunun dövlət notariusu Nəsib İmanovun oğlu Vasif İmanov olub.

2013-cü il iyulun 30-da Gəncə şəhər Baş Polis İdarəsinin iki əməkdaşı polis nəfərləri Zaur Yusibov və Azər Qarayev Hacıkənd qəsəbəsində, yol polisi əməkdaşları ilə birgə sərxoş sürücülərin aşkarlanması istiqamətində tədbirlər həyata keçirən zaman, “VAZ 2107” markalı, 90 MZ 039 dövlət nömrə nişanlı avtomobilə “Saxla!” işarəsi veriblər. Avtomobildən düşən, 1993-cü il təvəllüdlü, Azərbaycan İqtisad Universitetin 4-cü kurs tələbəsi Vasif İmanov sərxoş vəziyyətdə polis əməkdaşlarını söyüb. Polis əməkdaşları  20 yaşlı gənci nizam -intizama dəvət etmək istəyərkən gənc onlara müxtəlif bədən xəsarətləri yetirib. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılıb. Nəticədə hadisəni törədən şəxs tutulub.

 

Övladının yol verdiyi nöqsana görə vəzifəsində azad olunan məmurlardan biri də sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovdur. 2013-cü ilin yanvar ayında oğlu Vüqar Ələkbərovla İsmayıllı sakinləri arasında yaranan insident sonrada həmin rayonda böyük etirazlara səbəb oldu.
Mətbuatda “İsmayıllı hadisələri” kimi işıqlandırılan bu hadisə zamanı eks-nazirin oğluna məxsus “Çıraq” oteli və onun bir neçə bahal avtomobili yandırılıb. Nazirin həmin rayonun icra başçısı olan qardaşı Nizami Ələkbərov da bu hadisələrdən sonra tutduğu vəzifədən azad olundu. Eyni zamanda Füzuli Ələkbərovun özü də “vuruldu”.



Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəis müavini Mübariz Mədətovun oğlu Xalid Mədətov da atasının işqən qovulmasına səbəb olan övladlardandır.
Xalid Mədətov 3 il əvvəl sərxoş vəziyyətdə "Galendawagen" markalı avtomobili ilə qəza törədib. Qəza nəticəsində tarzən Ağasəlim Abdullayevin həyat yoldaşı və nəvəsi dünyasını dəyişib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xalid Mədətov 12 il müddətinə azadlıqdan məhrum edilib və cəzasının 3 ilini çəkib. O, prezident İlham Əliyevin 16.03.2017-ci ildə imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb. Qeyd edək ki, bu hadisədən sonra Mübariz Mədətov vəzifəsindən kənarlaşdırılmışdı.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini Novruzəli Orucovun oğlu Rüstəm Orucov barəsində bu gün Baş Prokurorluq məlumat yayıb

O, əvvəllər çoxsaylı yol hərəkəti qaydalarını pozduğuna görə avtomobil idarə etmək hüququndan məhrum edilibmiş. Bununla belə Rüstəm Orucov iyulun 3-də tam qanunsuz şəkildə 10-OG-300 nömrəli BMW-nin sükanı arxasına əyləşərək, qaydaları yenidən pozub və 8 saylı marşrut avtobusunun sürücüsü Sənan Səmədovun haqlı danlağına tuş gəlib. Rüstəm Orucov avtobus sürücüsünün qınağına cavab olaraq sərnişinlərin gözləri qarşısınada ona hücum edib, döyməyə başlayıb və beləliklə, qatı xuliqanlıq hərəkətləri edib.
Nəticədə Prezident İlham Əliyevin sərəncamı ilə ötən gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini vəzifəsindən azad edilən general Novruzəli Orucovun xuliqanlıq edən oğlu  Rüstəm Orucov həbs edilib.

 

Mirmahmud KAZIMOĞLU


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Fransada 3 polis əməkdaşı qətlə yetirilib
19.11.2017, 12:40

Fransada 3 polis əməkdaşı qətlə yetirilib

Sabaha olan hava PROQNOZU
19.11.2017, 12:28

Sabaha olan hava PROQNOZU

İmişlidə avtoqəza: ölən və yaralananlar var
19.11.2017, 11:43

İmişlidə avtoqəza: ölən və yaralananlar var

Komanda-qərargah oyunları çərçivəsində Naxçıvan Qarnizonu fəaliyyətlərini davam etdirir - FOTO - VİDEO
19.11.2017, 11:25

Komanda-qərargah oyunları çərçivəsində Naxçıvan Qarnizonu fəaliyyətlərini davam etdirir - FOTO - VİDEO

“Evrascon” ASC-nin avtomobili beton dirəyə çırpılıb, ölən və yaralanan var - SALYANDA
19.11.2017, 11:07

“Evrascon” ASC-nin avtomobili beton dirəyə çırpılıb, ölən və yaralanan var - SALYANDA

Plagiat faktlarla  bağlı hansı müraciətlər daxil olub?- RƏSMİ
19.11.2017, 11:04

Plagiat faktlarla  bağlı hansı müraciətlər daxil olub?- RƏSMİ

Türkiyə, Rusiya və İran xarici işlər nazirləri bu gün görüşəcək
19.11.2017, 10:31

Türkiyə, Rusiya və İran xarici işlər nazirləri bu gün görüşəcək

Ekologiya Nazirliyi: Qaxda yanan ərazi meşə deyil, otlaq sahəsidir - YENİLƏNİB
19.11.2017, 10:21

Ekologiya Nazirliyi: Qaxda yanan ərazi meşə deyil, otlaq sahəsidir - YENİLƏNİB

Çaylarda sululuq səviyyəsi açıqlandı
19.11.2017, 10:12

Çaylarda sululuq səviyyəsi açıqlandı

Düşmən atəşkəsi 135 dəfə pozdu
19.11.2017, 09:49

Düşmən atəşkəsi 135 dəfə pozdu

Teymur Rəcəbov FİDE Qran-pri mərhələsinin liderlər qrupunda yer alıb
19.11.2017, 00:56

Teymur Rəcəbov FİDE Qran-pri mərhələsinin liderlər qrupunda yer alıb

İngiltərəli azarkeşlər arasında kütləvi dava
19.11.2017, 00:32

İngiltərəli azarkeşlər arasında kütləvi dava

NATO baş katibi Ərdoğandan təkrar üzr istədi
19.11.2017, 00:13

NATO baş katibi Ərdoğandan təkrar üzr istədi

İtkin düşən Kürdəmir sakini tapıldı
18.11.2017, 23:49

İtkin düşən Kürdəmir sakini tapıldı

Ukrayna 8 Gürcüstan vətəndaşını deportasiya etdi
18.11.2017, 23:32

Ukrayna 8 Gürcüstan vətəndaşını deportasiya etdi

İranda dahi şair Şəhriyarın büstü təhqir edildi
18.11.2017, 23:13

İranda dahi şair Şəhriyarın büstü təhqir edildi

Astarada torpaq sürüşməsi yolları qismən bağladı
18.11.2017, 22:56

Astarada torpaq sürüşməsi yolları qismən bağladı

“İskəndər-M” yeni ballistik raketi sınaqdan keçirildi - Video
18.11.2017, 22:42

“İskəndər-M” yeni ballistik raketi sınaqdan keçirildi - Video

“Dünya gözəli-2017”in qalibi Hindistan təmsilçisi oldu
18.11.2017, 22:23

“Dünya gözəli-2017”in qalibi Hindistan təmsilçisi oldu

Prezident  Robert Muqabe Zimbabvedən qaçdı
18.11.2017, 22:09

Prezident  Robert Muqabe Zimbabvedən qaçdı

Rusiya İŞİD mövqelərini bombaladı
18.11.2017, 21:51

Rusiya İŞİD mövqelərini bombaladı

Deputat Ərəb Liqası rəsmilərinə köçkünlərdən danışıb
18.11.2017, 21:35

Deputat Ərəb Liqası rəsmilərinə köçkünlərdən danışıb

Sabirabaddakı qəzada polis əməkdaşı öldü
18.11.2017, 21:22

Sabirabaddakı qəzada polis əməkdaşı öldü

Prezident məşhur Aslan Aslanovu təltif etdi
18.11.2017, 21:08

Prezident məşhur Aslan Aslanovu təltif etdi

Dünyanın ən iri hava gəmisi qəzaya uğradı
18.11.2017, 21:04

Dünyanın ən iri hava gəmisi qəzaya uğradı

İndi söz sizindir, ƏZİZ XANIMLAR...
18.11.2017, 20:50

İndi söz sizindir, ƏZİZ XANIMLAR...

Azərbaycan Gimnastika Federasiyası könüllülər qəbul edir
18.11.2017, 20:32

Azərbaycan Gimnastika Federasiyası könüllülər qəbul edir

Paytaxtda yaşayış binasında yanğın: 23 sakin təxliyyə edildi
18.11.2017, 20:16

Paytaxtda yaşayış binasında yanğın: 23 sakin təxliyyə edildi

"Tək üzr istəmək kifayət deyil" - Ərdoğan
18.11.2017, 20:02

"Tək üzr istəmək kifayət deyil" - Ərdoğan

Qusarda vətəndaşlara qarşı dələduzluq edən şəxs tutuldu
18.11.2017, 19:51

Qusarda vətəndaşlara qarşı dələduzluq edən şəxs tutuldu

Ucqar kəndin gənc müəllimi - “Burda hər günüm bir macəradı” - LAYİHƏ
18.11.2017, 18:01

Ucqar kəndin gənc müəllimi - “Burda hər günüm bir macəradı” - LAYİHƏ

Türkiyənin əfsanəvi atleti Naim Süleymanoğlu vəfat etdi
18.11.2017, 17:09

Türkiyənin əfsanəvi atleti Naim Süleymanoğlu vəfat etdi

Ermənistan ordusunda “dedovşina”   
18.11.2017, 16:33

Ermənistan ordusunda “dedovşina”  

Lənkəran-Lerik bölgəsində zəlzələ oldu
18.11.2017, 16:31

Lənkəran-Lerik bölgəsində zəlzələ oldu

Erməni boksçu hərbi hissədə əsgərləri döyür
18.11.2017, 16:26

Erməni boksçu hərbi hissədə əsgərləri döyür

ARXİV