Modern.az

Erməni hərbçilərin maşını Cəbrayılda qəzaya düşdü - 15 əsgər yaralandı  

Erməni hərbçilərin maşını Cəbrayılda qəzaya düşdü - 15 əsgər yaralandı   

Qarabağ

12 İyul 2017, 15:50

Ötən gün axşam saatlarında Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində növbəti dəfə Ermənistan silahlı qüvvələrinə məxsus hərbi yük maşını qəzaya uğrayıb. Modern.az-ın məlumatına görə, yol-nəqliyyat hadisəsində Cəbrayıl yaxınlığındakı hərbi poliqondan qayıdan 15 nəfərədək hərbi qulluqçu xəsarət alıb.

Bu barədə sosial şəbəkələrdə yerli hərbi bölmələrdən birinin taqım komandiri Vladimir Qriqoryan adlı şəxs yazıb.


V.Qriqoryan öz keçmiş xidmət yoldaşı, hazırda Sisian şəhərində yaşayan, Sarkis Ağacanyana onu da bildirib ki, hadisə nəticəsində əsasən Martunidə yerləşən hərbi hissədən olan gənc əsgərlər ziyan çəkiblər.


V.Qriqoryanın sözlərinə görə hadisə yerinə gələn təcili yardım maşınları yaralıları yerli hospitala çatdırıblar. Üç nəfər əsgərin vəziyyəti ağır qiymətləndirilir.

Modern.az

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı