Modern.az

Brilliant Dadaşova erməni qarmonçalana simpatiyasını dandı - AÇIQLAMA  

Brilliant Dadaşova erməni qarmonçalana simpatiyasını dandı - AÇIQLAMA    

13 İyul 2017, 14:03

Xalq artisti Brilliant Dadaşova erməni qarmonçalan Varujan Şahbazyanın İnstaqram-dakı videoifasına tərif yazıb – “super”. Modern.az xəbər verir ki, Brilliant Dadaşovanın erməni ifaçıya belə isti münasibəti hər kəsi təəccübləndirib və buna görə sosial şəbəkə istifadəçiləri onu qınayıblar.

Yerli media məsəyələ B.Dadaşovdan münasibət öyrənməyə çalışsa da, o, zənglərə cavab verməyib.

Etirazların getdikcə böyüdüyünü görən Azərbaycanın xalq artisti sosial şəbəkədə məsələyə münasibət bildirməyə məcbur olub.

O, erməni qarmonçalana ünvanlanan “super”  sözünü özünün yazdığını danaraq, bunu şəxsinə qarşı “qara piar” adlandırıb:

“Əziz dostlarım, mənə “qara piar” edən "yalançı vətənpərvərləri" qınamayın. Döyüşlərin ən çətin və qızğın vaxtında səngərlərdə, döyüş meydanlarında əsgərlərimizə dəstək çıxışlarımdan yazmayacaqlar ki... Çünki göndərsən bunlar heç biri o döyüş meydanlarına yaxın getməzdir. Sizə gözəl əhval-ruhiyyə arzulayıram”.

 B.Dadaşova daha əvvəl Varujan Şahbazyanının İnstaqram-dakı paylaşımlarına bəyənmə işarəsi yerləşdirsə də, sonra qınandığını görüb onları silmişdi.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir