Modern.az

“Nissan Azərbaycan”ın sponsorluq etdiyi ekstremal yürüş (FOTOLAR) ®

“Nissan Azərbaycan”ın sponsorluq etdiyi ekstremal yürüş (FOTOLAR) ®

13 May 2011, 13:48

“Macəraxtaran” Telelayihəsi və Aktiv Media Extremal Klubunun təşkilatçılığı, “Nissan Azərbaycan”ın Baş Sponsorluğu ilə Heydər Əliyevin anadan olmasının 88 illiyi münasibətilə Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivindəki “Heydər zirvəsi”nə yürüş keçirilib. 

Quba rayonunun Xınalıq kəndi yaxınlığında, dəniz səviyyəsindən 3751 metr yüksəklikdə yerləşən zirvəyə yürüşə peşəkar bələdçilərin iştirakı ilə media nümayəndələri də qatılıb. Ekspedisiya qrupu “Nissan Azərbaycan”ın təqdim etdiyi Nissan X-Trail avtomobilləri ilə mayın 7-də Bakıdan yürüşə başlayıb. Günün sonunda çətin keçidləri olan zirvəyə çatılmasına hazırlıq üçün Qızıl Qaya ətəklərində, dəniz səviyyəsindən 2500 metr hündürlükdəki “Atəşgah” adlanan ərazidə düşərgə qurulub. Mayın 8-də isə ekspedisiyya qrupu “Heydər zirvəsi”nə doğru hərəkət edib.
 Bütün çətinliklərə baxmayaraq, iştirakçılar arxayın və əmin olublar ki, bu yolda onları əvəzedilməz Nissan X-Trail avtomobili müşahidə edəcək.

Ümumilikdə 10 saat çəkən yürüş zamanı iştirakçılar müxtəlif çətinliklərlə sinə gərməli olublar. Gecə saat 2-dən etibarən yağan qar hər tərəfi ağ örpəyə bürüdüyündən cığırlar görünməz hala düşüb. Bu iştirakçıların sürüşərək zədələnmə və soyuqdan donma təhlükəsini bir az da artırıb. Zirvəyə yaxınlaşdıqca daha da qatılaşan duman da yürüşdə çətinliklər yaradıb. Görüntü məhdudlaşdığından 5-6 metrlik məsafə güclə seçilib. Bu isə iştirakçıları dumanda yolu azma və sıldırımdan yıxılaraq zədələnmə təhlükəsi ilə üzləşdirib. Amma bütün bunlara baxmayaraq, ekspedisiya üzvləri missiyanın öhdəsindən uğurla gələ biliblər. Onlar “Heydər zirvəsi”nə qalxaraq Heydər Əliyevin barelyefi önündə olublar.
Yürüş başa çatdırıldıqdan sonra iştirakçılar düşərgəyə, oradan da paytaxta qayıdıblar.
Layihənin koordinatoru Teymur Nəcəfzadədir. Yürüş barədə “Azərbycan Bələdçisi” telelayihəsi daxilində xüsusi veriliş də hazırlanıb.

 

 

 

 

 

 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır