23 sentyabr 2017, Şənbə
Ana Səhifə - MEDİA - Mənzil veriləcək 255 jurnalist artıq seçilib - RƏSMİ  
Mənzil veriləcək 255 jurnalist artıq seçilib - RƏSMİ  
13.07.2017, 17:15

"KİV əməkdaşlarına mənzillərin verilməsi ilə bağlı yaradılmış komissiyaya daxil olmuş müraciətlərin araşdırılması artıq başa çatıb".

 

Modern.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, KİV əməkdaşlarına mənzillərin verilməsi ilə bağlı yaradılmış komissiyanın sədri Vüqar Səfərli deyib.

V. Səfərli bildirib ki, meyarlara tam uyğun gəlməyən şəxslər, əsasən jurnalistikaya aidiyyəti olmayan müxtəlif peşə sahibləri siyahıdan çıxarıldıqdan sonra qalmış 1000-ə yaxın şəxsin namizədliyi müzakirə edilib və  ilkin olaraq 255  iddiaçının adı müəyyənləşib.

 

"Komissiya dövlət başçısının jurnalistlərə hədiyyəsi olan mənzillərin bölgüsündə hər hansı subyektivliyə yol verilməməsi üçün əvvəlcədən bəyan edilmiş şərtlərə ciddi riayət olunmasına qərar verib. Bunun nəticəsi olaraq üzərində həbs olan, rəhbərlik etdiyi və ya çalışdığı KİV-in adı Mətbuat Şurasının “qara siyahı”sında keçən, Baş Prokurorluq tərəfindən xəbərdarlıq almış KİV əməkdaşlarının müraciətləri nəzərə alınmayıb. Eyni zamanda regionlarda işləyən, sənədlərində ciddi çatışmazlıqlar olan və digər səbəblərə görə şərtlərə uyğun gəlməyən şəxslər müzakirədən kənarlaşdırılıb" deyə, V. Səfərli qeyd edib.

 

Həmçinin, aidiyyəti orqanların xəbərdarlıqlarının müddət limitinin müəyyən olunması, həmin dövr ərzində qanunun tələblərini təkrar pozmayan KİV-lərin siyahıdan çıxarılması barədə qərar qəbul olunub.

 

Komissiya sədri onu da deyib ki, eyni yerdə 3 il fasiləsiz iş stajı kriteriyası redaksiyalardan daxil olan təqdimatlara aid edilib: "Fərdi qaydada olan müraciətlərə isə bu tələb şamil olunmayıb".

 

V. Səfərlinin sözlərinə görə, açıqlanacaq siyahı media ictimaiyyəti üçün xeyli sürpriz vəd edir: " Siyahıda çoxlu sayda medianın inkişafında danılmaz əməyi olan qocaman jurnalistlərin, müasir jurnalistikanın tanınmış qələm sahiblərinin, jurnalist ailələrinin, vəfat etmiş KİV nümayəndələrinin ailə üzvlərinin adları var".

Komissiya sədri deyib ki, bir sıra hallarda daxil olmuş sənədlərdə zəruri məlumatların saxtalaşdırılmasına da rast gəlinib: "Onların sırasında iş stajının süni şəkildə artırılması və bu məqsədlə əmək kitabçasına yanlış məlumatların daxil edilməsi, mənzil şəraiti və ailə tərkibi barədə düzgün məlumatların verilməməsi və s. məsələlər vardır. Belə hallar da müşahidə olunub ki, müraciət müəllifləri müxtəlif illərdə, o cümlədən 2017-ci ildə özünün və ailə üzvlərinin adına olan mənzillərlə bağlı alqı-satqı və bağışlama əməliyyatları keçiriblər və hazırda evsiz olduqlarını göstərməyə çalışıblar. Belə hallar müəyyən edildikdə, həmin şəxslər siyahıdan çıxarılıb".

 

V. Səfərli ölkə başçısının jurnalistlərin mənzil məsələsi ilə bağlı xüsusi tapşırıqlarının olduğunu da deyib: “Cənab Prezident jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlər zamanı subyektiv yanaşmaya, xüsusilə də qeyri-qanuni əməllərə yol verilməməsi barədə ciddi tapşırıq verib. Tapşırığa əsasən, təqdimat verən şəxslərin – KİV-lərin,  dövlət orqanlarının və s. qurumların rəhbərlərinin  şəxsi mənafedən çıxış etməsi və neqativ əməllərə yol verməsi təsdiqini taparsa, onların təqdimatları ləğv ediləcək və özləri barədə ciddi cəza tədbirləri görüləcək”. Qeyd edilib ki, Prezident İlham Əliyev siyahıda dövlət orqanlarından daxil olan təqdimatların kəskin azaldılmasını və həmin mənzillərin ehtiyacı olan KİV əməkdaşları arasında bölünməsini də tapşırıb.  

 

“Ümumilikdə isə, gərgin iş nəticəsində bütün namizədlər hərtərəfli araşdırılıb və ən layiqli şəxslər seçilərək siyahıya daxil edilib”.

 

Komissiya sədri bildirib ki, bu siyahı həqiqətən də jurnalist ictimaiyyətinin müsbət qiymətləndirməsinə layiqdir.  



Modern.az


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Saakaşvili 130 dollar cərimələnib
23.09.2017, 00:37

Saakaşvili 130 dollar cərimələnib

İlqar Məmmədovun azad olunması haqda şayiələr yayıldı
23.09.2017, 00:26

İlqar Məmmədovun azad olunması haqda şayiələr yayıldı

Azərbaycanda payız fəsli başladı
23.09.2017, 00:09

Azərbaycanda payız fəsli başladı

22.09.2017, 23:55

"Komandaların sayı da, rəqabət də aşağı düşüb" - Qurban Qurbanov

Elmar Məmmədyarovla həmsədrlərin görüşü başa çatdı  - Yenilənib
22.09.2017, 23:39

Elmar Məmmədyarovla həmsədrlərin görüşü başa çatdı  - Yenilənib

Tovuzda yeni doğulan körpə öldü
22.09.2017, 23:26

Tovuzda yeni doğulan körpə öldü

OPEK yenidən toplanır
22.09.2017, 23:09

OPEK yenidən toplanır

Azərbaycan üzv dövlətlərdə silahlı münaqişələrdən narahatdır
22.09.2017, 22:52

Azərbaycan üzv dövlətlərdə silahlı münaqişələrdən narahatdır

Azərbaycanın tibbi ləvazimatlar idxal edildiyi ölkələr
22.09.2017, 22:33

Azərbaycanın tibbi ləvazimatlar idxal edildiyi ölkələr

Prezident komandamızın oyununa baxıb
22.09.2017, 22:16

Prezident komandamızın oyununa baxıb

“Qarabağ” növbəti qələbəsini qazanıb
22.09.2017, 22:02

“Qarabağ” növbəti qələbəsini qazanıb

Qarındakı qatlardan qurtulmaq üçün QATIQ-QARABAŞAQ QARIŞIĞI
22.09.2017, 21:51

Qarındakı qatlardan qurtulmaq üçün QATIQ-QARABAŞAQ QARIŞIĞI

18 dəfə məğlub olan, 17 dəfə dəfn olunan 16-cı Amerika prezidenti AVRAAM LİNKOLN
22.09.2017, 21:16

18 dəfə məğlub olan, 17 dəfə dəfn olunan 16-cı Amerika prezidenti AVRAAM LİNKOLN

Nazirlik yeni sosial layihənin icrasına başladı
22.09.2017, 21:00

Nazirlik yeni sosial layihənin icrasına başladı

İstanbul Bələdiyyəsinin sədri  istefa verdi
22.09.2017, 20:46

İstanbul Bələdiyyəsinin sədri  istefa verdi

Azərbaycan valeybolçuları Macarıstanı məğlub etdi
22.09.2017, 20:32

Azərbaycan valeybolçuları Macarıstanı məğlub etdi

Nazir Samuxda hakim və ədliyyə işçiləri ilə müşavirə keçirdi
22.09.2017, 20:16

Nazir Samuxda hakim və ədliyyə işçiləri ilə müşavirə keçirdi

22.09.2017, 20:02

"İran heç vaxt müharibə tərəfdarı olmayıb" - Hərbi attaşe

Nazirlər Kabinetində struktur islahatları başa çatıb, şöbə müdirlərinin TAM SİYAHISI
22.09.2017, 19:37

Nazirlər Kabinetində struktur islahatları başa çatıb, şöbə müdirlərinin TAM SİYAHISI

Azərbaycan və Ermənistan XİN rəhbərləri sabah görüşəcək
22.09.2017, 18:52

Azərbaycan və Ermənistan XİN rəhbərləri sabah görüşəcək

Ermənilər Ağdamın işğal altında olan ərazilərində yanğınlar törədib
22.09.2017, 18:46

Ermənilər Ağdamın işğal altında olan ərazilərində yanğınlar törədib

Qarabağa qanunsuz səfər edən amerikalı konqresmenlərin adı “qara siyahı”ya salındı
22.09.2017, 18:37

Qarabağa qanunsuz səfər edən amerikalı konqresmenlərin adı “qara siyahı”ya salındı

Tramp Şimali Koreya liderini dəli adlandırdı
22.09.2017, 18:23

Tramp Şimali Koreya liderini dəli adlandırdı

Azərbaycanla Qırğızıstan arasında imzalanan protokol təsdiqləndi
22.09.2017, 18:12

Azərbaycanla Qırğızıstan arasında imzalanan protokol təsdiqləndi

İlham Əliyev Səudiyyə Ərəbistanı kralını təbrik etdi  
22.09.2017, 18:02

İlham Əliyev Səudiyyə Ərəbistanı kralını təbrik etdi  

AMEA-nın Rəyasət Heyəti toplandı - tapşırıqlar verildi   
22.09.2017, 17:56

AMEA-nın Rəyasət Heyəti toplandı - tapşırıqlar verildi  

Rüşvət üstündə tutulan bələdiyyə sədri həbsdə ölüb
22.09.2017, 17:54

Rüşvət üstündə tutulan bələdiyyə sədri həbsdə ölüb

Bakıya gələn erməni deputat: “Ermənistanda fahişəliklə mübarizə zərurətə çevrilib”   
22.09.2017, 17:33

Bakıya gələn erməni deputat: “Ermənistanda fahişəliklə mübarizə zərurətə çevrilib”  

Metroda yeni dispetçer mərkəzi fəaliyyətə başladı
22.09.2017, 17:32

Metroda yeni dispetçer mərkəzi fəaliyyətə başladı

Manat və dolların 3 günlük MƏZƏNNƏSİ
22.09.2017, 17:14

Manat və dolların 3 günlük MƏZƏNNƏSİ

Əbülfəz Qarayev şikayətçiləri Kürdəmirə topladı
22.09.2017, 17:13

Əbülfəz Qarayev şikayətçiləri Kürdəmirə topladı

Türkiyə Suriya ilə sərhəd divarının inşasını başa çatdırır
22.09.2017, 17:03

Türkiyə Suriya ilə sərhəd divarının inşasını başa çatdırır

“Azərbaycan kifayət qədər valyuta ehtiyatına malikdir”   
22.09.2017, 17:02

“Azərbaycan kifayət qədər valyuta ehtiyatına malikdir”  

Heydər Əsədov vətəndaşları qəbul etdi 
22.09.2017, 16:44

Heydər Əsədov vətəndaşları qəbul etdi 

Bakıda piyadalar kütləvi cərimələndi - FOTOLAR
22.09.2017, 16:42

Bakıda piyadalar kütləvi cərimələndi - FOTOLAR

ARXİV
SORĞU
Məhərrəmliyin əsas şərtlərini qəbul edirsiniz?
- Bəli qəbul edirəm və Kərbəla şəhidlərinə mütləq yas saxlayacam (45.8%)
- Məhərrəmliyin şərtləri yalnız şiələr üçündür(7.88%)
- Bu şərtlərin heç birini qəbul etmirəm(11.8%)
- Məhərrəmlık əsl İslama ziddir(34.4%)